Elizabet Olsen
Elizabet Olsen | |
---|---|
ing. Elizabeth Chase Olsen | |
Doğum tarixi | 16 fevral 1989[1][2][…] (35 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktrisası, televiziya aktrisası, aktrisa |
Fəaliyyət illəri | 1993-cü ildən |
Təhsili | |
Boyu | 168 sm[5][6] |
IMDb | ID0647634 |
Vikianbarda əlaqəli mediafayllar |
Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur.
İlk illəri və təhsili
[redaktə | mənbəni redaktə et]Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var.
Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür. 1994-cü ildə "Qərb necə əyləncəli oldu" və "Meri-Keyt & Eşlinin macəraları" videolarında kiçik rollar almışdır. Bundan sonra müxtəlif layihələrə qatılmışdır.
Bağçadan sonra Şimali Hollivudda yerləşən Kampbell Holl məktəbində 12 il oxumuşdur. Məktəbi bitirdikdən sonra Nyu York Universitetinin nəzdində Tiç İncəsənət Məktəbinə qədəm qoymuşdur. 2009-cu ildə Moskvada semester təhsili almışdır.
Karyerası
[redaktə | mənbəni redaktə et]Elizabet Olsen 4 yaşında ikən bacıların layihələrində çəkilmişdir. "Cəsus uşaqlar"[7] filmində isə çəkilməyə namizəd olmuşdur.
2011-ci ildə çəkildiyi "Marta, Mersi Mey, Merlin" filmindəki rolu böyük alqış toplamışdır. Bu filmdə sayıqlamalardan əziyyət çəkən Marta rolunu oynadığı üçün bir neçə mükafata layiq görülmüşdür.[8][9][10] Bundan sonra "Səssiz ev" triller filmində yer almışdır. Burada Sara obrazını canlandıran Olsenin performansı yenə yüksək qiymətləndirilmişdir. Elizabet Olsen Karlottanın "Kraliça" musiqili videosunda da yer almışdır. Olsen 2011-ci ilin ortalarında "Qırmızı işıqlar" filmində çəkilmişdir. Bu filmə ilk baxış 13 iyul 2012-ci ildə baş tutmuşdur. 2012-ci ilin 22 yanvarında tamamlanan "Humanitar elmlər" filminin baş rollarının birində oynamışdır. 2013-cü il istehsalı "Çox yaxşı qızlar" filmində Dakota Fenninq ilə birlikdə baş rolda oynamışdır.
2013-cü ildə Elizabet Olsen BAFTA Yüksələn Ulduz mükafatı laureatı olmuşdur. 2013-cü ildə ABŞ-Koreya istehsalı "Oldboy" filmində gənc biznesmen Mariya rolunda oynamışdır. "Əzizlərini öldür" filmində Edi Parker rolunu canlandırmışdır.
2014-cü ildə Elizabet Olsen Aron-Teylor Censon və Brayan Kranstonun da baş rolda olduğu "" filmində çəkilmişdir. 2015-ci ildə isə "Qisaçılar: Altron dövrü" komiks-fantastika filmində Qırmızı cadugər rolunu ifa etmişdir. Bundan əvvəl "Kapitan Amerika: Qış əsgəri" filminin ən son səhnəsində də bu rolu oynamışdır. Bu iki filmdə "Qodzilla" filmində də birlikdə işlədiyi Aron-Teylor Censon də çəkilmişdir. Elizabet Olsen 2016-ci ildə "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində yenə öz rolunu oynamışdır.
2014-cü ilin sentyabrında Elizabet Olsenin 2015-ci ildə tamamlanan və Mark Abrahamın rejissoru olduğu "Mən işıq gördüm" filmində Henk Vilyamsın həyat yoldaşı Odri Vilyamsı canlandıracağı açıqlanmışdır. Henk Vilyams rolunda isə Tom Hidlston çıxış etmişdir.
2016-cı ilin yanvarında Olsen Ceremi Renner ilə birlikdə Teylor Şeridanın rejissor kimi debüt filmi olan Külək çayı filmində oynayacağını açıqlamışdır.[11]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Olsen Nyu York Universitetinin nəzdində Tiç İncəsənət Məktəbinə və Atlantik Teatr Cəmiyyətinə qatılmışdır və 2013-cü ilin martında 6 illik təhsildən sonra məzun olmuşdur.[12][13] Bacılarının yaratdığı "Elizabet və Ceyms" geyim brendi onun və böyük qardaşının adını daşıyır.
