Mali i Lopes dağı
Mali i Lopes (İnək dağı) | |
---|---|
Mali i Lopës | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2021 m |
Nisbi hündürlüyü | 65 m |
Yerləşməsi | |
41°27′ şm. e. 20°14′ ş. u.HGYO | |
Ölkə | Albaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mali i Lopes (İnək dağı), Mali i Lopës (alb) — Albaniyanın mərəkəzi, qismən də şərq hissəsində yerləşən dağ massivi. Mali i Lopes dağı Diber və Mat bələdiyyələrinin sərhəddində yerləşir. Ən yüksək zirvəsi Maja e Dhoksit olub, hündürlüyü dəniz səviyyəsindən 2021 metrdir. Mali i Lopes dağı şimaldan Zalli və Bulkizes, şərqdən Zalli və Okştunit, cənubdan Kaptina və Martaneşit, qərbdən isə Mat vadiləri ilə həmsərhəddir.[1][2]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Dağ silsiləsi qərbdən şərqə doğru təxminən 7,5 km məsafədə uzanır. Şimal-qərb hisəsində hündürlük 1200 metr, cənubda isə hündürlük 700 metrə qədər enir. Şimal ərazisində bir neçə kar relyef forması mövcuddur. Dağlar qərbdən şərqə doğru tədricən enir, kəskin meyillik çox azdır.[3] Dağlıq ərazinin cənubunda Martaneş dağlıq rayonu yerləşir və ərazinin ən yüksək nöqtəsi olan Maja e Dhoksit zirvəsi bu bölgədədir.
Geoloji baxımdan ərazi əsasən ultraəsas maqmatik süxurlardan təşkil olunub. Az miqdarda mezozoyun əhəngdaşları yayılıb. Bulqize yaxınlığında xromit yataqları mövcuddur. Bu yataqlar dünyada ən önəmli xromit yataqlarından biridir.[4]
Bölgədə bir çox dağ gölləri mövcuddur. Göllərin bir çoxu buzlaq mənşəlidir. Əksər göllər 1650–1710 metr yüksəklikdə yerləşir.[4] Ərazidəki ən böyük buzlaq mənşəli göl — Sopa gölüdür. Əksər göllərdə bəndlər inşa edilmiş və axımına nəzarət olunur. Ərazidəki digər göllər aşağıdakılardı: Bardhe, Sopotit, Zi, Kocesit. Silsilənin şimal və şərq yamaclarının suları Qara Drin çayının hövzəsinə aiddir.
Bitki örtüyü meşə və alp çəmənlik bitkilərindən ibarətdir. Meşələrində daha çox palıd və fıstıq ağacları üstünlük təşkil edir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Petrit Zili. "Martaneshi mes historisë, pasurisë dhe varfërisë" (Albanian). Zëri i Popullit. April 3, 2012. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2012.
- ↑ Kabo, Mevlan. Gjeografia Fizike e Shqipërisë (1.2). Tiranë: Qendra e Studimeve Gjeografike. 1991. 592.
- ↑ "Dhoksit and Liqeni Zi". Palm Tree Productions. Arxivləşdirilib 2023-03-27 at the Wayback Machine
- ↑ 1 2 "Chromite Ore". AlbChrome. Arxivləşdirilib 2023-03-26 at the Wayback Machine