Pakistan

Vikipediya, azad ensiklopediya
94.20.81.195 (müzakirə) (old dated data was updated with current data) tərəfindən edilmiş 09:05, 7 dekabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Pakistan
اِسلامی جمہوریۂ پاکِستان
Islamic Republic of Pakistan
Bayraq Gerb
Bayraq Gerb
Ittehad, Tanzim, Yaqeen-e-Muhkam  (urdu)
"Birlik, İntizam ve İnam"
Himn: 
Tarixi
 • Müstəqilliyin elanı 14 avqust 1947
 • İslam respublikasının elanı 23 mart 1956
 • Şərqi Pakistanın ayrılması 26 mart 1971
Rəsmi dilləri
Paytaxt İslamabad
İdarəetmə forması Parlamentli respublika
Prezident Arif Alvi
Baş nazir Şahbaz Şərif
Sahəsi Dünyada 33-cü
 • Ümumi 881,913 km² km²
 • Su sahəsi (%) 2.86
Əhalisi
 • Əhali 212,228,000 nəfər (6-cı)
 • Siyahıyaalma (1998) 132 352 279 nəf.
 • Sıxlıq 244.4 nəf./km² (56-cı)
ÜDM (AQP)
 • Ümumi 1,63 trilyon dollar  (22-ci)
 • Adambaşına 7760 dollar  (121-ci)
ÜDM (nominal)
 • Ümumi (2021) 387 milyard dollar  (35-ci)
 • Adambaşına 1795 dollar  (143-cü)
İİİ (2015) 0.550 (artış; 147-ci)
Demonim Pakistanlı
İnternet domeni .pk
ISO kodu PK
BOK kodu PAK
Telefon kodu +92
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Pakistan
Pakistan

Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dəniziOman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.

Hazırda Pakistanın nəzarəti altında olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu NeolitTunc dövrünə məxsus abidələr, yaşayış məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyası, Makedoniyalı İsgəndər, Mauriya İmperiyası, Əməvilər sülaləsi, Qupta İmperiyası[4], Dehli sultanlığı, Monqol İmperiyası, Böyük Moğol İmperiyası, Dürranilər İmperiyasıBritaniya İmperiyası kimi nəhəng imperiyalar və hökmdarlar ağalıq etmişdir.

Məhəmməd Əli Cinnah tərəfindən başladılmış Pakistan hərəkatıyarımqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir.[5] Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyası və təbiətində də büruzə verir. Pakistan 1956-cı ildə konstitusiyanı qəbul etmiş, beləliklə İslam respublikasına çevrilmişdir. 1971-ci ildə başlamış etnik vətəndaş müharibəsi Şərqi Pakistanın ölkənin əsas hissəsindən ayrılması və Banqladeş adı ilə müstəqillik qazanması ilə nəticələnmişdir.[6] 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsası qoyuldu. Yeni konstitusiyadakı bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunurdu.[7]

Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.[8]

Etimologiyası

Pakistan — ölkəyə bu ad 1933-cü ildə siyasi-aktivist Çaudhri Rəhmət Əli tərəfindən verilmişdir. Mənası isə "paklar diyarı" deməkdir. Bu ölkənin adının tam açılışı da vardır. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan "P" – Pəncab, "a" – afqan, "k" – Kəşmir, "i" — İndus çayı və islam dini, "s" – Sindi, "tan" isə — Bəlucistan deməkdir.

Tarixi

Müasir tarix

1947-ci ildə istiqlaliyyət qazanan Hindistan dini icma prinsipi əsasında iki dövlətə — Hindistan və Pakistan dövlətlərinə bölündü. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan dövlətinin yaradıldığı elan edildi. Onun əhalisi əsasən müsəlmanlardan ibarət idi. 1948–1950-ci illərdə ölkədə vergi və torpaq islahatları keçirildi. 1956-cı ilin martın 23-də Pakistan federativ respublika elan olundu. Onun tərkibinə iki vilayət — QərbiŞərqi Pakistan daxil idi. Ölkədəki qeyri-sabitlik 1958-ci il oktyabrın 8-də hərbi çevrilişə gətirib çıxardı. Hərbi hökumət konstitusiyanın və siyasi partiyaların fəaliyyətini qadağan etdi. 1962-cı il martın 1-də Pakistan prezident respublikası oldu. Prezident vəzifəsinə hərbi hakimiyyətin başçısı Əyyub xan seçildi. 1965-ci ildə Hindistanla Kəşmir ərazisi uğrunda hərbi münaqişə baş verdi.

