Canavarlarla rəqs
Canavarlarla rəqs | |
---|---|
ing. Dances With Wolves | |
Janr | vestern, dram, macəra |
Rejissor | Kevin Kostner |
Prodüserlər |
Kevin Kostner Cim Vilson |
Əsərin müəllifi | Maykl Bleyk |
Ssenari müəllifi | Maykl Bleyk |
Baş rollarda |
Kevin Kostner Meri Makdonnel Qrem Qrin Rodni Qrant Floyd Vesterman Ues Styudi |
Operator | Dim Senler |
Bəstəkar | Con Barri |
İstehsalçılar | Orion Pictures, Tig Productions, Majestic Films International |
Distribütor | Orion Pictures[d], Netflix |
İlk baxış tarixi | 19 oktyabr 1990 |
Müddət |
183 dəq. 236 dəq.— rej. versiyası |
Büdcə | $22 000 000 |
Gəlir | $424 208 848 |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Kanzas |
IMDb | ID0099348 |
Mükafatları |
Canavarlarla rəqs (ing. Dances With Wolves) — tarixi dram filmi. Filmin rejissoru və baş rol ifaçısı Kevin Kostnerdir. O, bu filmin üzərində 5 ildən artıq işləmişdir. Filmin premyerası 1990-cı il 19 oktyabrda Vaşinqtonda baş tutmuşdur. Filmdəki dialoqların çoxu Amerika hindu qəbilələrindən biri olan siuların dilinin lakota dialektindədir və altyazı ilə müşayiət olunur.
22 milyon ABŞ dolları büdcə ilə çəkilmiş film, qazandığı böyük uğur sayəsində 424 milyon dollar gəlir gətirdi. Film 7 Oskar mükafatı, o cümlədən, "Ən yaxşı film" nominasiyasında, həmçinin "Ən yaxşı dram filmi"nə görə Qızıl Qlobus mükafatını qazandı. Filmdəki səhnələr Cənubi Dakota və Vayominqdə çəkilmiş və Sinte Qleksa Universitetinin Lakota tədqiqatları şöbəsinin müdiri Albert Vayt Het tərəfindən tərcümə edilmişdir.
Süjet
Rollarda
- Kevin Kostner — Leytenant Con Danbar / Canavarlarla Rəqs Edən (Lakota: Šuŋgmánitu Tȟáŋka Ób Wačhí)
- Meri Makdonnell — Yumruqla Dayanan (Napépȟeča Nážiŋ Wiŋ)
- Qrem Qrin — Zərbəvuran Quş (Ziŋtká Nagwáka)
- Rodni A. Qrant — Onun Saçında Küləklər (Pȟehíŋ Otȟáte)
- Floyd Red Krou Vesterman — On Ayı (Matȟó Wikčémna)
- Tantu Kardinal — Qara Örtük (Šiná Sápa Wiŋ)
- Cimmi Herman — Daş Buzov (Íŋyaŋ Ptehíŋčala)
- Natan Li Çeyzinq His Horse — Çox Gülən (Iȟá S’a)
- Maykl Spirs — Susamuru (Ptáŋ)
- Ceyson R. Lon Hill — Soxulcan (Waglúla)
- Çarlz Roket — leytenant Elcin
- Robert Pastorelli]] — Timmons
- Larri Coşua — serjant Bauer
- Toni Pirs — Spivi
- Kirk Baltz — Edvards
- Tom Everett — serjant Pepper
- Mori Çaykin — mayor Fambro
- Ues Styudi — Paunilərin rəhbəri
- Ueyn Qreys — Bələdiyyə başçısı
Maraqlı faktlar
- 2007-ci ildə ABŞ Konqres kitabxanası "Canavarlarla rəqs"i Mill Film Reyestrinə daxil etdi.
- Lakota qəbiləsi Kevin Kostneri öz fəxri üzvlüyünə qəbul edib.
- Orijinal əsərdə komançi qəbiləsindən bəhs edilsə də, filmdə siu qəbiləsi təsvir edilir.
- Filmdə Doris Lider Çarc (1931-2001) lakota dilindəki söhbətlərin quruluşçusu idi və qəbilə başçısı On ayının həyat yoldaşını canlandırırdı.
İstinadlar
Xarici keçidlər
- Arxivləşdirilmiş veb-sayt: http://web.archive.org/web/*/http://www.danceswithwolves.net/
- Canavarlarla rəqs — Internet Movie Database saytında
- Canavarlarla rəqs AllMovie saytında
- Canavarlarla rəqs Rotten Tomatoes saytında (ing.)