Coys Ekroyd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Coys Ekroyd
Doğum tarixi 23 noyabr 1918(1918-11-23)[1]
Doğum yeri
Vəfat tarixi 30 avqust 1991(1991-08-30)[2] (72 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti universitet müəllimi[d], müəllif, tərcüməçi
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti "Qiymətli tac" ordeni

Coys Ayrin Ekroyd (ing. Joyce Irene Ackroyd; 23 noyabr 1918[1], Nyukasl[d], Yeni Cənubi Uels[3]30 avqust 1991[2], Oşenflover[d]) – Avstraliya yaponşünası, pedaqoqu, tərcüməçisi və akademiki.

İlk illəri

Coys Ekroyd 23 noyabr 1918-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Nyukasl şəhərində ailənin ikinci uşağı olaraq doğulmuşdur.[4] Onun atası Alfred Volter Qoldsmit Ekroyd memar idi.

Ekroyd Nyukasl və Parramatta liseylərində təhsil almışdır.[4] O, uşaq yaşlarından etibarən Yaponiyaya maraq göstərməyə başlamışdır.[4] Yaponiya incəsənəti, yapon dilisamuraylar onu ən çox cəlb edən mövzular olmuşdur.[4] O, 1936-cı ildə Sidney Universitetində müəllim təqaüdü ilə yapon dili üzrə təhsil almaq istəsə də, icazə ala bilməmişdir.[4] Çünki həmin dövrdə Avstraliya məktəblərində yapon dilinə tələb çox aşağı idi.[4] Buna görə də universitetdə ingilis dili, riyaziyyattarix üzrə təhsil almışdır.[4]

Karyerası

Ekroyd Sidney oğlanlar məktəbində riyaziyyat müəllimi işləyərkən universitetdə yapon dili öyrənməyə başlamışdır.[4] 1944–47-ci illərdə Sidney Universitetində yapon dilində mühazirələr vermişdir.[4] Daha sonra Kembric Universitetinə getmiş, Aray Hakuseki haqqında dissertasiya yazmışdır.[4]

Ekroyd Yaponiyaya ilk dəfə 1952-ci ildə Sayonci təqaüdü ilə səyahət etmiş, iki il boyunca KeyoTokio universitetlərində təhsil almışdır.[4] 1952–56-cı illərdə Avstraliya Milli Universitetinin elmi işçisi, 1956–59-cu illərdə Kanberra Universiteti Kollecinin dosenti, 1959–65-ci illərdə isə Avstraliya Milli Universitetinin yapon dili üzrə professoru olmuşdur.[4]

Ekroyd 1965-ci ildə Kvinslend Universitetində yenicə qurulmuş yapon dili və ədəbiyyatı fakültəsinin qurucu professoru seçilmişdir.[4] 1967-ci ildə onun təşəbbüsü ilə Kvinslend hökuməti sınaq məqsədilə 6 liseydə yapon dili üzrə dərslər təşkil etmişdir.[4] Ekroyd məktəblər üçün yapon dili dərslikləri yazmışdır.[4] 1983-cü ildə karyerasını başa çatmışdır.[4]

Ekyord Aray Hakusekinin avtobioqrafiyası olan "Oritaku Şiba no Ki" əsərini (1979) və onun müəllifi olduğu "Tokuşi Yoron" əsərini (1982) tərcümə etmişdir.[4] Kvinslend Universitetinin bir binasına onun adı verilmiş, bu şərəfə layiq görülən ilk qadın olmuşdur.[4] O, 30 avqust 1991-ci ildə Brisben şəhərinin Oşenflover qəsəbəsində ölmüş və kremasiya edilmişdir.[4]

Mükafatları

Ekroyd təhsil sahəsindəki xidmətlərinə görə 1982-ci ildə "Britaniya imperiyası" ordeni ilə təltif olunmuşdur.[4] 1983-cü ildə isə Avstraliya Humanitar Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir.[4]

Ekroyd xidmətlərinə görə Yaponiya hökuməti tərəfindən də mükafatlandırılmışdır.[4] 1983-cü ildə Yaponiya mədəniyyətini dünyaya çatdırmaq üçün gördüyü işlərə görə Yamaqata Banto mükafatına, Avstraliya–Yaponiya əlaqələrinin inkişafında verdiyi töhfələrə görə isə 3-cü dərəcəli "Qiymətli tac" ordeninə layiq görülmüşdür.[4]

İstinadlar

  1. 1 2 Joyce Irene Ackroyd // Australian Dictionary of Biography (ing.). MUP, 1966. ISBN 0-522-84236-4 ISSN 1833-7538
  2. 1 2 Joyce Irene Ackroyd // https://womenaustralia.anu.edu.au/biography/ackroyd-joyce-irene-14649.
  3. 1 2 3 4 5 6 7 8 Contemporary Authors (ing.). Gale. ISSN 0275-7176; 0010-7468
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Gottlieb, Nanette. "Ackroyd, Joyce Irene (1918–1991)". Australian Dictionary of Biography. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)