Səhləb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səhləb
Elmi təsnifat
Beynəlxalq elmi adı

Səhləb (lat. Orchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.

Botaniki xarakteristikası

Gövdəsinin orta hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş, yaxud xətti geniş lanset şəklində olur. Çiçəkləri uzun sünbülşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədərdir.

Yayılması

Azərbaycanda, eləcə də RusiyaUkraynada bəzi növləri qırmızı kitaba düşüb.

Maraqlı məlumatlar

Britaniya alimləri dünyada olan ən balaca səhləb çiçəyini aşkar ediblər. Gülün ölçüsü cəmi 2,1 millimetrdir. Onun yarımşəffaf ləçəkləri bir qat hüceyrədən ibarətdir.

Aşkarlama tam təsadüfən baş verib – kiçik bitki Andın şərq hissələrindən gətirilmiş özünün ən iri kolleqalarının kökündə ilişib qalıb.

Hələ ki, yeni növ ad almayıb. Alimlər müəyyənləşdiriblər ki, aşkarlanmış səhləb Platystele cinsinə aiddir, Platystele jungermannioides növü 1912-ci ildə aşkarlanmış ən kiçik səhləbin adını daşıyır.

Son 100 ildə bu çiçəyin təqribən 1000 yeni növü aşkar olunmuşdur.

İstinadlar

Həmçinin bax