Elmi-tədqiqat institutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə

Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir.
Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır.
Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir[1]:
— elmi tədqiqat institutunun strukturunu müəyyən edir
— elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir
— elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir
— ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır

Azərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranib. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.

Həmçinin bax

İstinadlar

  1. "Elm haqqında". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.