Koryo-saram
Bu səhifədə iş davam etməkdədir. |
Ümumi sayı | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
500.000 | |||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||
Şərqi Ortodoks Kilsəsi, Protestantlıq, Buddizm, Roma-Katolik kilsəsi və İslam [10] | |||||||||||||||||||||||||||
Daxildir | |||||||||||||||||||||||||||
Koreyalılar | |||||||||||||||||||||||||||
Əhatə edir | |||||||||||||||||||||||||||
Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının torpaqları və həmin ərazilərə qonşu bölgələr |
Koyro-saram (kor. 고려사람; rus. Корё сарам) - Əsas hissəsi Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsində yaşayan koreyalılarla qohum olan xalq. Koyro-saramlar tarixən keçmiş Sovet Sosialist Respublikaları İttifaqının torpaqları və həmin ərazilərə qonşu olan dövlətlərin torpaqlarında yaşamışdılar.
1937-ci ildə SSRİ-nin uzaq şərq regionunda yaşayan etnik koreyalı əhali Orta Asiyaya köçmək məcburiyyətində qalmışdır. Bir sıra koyro-saram mənsubiyyətində olan şəxslər Koreyanın azadlığı üçün mübarizə aparmış və həmin dövrdə Yaponiyanın hakimiyyəti altında olan vətənlərini azadlıq mübarizəsinə qoşulmuşdular. Bu şəxslərə misal olaraq Honq Beom-donu və ya Çonq Sanq-Çini misal göstərmək olar.
1937-ci ildən etibarən koyro-saramlar Sibir, Özbəkistan, Ukrayna, Özbəkistan, Tacikistan, Estoniya və Belarus kimi keçmiş SSRİ ərazilərinə səpələnmişlər. Təxminən 500.000 etnik koreyalı hal-hazırda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində yaşamaqdadır. Rusiya Federasiyasının cənubunda (Volqoqrad ətrafında) Uzaq Şərq federal dairəsində (Vladivostok ətrafında) Qafqazda və Ukraynanın cənubunda böyük etnik koreya icmaları hələ də mövcuddur.
Hal-hazırda koyro-saramlar arasında koreya dilində danışan şəxslərin sayı sürətlə azalmaqdadır. Orta və gənc nəslin çox kiçik bir hissəsi öz ana dillərini bilirlər. Dil baxımından assimilyasiya prosesi sürətlə getsə də, Koreya mədəniyyətinin bəzi elementlərini, o cümlədən Koreya adlarını qoruyub saxlamışlar. Koryo-saram mətbəxi bütün keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində populyarlaşmış, morkovka yeməyi indi də yerli ərzaq mağazalarında geniş şəkildə satılmaqdadır.
Koryo-saramların əhəmiyyətli bir hissəsi iqtisadi və ya mədəni səbəblərə görə ya müvəqqəti, ya da daimi olaraq Cənubi Koreyaya köçüb. Rusiya–Ukrayna müharibəsi, xüsusilə 2022-ci ilin qışında başlamış Rusiyanın Ukraynanı işğalı Ukraynada məskunlaşmış bir necə min etnik koreyalını təhlükəsizlik baxımından Cənubi Koreyaya köçməyə sövq etmişdir.[11][12]
Saxalin adasında adətən Saxalin koreyalıları olaraq adlandırılan ayrıca etnik Koreya icması da var. Bəziləri özünü Koryo-saram mənsubiyyətində olduğunu qəbul etsə də, əksəriyyəti bununla razılaşmır və ayrı icma olduqlarını ifadə edirlər.
Mənşə
Tarixi
Rusiyanın Uzaq Şərqinə və Sibirə immiqrasiya
Orta Asiyaya deportasiya
Koreyanın azad edilməsi və bölünməsi
Mövcud vəziyyət
Rusiya
Ukrayna
Mərkəzi Asiya
Cənubi Koreyaya qayıdış
Mədəniyyət və mətbəx
Turizm
İstinadlar
- ↑ "Опубликованы данные об этническом составе населения Узбекистана". 20 August 2021.
- ↑ Всероссийская перепись населения 2010. Национальный состав населения РФ 2010
- ↑ "Republic of Kazakhstan population by ethnic origin in 2020". Statistics Committee of Ministry of National Economy of Republic of Kazakhstan.
- ↑ "Total population by nationality - Open Data - Statistics of the Kyrgyz Republic". www.stat.kg.
- ↑ "сеукраїнський перепис населення 2001 - Результати - Національний склад населення, мовні ознаки, громадянство - Розподіл населення за національністю та рідною мовою - корейці". www.2001.ukrcensus.gov.ua.
- ↑ "今話題のニュース配信サービス". 2016-06-24 tarixində arxivləşdirilib.
- ↑ "Archived copy" (PDF). stat.tj. 16 January 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 June 2022.
- ↑ "НАЦИОНАЛЬНЫЙ СТАТИСТИЧЕСКИЙ КОМИТЕТ РЕСПУБЛИКИ БЕЛАРУСЬ" (PDF) (rus). səh. 32.
- ↑ "POPULATION, 31 DECEMBER 2021 by Year, Ethnic nationality, Place of residence and Sex".
- ↑ Schlyter, 2004, Footnote 10
- ↑ "Ukrainian Refugees of Korean Descent Seek Fresh Start in South Korea". Asia Pacific Foundation of Canada (ingilis). March 28, 2023. İstifadə tarixi: 2023-10-08.
- ↑ Rinna, Anthony. "A Land They Never Knew: Ethnic Koreans From Ukraine Seeking Help in the ROK". Sino-NK (ingilis). 2022-08-17. İstifadə tarixi: 2023-10-08.
- Qazaxıstanda yaşayan etnik qruplar
- Qırğızıstanda yaşayan etnik qruplar
- Rusiyada yaşayan etnik qruplar
- Tacikistanda yaşayan etnik qruplar
- Türkmənistanda yaşayan etnik qruplar
- Ukraynada yaşayan etnik qruplar
- Özbəkistanda yaşayan etnik qruplar
- Belarusda yaşayan etnik qruplar
- Estoniyada yaşayan etnik qruplar
- Asiyada yaşayan etnik qruplar
- Koyro-saram icması