Bert Trautmann
Bert Trautmann | |
---|---|
alm. Bernhard Carl Trautmann | |
Doğum tarixi | 22 oktyabr 1923[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyul 2013[2] (90 yaşında) |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Uşağı | 5 |
Fəaliyyəti | futbolçu, futbol məşqçisi |
Fəaliyyət illəri | 1949-cu ildən |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bernhard "Bert" Karl Trautmann (22 oktyabr 1923[1], Bremen – 19 iyul 2013[2]) — alman futbolçu.
Bert Trautmann 1949–1964-cü illərdə İngiltərənin Mançester Siti futbol klubunun qapısını qoruyub. Trautmann alman olsa da, Almaniya millisində heç vaxt oynamayıb. Amma Mançesterdə, o bu günə qədər ən populyar futbolçulardan sayılır.
Bert Trautmann 1923-cü il oktyabrın 22-də doğulub. 10 yaşından futbol oynamağa başlayıb. 18 yaşında Faşist Almaniyasında hərbi xidmətə yollanıb, paraşütçü olub. Əvvəl sovet, sonra isə ingilis əsgərləri tərəfindən həbs edilib. Azadlıqa çıxdıqdan sonra Trautmann Böyük Britaniyanı tərk etməyib və bu ölkədə qalaraq peşəkar futbolla məşğul olub.
Əvvəllər ingilis futbol azarkeşləri "nasist oğlana" nifrət edirdilər. Ancaq 1956-cı ildə İngiltərə Futbol Kubokunun finalından sonra azarkeşlərin Trautmanna olan münasibətləri dəyişdi. Bu oyunun 75-ci dəqiqəsində Birmingemin oyunçusu Trautmanna zərbə endirib onun boynunu qırdı. Ancaq Trautmann meydançanı tərk etmədi və oyunun sonuna qədər müydanda oynadı. Belə bir zədə alan Trautmannın ölmədiyi bu günə qədər tibbi möcüzə kimi tez-tez xatırlanır.
Həmin oyundan bir neçə gün sonra Trautmannın beş yaşlı oğlu avtomobil qəzasına düşüb vəfat etdi.
Trautmann iki dəfə ailə qurub (1950 və 1990-cı ildə). Böyük Britaniya kraliçası II Elizavetta 2004-cü ildə onu şərəf nişanı ilə təltif edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bert Trautmann // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #12209963X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.