Sikkə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qızıl 5-lik 1899-cu il, üzü
Qızıl 5-lik 1899-cu il, arxası

Sikkəmetaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır.

Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər.

Etiomologiya

Sikkə sözu ərəb mənşəli sözdur[1]. Dilimizə ərəb işğalından sonra keçmişdir.

Tarix

İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi)  yaranıb[2]. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Sonuncu Lidiya hökmdarı Krez haqqında belə bir deyim qalıb: "Krez kimi varlıdır".[3]

Sikkələrin forması

Sikkələr adətən dairəvi yumru formada olur. Ancaq istisna olaraq bir çox sikkələr dördkünc, düzbucaqlı, kənarları çıxıntılı və.s ola bilir. Sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə "qurt" kəsikli edilir.[2]

Maraqlı fakt

1794-cü ildə kəsilmiş 1 dollarlıq gümüş Amerika sikkəsi,2016-cı ildə Londonda 10 milyon dollardan baha qiymətə auksiona çıxarılmışdı.[4]

Ən məşhur sikkələr

Ekyu[ing.] — bu sikkə 1266-cı ildən hazırlanmağa başlanıb və Fransanın ilk sikkələrindəndir.

Qvineya — İngilis qızıl sikkəsidir.1663–1817-ci illərdə çıxarılıb. Sonra onu soveren sikkəsi əvəz edib. İlk dövrlər onun hazırlanması üçün qızılı Qvineyadan gətirirdilər. Ona görə də sikkənin adı Qvineyadır.[mənbə göstərin]

Qulden — XIII əsrdə Avropada çıxan pul vahididir. Bu pul Almaniya, Fransa, Niderland və s. ölkələrdə məşhurdur.[mənbə göstərin]

Krona — Bir çox ölkələrin qızıl sikkəsidir. İlk dəfə XIV əsrdə Fransada , sonra isə 1523-cü ildə İngiltərədə buraxılıb.[mənbə göstərin]

Eskudo — XVI əsrdə çıxmış ispan qızıl sikkəsidir.[mənbə göstərin]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  3. "Arxivlənmiş surət". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  4. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.