1966-cı ildə Daşkənddə Hindistan və Pakistan başçılarının görüşü oldu. Birgə razılıq bəyannaməsi qəbul edildi və münaqişə dinc yolla nizama salındı. Siyasi müxalifətin güclənməsi və Şərqi Benqaliyanın ayrılması uğrunda kütləvi hərəkatın başlanması 1969-cu ildə Pakistanda siyasi böhrana səbəb oldu. Həmin il martın 25-də Pakistanda yeni hərbi çevriliş baş verdi. Hakimiyyətə general Yəhya xan gəldi. 1970-ci ildə Pakistanın tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirildi. Seçkilər zamanı əksəriyyət səsi ölkənin şərqində Xalq Liqası Partiyası, qərbində isə Pakistan Xalq Partiyası qazandılar. Xalq Liqası partiyası Şərqi Benqaliyaya muxtariyyət verilməsi tələbi ilə çıxış etdi. Pakistan hökuməti bu tələbi rədd etdi. Ölkənin şərq hissəsində separatizm hərəkatı başlandı.

1971-ci il martın 25-dən 26-na keçən gecə Şərqi Benqaliyaya qoşun yeridildi. Qanlı vətəndaş müharibəsi başlandı. Müharibənin ilk günündə, martın 26-da Banqladeş Xalq Respublikası elan olundu. 1971-ci ilin dekabrında hərbi münaqişəyə Hindistan da qoşuldu. Hindistan-Pakistan müharibəsi başlandı. Pakistan ordusu məğlub edildi. Bu məğlubiyyət nəticəsində Pakistanda hərbi rejim iflasa uğradı və general Yəhya xanın hökuməti istefa verdi. Hakimiyyətə başda Pakistan Xalq Partiyasının lideri Zülfüqar Bhutto olmaqla mülki hökumət gəldi. Yeni hökumət bir sıra mütərəqqi iqtisadi və sosial tədbirlər həyata keçirdi. Aparıcı sənaye sahələri, banklar milliləşdirildi. Aqrar islahatlar həyata keçirildi. Mülkədar torpaq sahibliyi məhdudlaşdırıldı. Kəndli təsərrüfatlarına dövlət yardımı artırıldı. 1972-ci ildə Hindistanla Pakistan arasında mübahisəli məsələləri həll etmək üçün saziş imzalandı.

1974-cü ildə Pakistan Banqladeşi müstəqil dövlət kimi tanıdı. 1976-cı ildə Hindistanla diplomatik münasibətlər yarandı. Xalq Partiyası (PXP) başda Z.A.Bhutto olmaqla yenidən seçkilərdə qələbə çaldı. Lakin müxalifət bloku — Pakistan Milli Alyansı seçkilərin nəticələrini tanımadı və yeni seçkilər keçirilməsi tələbini irəli sürdü. Ölkəni siyasi böhran bürüdü. Bundan istifadə edən general Ziya-ül-Həqq iyulun 5-da hərbi çevriliş edərək hakimiyyətə gəldi. O, parlamenti buraxdı. Konstitusiyanı ləğv etdi. Siyasi partiyaların fəaliyyati dayandırıldı. Baş nazir Z.O.Bhutto hakimiyyatdən sui-istifada etməkdə günahkar bilinərək 1979-cu il aprelin 4-da edam olundu. Ölkədə ənənəvi həyat tərzinin dəyişməsi, yeniliklə köhnəliyin toqquşması keçmişi həsrətlə anmağı, dini dirçəltməyi yada saldı. Rəhbərlik dünyəvi dövlət qurmaq prinsiplərindan uzaqlaşdı.

1979-cu ildə prezident Ziya-ül-Haqq Pakistanı İslam Respublikası elan etdi. Yeni hökumət cəmiyyətin sosial-siyasi hayatını islamlaşdırmağa başladı. Bu dövrdə xarici siyasətin əsas istiqamati qonşu Əfqanıstanda baş verən hadisələrə yaxından müdaxilə etməyə, oradakı müqavimət hərəkatına hər cür yardım göstərməyə yönəldildi. Pakistan ərazisində 3 milyondan çox əfqan qaçqınına sığınacaq verildi. Daxildə isə siyasi sabitlik yox idi. Müxtəlif istiqamətli siyasi partiyalar bir-biri ilə mübarizə aparır, əhali arasında milli-dini zəmində toqquşmalar törədirdilər. Belə münaqişələr həmişə ordunun köməyi ilə yatırılırdı.

