40°10′48″ şm. e. 45°43′12″ ş. u.HGYO

Basarkeçər

Vikipediya, azad ensiklopediya
Quinlan83 (müzakirə | töhfələr) (62.217.185.188 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq Solavirum tərəfindən yaradılan sonuncu versiya bərpa olundu) tərəfindən edilmiş 21:17, 28 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Basarkeçər
40°10′48″ şm. e. 45°43′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
Sahəsi
  • 8,52 km²
Mərkəzin hündürlüyü 1.943 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.363 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1601–1603
Basarkeçər xəritədə
Basarkeçər
Basarkeçər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Basarkeçər,[1] Vardenis[1][2][3]Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi.

Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.[4] Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[5] qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur[6]. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir[7][8]. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır[9]. 1908, 1914, 1916-cı illərdə əhali ümumi şəkildə (azərbaycanlılar və ermənilər birlikdə) göstərilmişdir. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra buraya azərbaycanlılar qayıda bilmişlər. Erməni mənbələrində göstərilir ki, burada 1922-ci ildə 1 nəfər (2511 erməni), 1926-cı ildə 7 nəfər (3456 erməni), 1931-ci ildə 19 nəfər (3914 erməni) azərbaycanlı yaşamışdır[10]. Lakin bu rəqəmlər inandırıcı deyil. 1967-cı ildə 150 (9150 erməni) nəfər[11], 1970-ci ildə 9 nəfər azərbaycanlı (8077 erməni) yaşamışdır. 1988-ci ildə azərbaycanlılar tam surətdə zorla qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır. Erməni alimlərinin fikrincə, Basarkeçər toponiminin hücum etmək mənasında işlənən "basar" və keçmək, getmək mənasını bildirən "keçər" sözlərinin birləşməsindən əmələ gəlmişdir[12]. Bu, doğru izah deyil, təsviri, əsl həqiqəti gizlətməyə xidmət edən izahdır. Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə[13] qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. "Bazar //basar tayfasının keçdiyi, getdiyi yer" mənasını bildirir. "…bazar sözü mürəkkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın 1 komponenti… yerində işlənir"[14]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.VI.1969-cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.

1728-ci ilə aid arxiv mənbəyində İrəvan əyalətinin Məzrə nahiyəsində kənd kimi qeyd olunmuşdur.[15][16] 1930-cu ildən rayon və onun mərkəzinin adı idi. 1969-cu ildə Vardenis adlandırılmışdır. 1988-ci ildə şəhərin əhalisi Azərbaycana qovulmuşdur.Basarkeçər yaşayış məntəqəsinin adı kimi 1728-ci ildən məlumdur.[17][18] Onun İrəvan əyalətinin kəndlərinin 1590-cı ilə aid siyahısında çəkilməməsi göstərir ki, 1590–1720-ci illər arasında yaranmışdır. Məhz buna görə də toponimin XIV əsrdə Əmir teymurun (Teymurləngin) buranı "basıb keçməsi" ilə əlaqədar olaraq yaranması haqqında xalq etimologiyası həqiqətə uyğun deyildir. XVIII əsrin ortalarına aid ermənicə mənbədə Sürməli mahalında Ağbazar və Qarabazar adlı kənd adları qeyd olunmuşdur[19][20]Ehtimal ki, topopnimin İlkin forması Bazar-Keçər olmuşdur. 1590-cı ildə Rəvan əyalətinin Sisyan nahiyəsində Köçəri adlı kənd qeyd olunur[21] Ehtimal ki, Basarkeçər toponimi də məhz "Bazar" adlı yerdə Köçər kəndi mə'nasındadır. Köçər isə qədim türk tayfalarından birinin adıdır.[22]

  1. 1 2 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback MachineSiyasi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine xəritələri
  2. Варденис // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 406.
  3. Ҝөјчә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 111.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.61
  6. "Basarkeçər — karabakh-doc.azerall.info saytı". 2014-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-05.
  7. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.599–602
  8. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.110
  9. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27
  10. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.27, 111
  11. ASE, 1975, I., s.485
  12. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.609
  13. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s. 60–61
  14. Əhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.31
  15. "Армянская геноцид". Миф и реальность. Баку, 1992.
  16. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  17. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  18. Qorqotyan Z. Sovet Ermənistanının əhalisi 1831–931-ci illərdə. Yerevan, 1931 (ermənicə).
  19. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.
  20. Мамедов С. Исторические связи Азербайджанского и армянского народов. Баку, 1977.
  21. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  22. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Басаркечәр // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 207.
  1. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  2. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  3. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX в., Ленинград, 1949
  4. Байбуртян В.А., Армянская колония Новой Джульфы в XVII веке, Иряван, 1969
  5. Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
  6. Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  7. Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  8. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  9. Enikolopov İ.K., Qriboyedov i Vostok, İrəvan 1954
  10. Глинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  11. Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
  12. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  13. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  14. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  15. Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
  16. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  17. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  18. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  19. Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
  20. Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  21. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  22. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  23. Kalvalı Həsənov. And yerimiz. " Əbilov,Zeynalov və oğulları " , Bakı, 2001, 352 səh.
  24. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
  25. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  26. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  27. Грибоедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.