Ki Bo-Bae

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ki Bo-Bae
Ki Bo-Bae 2012 London Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Ki Bo-Bae
Vətəndaşlığı Cənubi Koreya Cənubi Koreya
Doğum tarixi (36 yaş)
Doğum yeri Anyang, Cənubi Koreya
Boyu 167 sm.
Çəkisi 57 kq.
İdman növü Kamandan oxatma
Medallar
25 avqust 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988[1], Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb.

Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı. 2016-cı il onun üçün daha uğurlu oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda bürünc medal qazandı. Komanda yarışlarında isə Ki Bo-Bae komanda yoldaşları Çang Hye-JinÇoi Mi-Sun ilə birgə qızıl medala layiq görüldü.

  1. Olympedia (ing.). 2006.