Kyuo Şibata

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kyuo Şibata
Doğum tarixi 4 iyun 1783(1783-06-04)[1]
Doğum yeri
Vəfat tarixi 13 iyun 1839(1839-06-13)[1] (56 yaşında)

Kyuo Şibata (柴田 鳩翁, Şibata Kyuo?, 4 iyun 1783[1], Kioto13 iyun 1839[1]) və ya digər adı ilə Kenzo[2]Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi.[3]

Həyatı

Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur.[2] Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür.[2] O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır.[3] 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır.[3] Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir.[3] 44 yaşında görmə qabiliyyətini itirmişdir.[3]

Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur.[3] 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur.[3][2]

İstinadlar

Ədəbiyyat

  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1376. İstifadə tarixi: 26 yanvar 2023.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 84. ISBN 0-87011-627-4. İstifadə tarixi: 26 yanvar 2023.