İnk imperiyası
İnk imperiyası | |||
---|---|---|---|
| |||
Rəsmi dilləri | |||
Paytaxt | Kusko[d] | ||
İdarəetmə forması | mütləq monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur.
Haqqında
[redaktə | mənbəni redaktə et]İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu.
Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər. Lakin əslinə qalsa inklər də digər xalqlar kimi imperiya yaratmışdılar: rəhbərlər vətəndaş müharibələri və qarşıdurmalarla; qullar və işçilər isə tikinti və kənd təsərrüfatı ilə məşğul olurdular. Bununla yanaşı, aclıq yox idi.
Təsərrüfat
[redaktə | mənbəni redaktə et]İnklərin həyatı çətin şərait səbəbindən çox ağır olduğundan, onlar əsas diqqəti kənd təsərrüfatına yönəltmişdilər. Başqa sözlə desək, imperiya əsas olaraq fərdi ticarətə deyil, aclıqdan xilas olmağa istiqamətlənmişdi.[1]
Sənədlər inkləri dağ kənd təsərrüfatının və tikintinin ustaları kimi təsvir edir. Onlar fermalar inşa edir və dağların yamaclarında kartof, qarğıdalı, araxis becərirdilər. Hər bitki müəyyən olunmuş xüsusi hündürlükdə əkilirdi. Onlar həmçinin torpağın üst qatını yaxşı vəziyyətdə saxlamaq üçün ağaclara xüsusi qulluq edirdilər.
İnk cəmiyyəti o qədər varlı idi ki, yüz mühəndisə sahib ola bilirdi. Onlar dağlarda fermalar qurur və hər yüksəkliyə uyğun əkiləcək bitki növünü təyin edirdilər. Bununla yanaşı, onlar dağlarda torpağın məhsuldarlığını artırmaq üçün ağaclar əkirdilər.
Ticarətə gəldikdə isə, onlar hesab edirdilər ki, bir bitkini bir yerdə becərmək mümkün deyilsə, onda onu lazımı yerə köçürmək lazımdır.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Məhsulların istehsalı, paylanması və istifadəsi dövlət tərəfindən idarə edilirdi və imperiyanın hər bir vətəndaşı anbardan həyat üçün lazımı qədər olan məhsul əldə edirdi. Onlar həmçinin anbardan alətlər, xammal və geyim əldə edirdilər. Bütün bunlara görə heç bir məbləğ ödəmək lazım deyildi. Bazarlarsız standart valyutaya və pullara ehtiyac da yox idi. Onların pul xərcləmək üçün heç bir səbəbləri yox idi.
İnk iqtisadiyyatının digər qəribə xüsusiyyəti də bir şəxsin öldükdən sonra da öz əmlakını mülkiyyətində saxlaması idi. Varlı şəxs öldükdən sonra belə öz sərvətinin sahibi olaraq qalırdı. Onun ailəsi isə bu zənginliyi nəsildən nəsilə ötürürdü.
Ola bilsin ki, inklərin böyük zənginliyinin səbəbi onların sahib olduğu qeyri-adi vergi sistemində idi: vergiləri pullarla ödəmək əvəzinə, hər bir vətəndaş dövlətin xeyrinə işləməli idi və bu işin əvəzində ona yaşamaq üçün lazım olan tələbatları verilirdi. Əlbəttə ki, burada da vergini hər kəs ödəmirdi: yüksək təbəqə və hakimlər cəmiyyətin digər vacib şəxsləri kimi vergidən azad idilər. Pulların olmaması adət edilmiş halda verginin də olmaması demək idi. İnklər vergi qismində pul ödəmək əvəzinə dövlət üçün işləməli idilər. Əlbəttə, bu vergini də hər kəs ödəmirdi. Varlı aristokratlar və onların yaxın adamları dövlət qulluqçuları kimi vergi vermirdilər.
Vergi tutulması sistemi kifayət qədər sadə şəkildə təşkil edilmişdi. Bir neçə 10 və yaxud 100 sadə işçi yerli dövlət qulluqçusuna tabe idilər və bu dövlət qulluqçusu onlara dövlətin marağında olan bu və ya digər tapşırıqları tapşırırdı. Mütləq işlər üç növə bölünürdü: dövlət torpaqlarının becərilməsi, parça istehsalı və yol, qurumlar, kanalların çəkilməsi və həmçinin orduda xidmət. İlk iki işlər şəxsin yaşadığı ərazidə, üçüncü isə lazım olan yerdə həyata keçirilirdi.
İşçi mükafat olaraq qida, geyim və həyat üçün mühüm olan digər əşyalar alırdı. Bundan əlavə, “əmək vergisində” fərqlənən şəxslərə İmperator mükafatı – zinət əşyaları, xüsusi geyim, incəsənət nümunəsi, əlavə qida və şəxsi istifadəsi üçün torpaq sahəsi verilirdi.
İnklərin qida, tekstil, qızıl cəhətdən zəngin olması onlara şəhərlər salmağa imkan verirdi. Lakin onların heç vaxt pulları, bazarları, mağazaları və adi iqtisadiyyata xas xüsusiyyətlər olmayıb.
Şimaldan cənuba doğru min kilometrlərlə uzanan bu imperiya effektiv poçt sisteminə sahib idi və poçt sistemi 10-15 min işçiyə sahib idi. Ümumilikdə İnk imperiyası yüksək şəkildə inkişaf etmiş, güclü və varlı hökumətlərdən biri idi.
Memarlıq
[redaktə | mənbəni redaktə et]İnk memarları o qədər istedadlı idilər ki, nəhəng piramidalar düşünür və yaradır, suvarma sistemini təşkil edir və qeyri-adi nəhəng məbədlər ucaldırdılar. Onların işi çətin riyazi hesablama tələb edirdi. Lakin bununla yanaşı, imperiyada ticarət mövcud deyildi. Zənginliyi isə kommersiya əməliyyatlaır ilə yaratmaq mümkün deyildi. Demək olar ki, bütün məhsullar ölkə ərazisində yetişdirilirdi və çox az bir hissəsi xaricə ixrac edilirdi. Bütün istehsalat, çatdırılma və məhsulun istifadə edilməsi mərkəzi hökumətin nəzarəti altında idi. Heç nə satılmır və alınmırdı. İmperiyada bazar, mağaza olmadığından pul da yox idi. Heç kimin pullara ehtiyacı və xərcləyəcək yeri yox idi. İnklər məhsulun effektiv hökumət-administrativ bölüşdürülməsi sistemini yaratmışdılar.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- İnklər vaxtı ölçməyin bir metodundan geniş istifadə edirdilər: kartofun suda bişməsi zamanı ölçü vahidi kimi götürülürdü. Bu isə təqribən bir saata bərabər idi.
- Ola bilsin ki, İnk imperiyası tarixdə mövcud olmuş yeganə sivilizasiya idi ki, burada tacirlər və heç bir kommersiya əlaməti yox idi.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İnklər sosializmi niyə yaradıb?" (az.). banker.az. 04.06.2014. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ "İnk imperiyasının pulsuz mövcud olan iqtisadiyyatı" (az.). http://banker.az. 05.12.2013. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.