İbrahim Mütəfərrikə
Naviqasiyaya keç
Axtarışa keç
İbrahim Mütəfərrikə | |
---|---|
türk. İbrahim Müteferrika | |
Doğum tarixi | |
Doğum yeri | Rumıniya |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Fəaliyyəti | iqtisadçı, antropoloq, tarixçi, coğrafiyaşünas, sosioloq |
Vikianbarda əlaqəli mediafayllar |
İbrahim Mütəfərrikə (türk. İbrahim Müteferrika; 1674[1], Kluj-Napoka – 1745[1], Konstantinopol) — macar əsilli osmanlı dövlət xadimi, ilk müsəlman mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqraf. Osmanlı imperiyasında mətbəə yaradaraq türkcə kitap yayımlayan ilk şəxs.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]1674 Kolojvarda doğulub. 1745-ci ildə İstanbulda vəfat edib.
Çap etdirdiyi əsərlər
[redaktə | mənbəni redaktə et]"Niyə keçmişdə müsəlman xalqları ilə müqayisədə çox zəif olan xristian xalqları müasir dövrdə böyük ərazilərə hökm edir və bir vaxtlar yenilməz Osmanlı ordularını məğlub edirlər?" ..."Çünki onların düşünülmüş şəkildə yaradılan qanun və qaydaları var"
İbrahim Mütəfərrikə, "Xalqların quruluşunda müdrikliyin əsasları" (Üsul əl-Hikam fi Nizam əl-Ümam).[3]
İbrahim Mütəfərrikənin mətbəəsində cəmi 17 kitab çap edilmişdir:
- Kitab-i Lüğət-i Vankulu (Sihah Əl-Cəvhəri), 2 cilddə, 1729
- Töhfət-ül Kibar fi Əsfar əl-Bihar, 1729
- Tarix-i Səyyah, 1729
- Tarix-i Hind-i Qarbi, 1730
- Tarix-i Timur Gürgan, 1730
- Tarix-i Mısri Qədim və Misri Cədid, 1730
- Gülşən-i Xüləfa, 1730
- Grammaire Turque, 1730
- Üsul əl-Hikam fi Nizam əl-Ümam, 1732
- Fiyuzat-i Mıknatısiye, 1732
- Cahannüma, 1732
- Təqvim əl-Təvarih, 1733
- Kitabi Tarix-i Naima, 2 cilddə, 1734
- Tarix-i Rəşid, 3 cilddə, 1735
- Tarix-i Çələbizadə, 1741
- Əhval-i Qazavat dər Diyar-i Bosna, 1741
- Kitab-i Lisan əl-Əcəm əl Müsəmma bi-Fərhəng-i Şüuri, 2 cilddə, 1742
Bu kitablardan "Tarix-i Çələbizadə"nin bir çox nüsxəsi "Tarix-i Rəşid"in üçüncü və son cildinin arxasına əlavə edilərək cildlənib satıldığı üçün, bəzi mənbələrdə səhvən Mütəfərrikənin 16 kitab çap etdirdiyi qeyd olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Ibrahim Mūteferrika // MAK (pol.).
- ↑ 100 böyük türk. Bakı, 1991. səh.51.
- ↑ "Ибрахим Мутеферрика, Основы мудрости в устройстве народов (1732). (rus.)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İbrahim Muteferrika saytı (türk.), (mac.), (ing.)
- LiteraTurca saytında İbrahim Mütəfərrikə bölməsi Arxivləşdirilib 2007-06-27 at the Wayback Machine