1988-ci ilin avqustunda Ziya-ül-Haqq təyyarə qazasında halak oldu. Keçirilən parlament seçkilərində PXP kiçik üstünlüklərlə qələbə qazandı. Partiyanın sədri, edam olunmuş Z.Ə.Bhuttonun qızı Bənazir Bhutto baş nazir vəzifəsini tutdu. Yeni hökumət islahatlar keçirməyə, ölkə həyatını demokratikləşdirməyə, əhalinin vəziyyətini yaxşılaşdırmağa dair tədbirlər planı irəli sürdü. Lakin müxalifətdə olan İslam Demokratik Alyansı partiyası onun apardıği siyasətə qarşı çıxdı və istefasını tələb etdi. Ölkəni yeni iğtişaşlar bürüdü.

1990-cı ildə prezident Qulam İshaq xan Bənazir Bhuttonu vəzifədən kənarlaşdırdı və parlamenti buraxdı. Yeni parlament seçkiləri keçirildi. İslam Demokratik Alyansı partiyası seçicilərin əksəriyyətinin səsini qazandı və yeni hökuməti formalaşdırdı. 1999-cu ildə Pakistanda yeni hərbi çevriliş baş verdi. General Pərviz Müşərrəf hakimiyyəti ələ keçirdi. Parlamenti buraxdı. Ölkədə vəziyyət sabitləşdikdən sonra hakimiyyəti mülki hökumətə verəcəyi barədə bəyanatla xalqa müraciət etdi. 2001-ci ildə keçirilmiş prezident seçkilərində P.Müşərrəf ölkə prezidenti seçildi.

Coğrafiya, ətraf mühit və iqlim

border=none Əsas məqalə: Pakistan coğrafiyası

Pakistanın coğrafiyası və iqliminin son dərəcə müxtəlif olması ölkədə çox müxtəlif canlıların yaşamağına şərait yaradır.[9] Pakistanın sahəsi 881,913 km²-dir ki, bu da təqribən Fransa və Böyük Britaniyanın birlikdə ərazisinə bərabərdir. Ölkə cənubdan Ərəb dəniziOman körfəzi ilə 1046 km dəniz sahili mövqeyə sahibdir.[10] Quru sərhədlərinin ümumi uzunluğu isə 6774 km-dir. Omanla dəniz sərhədlərinə sahib olan bu ölkəni Tacikistandan dar Vahan dəhlizi ayırır.[11][12] Pakistan Cənubi Asiya, Yaxın ŞərqMərkəzi Asiya regionlarının arasında olduqca mühüm geosiyasi mövqedə yerləşir.

Pakistan üç mühüm coğrafi əraziyə bölünür: şimal yaylaları, Hind çayı boyunca düzənliklər və Bəlucistan platosu.[13] Ölkənin şimalında yerləşən dağlıq ərazilər Qaraqorum, HinduquşPamir dağlıq ərazilərindən ibarətdir. Dünyada hündürlüyü səkkiz min metrdən yüksək olan 14 dağ zirvəsindən beşi burada yerləşir.[14] Ölkənin qərb hissəsini Bəlucistan platosu, şərq hissəsini isə Tar səhrası təşkil edir. 1609 km uzunluğu olan Hind çayı ölkənin şimalında Kəşmir bölgəsindən başlayır və cənubda Ərəb dənizinə tökülür. PəncabSind əyalətlərində bu çayın boyunca allüvial düzənliklər uzanır.[15]

İqlim müxtəlif olduğuna görə temperatur da fərqlidir. Musson mövsümündə həddən artıq yağan yağışlar nəticəsində tez-tez daşqınlar baş verdiyi halda, quru mövsümdə çox az səviyyədə və ya heç yağıntı olmur. Pakistanda dörd fərqli mövsüm mövcuddur: dekabrdan fevrala qədər davam edən sərin, quru qış; martdan maya qədər davam edən isti, quru payız; iyundan sentyabra qədər davam edən yağışlı yay; oktyabrdan noyabra qədər davam edən dövr. Yağıntı səviyyəsi ölkə üzrə müxtəlifdir.[16]

