Kürd əmirlikləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kürd əmirlikləri — XVI–XIX əsrlərdə, Osmanlıİran imperiyaları arasında davamlı müharibələr dövründə mövcud olmuş bir neçə yarımmüstəqil dövlətlər. Kürd əmirlikləri demək olar ki, həmişə parçalanmış və bir-biri ilə rəqabət içində olmuşdur.[1] Kürdüstan əyaləti, Diyarbəkir əyaləti böyük və kiçik kürd əmirliklərinin mərkəzi idi, lakin Diyarbəkirdən kənarda başqa kürd əmirlikləri də mövcud idi.[2][3]

Tarixi

Erkən müasir dövrdə güclü Osmanlıİran imperiyalarının arasında qalmış, 1639-cu ildə Səfəvi şahı Şeyx Səfi ilə Osmanlı sultanı IV Murad arasında sərhədlərin demarkasiya edilməsi faktiki olaraq Kürdüstanı iki imperiya arasında bölmüşdür.[1] Osmanlı və İran hökmdarlarının mərkəzləşdirilmiş siyasətlərinə baxmayaraq, Türkiyədə Botan, Hakkari, Bəhdinən, Soran, Baban, İranda isə Ərdəlan kimi müstəqil və yarımmüstəqil kürd əmirlikləri, knyazlıqlar mövcud olmuşdur. Bu əmirliklərin bəziləri hətta öz pullarını belə buraxırdılar. Kürd əmirlikləri Türkiyədə 1837–1852-ci illərdə, İranda isə 1860-cı ildə ləğv olunmuşdur.[4]

İstinadlar

  1. 1 2 KurdishGlobe- Kurdish Nationalism in Mam u Zin of Ahmad-î Khânî -- (Part XII) Arxiv surəti 25 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine
  2. Kurdish notables and the Ottoman state: evolving identities, competing ..., səh. 49, Google Books-da By Hakan Özoğlu
  3. "The Formation of Ottoman Kurdistan: Social, Economic and Political Developments in Ottoman Kurdistan before the Nineteenth Century (1514–1800) (Chapter 2) - The Political Economy of the Kurds of Turkey". Cambridge Core. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
  4. Oruc, Kərəm. "XVI əsr kürd əmirlikləri". Diplomat (az.). 9 (9). yanvar 2004. səh. 2.