8 Noyabr metrostansiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
8 Noyabr metrostansiyası

3-cü xətt
Bakı metrosu
Xəritə
Rayon Nəsimi
Yerləşməsi Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə
İnşaat tipi Yeraltı
Çıxdığı küçələr Ceyhun Səlimov küçəsi, Əbdülvahab Salamzadə küçəsi
Nəqliyyat Bus transport 7A, 7B, 52, 61, 67, 83, 199, 211 nömrəli avtobuslar
Qonşu stansiyalar Memar Əcəmi-2, Cəlil Məmmədquluzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

8 NoyabrBakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib.[1]

Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında deyilir:

" “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı metrosunun Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.[2] "
  1. "Prezident İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası "8 noyabr" adlanacaq". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
  2. "Bakı metrosunda yeni stansiya - "8 Noyabr"". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.