Vilyam Harvey

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) (eetibarilə → etibarilə) tərəfindən edilmiş 20:19, 10 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Vilyam Hаrvey
ing. William Harvey[1]
Doğum tarixi
Doğum yeri Invicta Flag of Kent Folkeston, Kent qraflığı
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Təhsili
Fəaliyyəti bioloq, həkim, anatomiyaçı, fizioloq
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vilyam Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı kitabı"

Vilyam Harvey (ing. William Harvey; 1 aprel 1578[2][3], Folkston, İngiltərə krallığı[4][3]3 iyun 1657[2][5][…]) — Fiziologiyaembriologiyanın əsasını qoyan ingilis həkim-anatomu, alim.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vilyam Harvey, qan dövranınin və ürəyin funksiyasının ilk dəfə izahını verən, ingilis həkimi, 1578-ci ildə İngiltərənin Kent graflığında Folkeston şəhərində tacir ailəsində anadan olmuşdur. Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" haqlı olaraq fiziologiya tarixində ən lazımlı kitab sayılır. Hal azırda bizim malik olduğumuz qan dövranı haqqında sadə və aydın təsəvvürümüzə görə Harveyin nəzəriyyəsinə borcluyuq. Belə ki, bizə belə adi görünən məlumatlar Harveyə qədər ki bioloqlara aydın deyildir. Onların ürək və qan damarları haqqında təsəvvürləri tam başqa idi: 1) AristotelQalen nəzəriyyələrinə görə qida qaraciyərdə qana çevrilir və venalar vasitəsilə orqanlara daşınır; 2) ürək qanı qızdırır; 3) arteriyalar hava ilə doludur; 4) ürək həyat ruhu istehsal edir; 5) arteriyavenalar qanla dolub boşalaraq bir dəfə ürək istiqamətinə, ikinci dəfə isə əks istqamətdə hərəkətdə olur. Məşhur həkim Qalen coxlu sayda meyitlərin yarılmasında şəxsən iştirakına baxmayaraq heç təsəvvürünə də gətirə bilmirdi ki, qan cərəyan edir. Bunu heç biologiya ilə dərindən maraqlanmış Arximed də təsəvvür edə bilmirdi. Hətta Harveyin kitabı işıq üzü görəndən sonra da bir çox alimlər, həkimlər onun bu ideyasına şübhə ilə yanaşırdılar və inana bilmirdilər ki, qan insan bədənində daim qapalı sistemdə cərəyan edir və ürək bu cərəyanı enerji ilə təmin edir. Harvey ilk dəfə olaraq qanın cərəyanını sadə riyazi hesablama ilə izah etmişdir. O göstərirdi ki ürək hər vurğusunda 2 unsiya qan vurur. Nəzərə alsaq ki hər dəqiqədə ürək 72 dəfə vurur onda nəticə etibarilə hər saatda ürək 540 funt qanı aortaya vurur. Bu ədəd insanın öz çəkisindən və malik olduğu qanın kütləsindən qat-qat çoxdur. Bununla Harvey gösərirdi ki, eyni həcmli qan daim ürək vasitəsilə cərəyan edir. O bu qənaətə 10 il ərzində apardığı ekspeimentlərin və davamlı müşahidələrin sayəsində gəlmişdir.

Harvey öz kitabında aydın şəkildə göstərirdi ki, arteriya vasitəsilə qan ürəkdən çıxır və venalar vasitəsilə ürəyə qayıdır. Mikroskopa malik olmadığı ücün kapilyarlarin mövcudluğunu sübuta yetirə bilməsə də varlığını müəyyən etmişdir. Harveyin ölümündən bir qədər sonra italyan bioloqu Malpiqi tərəfindən kapilyarların mövcudluğu sübuta yetirilmişdir. Əvvəlcə güclü müqavimətə rast gəlməsinə baxmayaraq Harveyin nəzəriyyəsi ölümündən br qədər öncə alimlər Dekart, ŞlegerPeke tərəfindən qəbul olunmuşdur.

Harveyin embriologiya ilə bağlı bir cox işləri də mövcuddur. Onun 1651-ci ildə yazmış olduğu "Heyvanların doğulması" kitabı müasir embriologiyanın əsasını qoymuşdur. Harvey göstərirdi ki, embrion ilkin inkişaf dövründə artıq böyük heyvanlar kimi ümumi qurluşa malikdir və hər bir heyvan başlanğıcını yumurta hüceyrəsindən götürür.

"Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" kitabından illüstrasiya

Harvey uzun, maraqlı və uğurlu həyat sürmüşdür. 1588-ci ildə Kenterberidə kral məktəbinə daxil olur. 1593-cü ilin mayında Kembric universitetinin nəzdindəki Kiz-kollecinə qəbul olunmuş, 1572-ci ildə Kenterberi arxiyepiskopu tərəfindən tibb üzrə təsis olunmuş təqaüdə layiq görülmüşdür. 1597-ci ildə Harvey bakalavr dərəcəsi alaraq kolleci tərk edir. 1600-cü ildə həmin dövrün ən İtalyanın Paduya universitetinə tibbi təhsil almaq üçün yola düşür. Həmin illər Qalileo Qaliley Paduya universitetinin professoru olmuşdur. 25 aprel 1602-ci ildə təhsilini bitirərək, tibb doktoru titulu aldıqdan sonra İngiltərəyə qayıdaraq həkimlik fəaliyyətinə başlamaq üçün 1603-cü ildə həkimlər kollegiyasına müraciət edir. İmtahanları müvvəffəqiyyətlə başa vurduqdan sonra 5 oktyabr 1604-cü ildə həkimlər kollegiyasına qəbul olunur və 1607-ci ildən həqiqi üzvü seçilir. 14 oktyabr 1609-cu ildə Müqqəddəs Varfolomey xəstəxanasında rəsmi olaraq həkimlik fəaliyyətinə başlayır. Eyni zamanda kraliça I Yelizavetanın şəxsi həkiminin qızı Yelizaveta Braunla ailə həyatı qurur. İngiltərənin 2 kralı I YakobI Karl, eləcə də filosof Frensis Bekon onun pasiyentləri olmuşlar. Harvey Londonun tibb kollecində hələ 1581-ci ildə lord Lamli tərəfindən tibbi təhsilin keyfiyətini arırmaq məqsədilə təşkil etdiyi Lamli məşğələlərində anatomiyadan mühazirələr oxumuş, sonradan bu kollecin prezidenti seçilmişdir. Onun mühazirələrinin əlyazma qeydləri "Prelectiones Anatomiae Universalis" adı altında hələ də Britaniya muzeyində qorunub saxlanılmaqdadır. Harvey həm də uzun müddət Londondakı Müqqəddəs Varfolomey xəstəxanasının baş həkimi olmuşdur. Vilyam Harvey 1657-ci ildə 79 yaşında Londonda vəfat etmişdir.