ELizabet Olsenin 2014-cü ilin martında[14][15] "Çox yaxşı qızlar" filminin çəkilişləri zamanı — 2012-ci ilin sentyabrında tanış olduğu aktyor Boyd Holbruk ilə nişanlanmışdır. 2015-ci ilin yanvarında onların nişanı ləğv olmuş və onlar ayrılmışdırlar.[16]
Olsen özünün ateist olduğunu açıqlamışdır.[17]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Film | Rol | Qeydlər |
---|---|---|---|
1994 | Qərb necə əyləncəli oldu | Maşındakı qız | Kameo |
2011 | Marta, Mersi Mey, Merlin | Marta | |
2011 | Səssiz ev | Sara | |
2011 | Sülh, sevgi & anlaşılmazlıq | Zoe | |
2012 | Qırmızı işıqlar | Salli Ouen | |
2012 | Humanitar elmlər | Zibbi | |
2013 | Əzizlərini öldür | Edi Parker | |
2013 | Çox yaxşı qızlar | Qerri | |
2013 | Oldboy | Mariya Sebastyan | |
2013 | Gizlincə | Tereza Raquin | |
2014 | Kapitan Amerika: Qış əsgəri | Vanda Maksimov / Qırmızı cadugər | Kameo |
2014 | Qodzilla | Elle Brodi | |
2015 | Qisaçılar: Altron dövrü | Vanda Maksimov / Qırmızı cadugər | |
2015 | Mən işıq gördüm | Odri Vilyams | |
2016 | Kapitan Amerika: Vətəndaş müharibəsi | Vanda Maksimov / Qırmızı cadugər | Davam edir |
2016 | Sərxoş tarix | Norma Kopp | teleserial; seriya: "Bacı-qardaşlar" |
2017 | İnqrid qərbə gedir | Teylor Sloane | [18] |
2017 | Külək çayı | Ceyn Banner | |
2017 | Kodaxrom | — | Davam edir[19] |
2018 | Qisasçılar: Sonsuzluq savaşı | Vanda Maksimov / Qırmızı cadugər | Davam edir |
2019 | Qisasçılar: Final | Vanda Maksimov / Qırmızı cadugər |
Mükafatları
[redaktə | mənbəni redaktə et]İl | Təşkilatçı | Kateqoriya | İş | Nəticə |
---|---|---|---|---|
2011 | Çikaqo Film Tənqidçiləri Assosasiyası | Ən prespektivli permormans[20] | Marta, Mersi Mey, Merlin | Qazandı |
Florida Film Tənqidçiləri Cəmiyyəti | Paulin Kal mükafatı[21] | Qazandı | ||
Qent Beynəlxalq Film Festivalı | Xüsusi rol[22] | Qazandı | ||
Los-Anceles Film Tənqidçiləri Assosasiyası | Yeni Nəsil mükafatı[23] | Qazandı | ||
Vankuver Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı aktrisa[24] | Qazandı | ||
Brodkest Fİlm Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktrisa[25] | Namizəd | ||
Çikaqo Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktrisa[26] | Namizəd | ||
Denver Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı aktrisa[27] | Namizəd | ||
Denver Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı ulduz[27] | Namizəd | ||
Detroyt Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı performans[28] | Namizəd | ||
Qotem Müstəqil Film Mükafatları | Ən yaxşı aktrisa[29] | Namizəd | ||
Qotem Müstəqil Film Mükafatları | Ən yaxşı ansablı performansı[29] | Namizəd | ||
Azad ruh mükafatları | Ən yaxşı qadın baş rolu[30] | Namizəd | ||
Onlayn Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktrisa[31] | Namizəd | ||
San Dieqo Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı aktrisa[32] | Namizəd | ||
Peyk mükafatları | Ən yaxşı aktrisa[33] | Namizəd | ||
Saturn mükafatı | Ən yaxşı aktrisa[34] | Namizəd | ||
Toronto Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktrisa[35] | Namizəd | ||
Vaşinqton Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktrisa[36] | Namizəd | ||
2013 | BAFTA Mükafatları | BAFTA Yüksələn Ulduz mükafatı[37] | N/A | Namizəd |
Fanqoriya Çaynsau Mükafatları | Ən yaxşı qadın baş rolu[38] | Səssiz ev | Qazandı |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Elizabeth Olsen // Internet Broadway Database (ing.). 2000.
- ↑ Elizabeth Olsen // filmportal.de. 2005.
- ↑ 1 2 https://www.nytimes.com/2011/10/16/movies/elizabeth-olsen-in-martha-marcy-may-marlene.html.
- ↑ 1 2 https://thefuninfo.com/elizabeth-olsens-country-of-citizenship/.
- ↑ https://bloggertastic.com/elizabeth-olsen/.
- ↑ https://egoblog.fr/elisabeth-olsen/.
- ↑ Grady, Pam. "Elizabeth Olsen, character caught between 2 worlds". San Francisco Chronicle. October 23, 2011. November 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 15, 2020. (#invalid_param_val)
- ↑ Wilson, Stacey. "Olsen twins' little sister makes Sundance debut". Reuters. January 21, 2011. October 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 30, 2012.
