Ətirli balqabaq

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:58, 3 oktyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ətirli balqabaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ətirli balqabaq (lat. Cucurbita moschata; Muskat qabağı) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.

Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir formalıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədi.[1]

  1. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: “Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsi 2013, s.135