- ↑ "Elizabeth Olsen: 5 Things You Need to Know". The Hollywood Reporter. January 24, 2011. November 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 5, 2011. (#invalid_param_val); (#apostrophe_markup)
- ↑ Bierly, Mandi. "Elizabeth Olsen, younger sister of Mary-Kate and Ashley, makes name for herself". Entertainment Weekly. September 3, 2010. October 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2011. (#apostrophe_markup)
- ↑ Robinson, Will. "Jeremy Renner, Elizabeth Olsen leading crime drama Wind River by Sicario writer". Entertainment Weekly. January 15, 2016. January 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
- ↑ "Elizabeth Olsen and Eric Ripert Prepare Wild Boar Ragu". YouTube. March 21, 2013. November 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 17, 2013. (#invalid_param_val)
- ↑ Rozen, Leah. "An Olsen Sister Finds a Spotlight All Her Own". The New York Times. October 11, 2011. November 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2015. (#invalid_param_val)
- ↑ D'Zurilla, Christie. "Elizabeth Olsen reportedly engaged to fellow actor Boyd Holbrook". Los Angeles Times. March 13, 2014. May 8, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2015. (#invalid_param_val); (#apostrophe_markup)
- ↑ Maresca, Rachel. "Elizabeth Olsen engaged to boyfriend Boyd Holbrook: report". New York Daily News. December 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 18, 2014.
- ↑ Lee, Esther. "Elizabeth Olsen, Boyd Holbrook Split, Break Off Engagement After 3-Year Relationship". Us Weekly. January 19, 2015. January 20, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2015.
- ↑ "Elizabeth Olsen Fronts Dazed & Confused September 2013". GossipCenter. August 16, 2013. August 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 19, 2013.
- ↑ Ford, Rebecca. "Aubrey Plaza, Elizabeth Olsen to Star in 'Ingrid Goes West' (Exclusive)". The Hollywood Reporter. August 1, 2016. August 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
- ↑ Ritman, Alex. "Elizabeth Olsen Set to Star in 'Kodachrome' (Exclusive)". The Hollywood Reporter. August 26, 2016. March 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
- ↑ "CFCA Names Tree of Life Best Picture". Chicago Film Critics Association. January 7, 2012. April 17, 2015 tarixində arxivləşdirilib.
- ↑ Strout, Justin. "Florida Film Critics Circle awards The Descendants best picture". Orlando Weekly. December 19, 2011. May 7, 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "Elena Wins Top Prize at Ghent Film Festival". Indiewire. October 20, 2011. October 21, 2011 tarixində arxivləşdirilib.
- ↑ Pond, Steve. "The Descendants Is Best, Say L.A. Film Critics". TheWrap. December 11, 2011. May 7, 2015 tarixində arxivləşdirilib.
- ↑ Vlessing, Etan. "Michel Hazanavicius' The Artist Named Best Film by Vancouver Film Critics". The Hollywood Reporter. January 9, 2012. January 3, 2014 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Kilday, Gregg. "Hugo and The Artist Top the Broadcast Film Critics' List of Nominations With 11 Each". The Hollywood Reporter. December 13, 2011. January 7, 2012 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ "Tree of Life Leads CFCA Nominations with 7; Descendants, Drive Follow with 6". Chicago Film Critics Association. 2011. April 17, 2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Denver Film Critics Society 2012 Award Nominations". Denver Film Critics Society. January 5, 2012. October 21, 2014 tarixində arxivləşdirilib.
- ↑ Hall, Corey. "The Detroit Film Critics society weighs in". Metro Times. December 12, 2011. May 7, 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ 1 2 Kilday, Gregg. "Gotham Award Noms Go to The Descendants and Marta, Mersi Mey, Merlin". The Hollywood Reporter. October 20, 2011. March 24, 2015 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ DiMeglio, Nary J. "Independent Spirit Awards 2012: Winners List". MTV News. February 25, 2012. May 7, 2015 tarixində arxivləşdirilib.
- ↑ "2011 Awards (15th Annual)". Online Film Critics Society. 2011. March 16, 2015 tarixində arxivləşdirilib.
- ↑ "San Diego Film Critics Select Top Films for 2011". San Diego Film Critics. December 12, 2011. May 22, 2014 tarixində arxivləşdirilib.
- ↑ Kilday, Gregg. "The Artist, War Horse Among Contenders Nominated for Satellite Awards". The Hollywood Reporter. December 2, 2011. January 6, 2012 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
- ↑ Goldberg, Matt. "Saturn Award Nominations Announced; Hugo and Harry Potter Lead with 10 Nominations Each". Collider.com. February 29, 2012. April 16, 2015 tarixində arxivləşdirilib.
- ↑ "The Tree of Life Named Best Picture of 2011". Toronto Film Critics Association. December 14, 2011. May 7, 2015 tarixində arxivləşdirilib.
- ↑ "The 2011 WAFCA Awards". Washington D.C. Area Film Critics Association. December 5, 2011. October 18, 2014 tarixində arxivləşdirilib.
- ↑ Tartaglione, Nancy. "BAFTA Rising Star Award Nominees Include Elizabeth Olsen, Juno Temple". Deadline.com. January 7, 2013. August 13, 2014 tarixində arxivləşdirilib.
- ↑ Gingold, Michael. "The 2013 Fangoria Chainsaw Awards Results!". Fangoria. June 13, 2013. December 30, 2013 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Elizabet Olsen — IMDb səhifəsi
- Elizabet Olsen AllMovie-də
- Elizabet Olsen TCM Movie Database-də
- Elizabet Olsen NNDB-da