Xarici əlaqələri

Müsəlman ölkələri arasında əhalisinin sayına görə 2-ci (İndoneziyadan sonra) olduğuna və nüvə gücünə malik yeganə müsəlman ölkəsi olduğuna görə, Pakistan böyük nüfuza malik ölkədir.[17][18] Pakistanın geostrateji niyyətini Cinnah 1947-ci ildə izah edərkən belə demişdi: "Bizim xarici siyasətimizin əsas məqsədi dünyada olan bütün xalqlar arasında dostluq əlaqələri qurmaqdır". Bu sözlər hal-hazırda da Pakistanın Xarici İşlər Nazirliyinin saytında da əsas şüar olaraq əks etdirilib.[19]

Pakistan İndoneziya, Əlcəzair, Eritreya, Tunis, Mərakeş kimi ölkələrin müstəqillik qazanmasında müstəsna rola malikdir və hazırda da Pakistan bu ölkələrlə yaxın əməkdaşlığa malikdir.

İranla əlaqələrdə bəzi hallarda mübahisələr yaşanmışdır. Pakistanın öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Əfqanıstanda bir sıra şəhərləri bombalaması İran tərəfindən tənqid olunmuşdur.

Pakistanın İsraillə diplomatik əlaqələri yoxdur, buna baxmayaraq bəzi İsrail vətəndaşları turist vizaları ilə bu ölkəyə səfər edə bilirlər.[20] İkili əlaqələrdə hər iki ölkə bir-biri ilə Türkiyə vasitəsilə əlaqə saxlayırlar.[21] Pakistan həmçinin, Azərbaycan ərazilərini işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan və onu tanımayan yeganə dövlətdir.[22]

Pakistanın xarici əlaqələrində Çinlə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Pakistan Çinlə diplomatik əlaqələr quran ilk ölkə hesab olunur və bu əlaqələr 1962-ci ildə Çinlə Hindistan arasında baş verən müharibədən sonra daha da dərinləşmişdir. 1960–1980-ci illərdə Pakistan Çinin dünyada aparıcı dövlətlərindən biri olmağına və ABŞ prezidenti Niksonun Çinə səfər etməsinə də kömək etdi. Hal-hazırda, Çin Pakistanın əsas ticari və iqtisadi ortağı hesab olunur. 2015-ci ildə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 51 saziş imzalanmışdır. Hər iki ölkə 2000-ci illərdə azad ticarət haqqında saziş imzalamışdır. Pakistan, həmçinin, Çin üçün müsəlman ölkələri ilə əlaqələrdə əsas "qapı" hesab olunur.

Pakistanın əsas geosiyasi rəqibi Hindistandır. Bu ölkələr indiyə qədər bir-biri ilə 4 dəfə müharibə edib və bu müharibələrin 3-ü Kəşmir ərazisi üzərində mübahisələr nəticəsində baş verib. Rusiya ilə əlaqələr 1999-cu ildən etibarən inkişaf etməyə başlayıb. ABŞ-la əlaqələr isə "Soyuq müharibə" dövründə yaxşı olsa da, 1990-cı illərdən etibarən Pakistanın öz nüvə enerjisini artırması səbəbilə, ABŞ bu ölkəyə qarşı sanksiyalara başlamışdır.

Kəşmir problemi

border=none Əsas məqalə: Kəşmir problemi
Pakistanın nəzarəti altında olan Azad Kəşmir.

Kəşmir- Cənubi Asiya regionunun ucqar şimal-qərb hissəsində yerləşən bölgədir. Bu ərazi Hindistan və Pakistan arasında mübahisəli ərazi hesab olunur. Bu 2 dövlət bir-biri ilə bu bölgə uğrunda indiyə qədər 3 dəfə 1947, 1965, 1971-ci illərdə müharibə ediblər. 1971-ci ildə olan müharibə nəticəsində, Şərqi Pakistan Banqladeş adı ilə müstəqillik əldə etdi. Bu ölkələr arasında digər döyüşlər də Siaçen buzlaqları (1984) və Kargil (1999) ərazilərində baş verib. Kəşmir bölgəsinin təqribən 45,1%-i hazırda Hindistanın nəzarəti altındadır. Pakistan tərəfi isə Kəşmir bölgəsinin 38,2%-nə nəzarət edir. Kəşmiri iki dövlət arasında bölən cəbhə xətti 1949-cu ildə yaradılıb.

Əhalisi

İl Nüfus
1950 39,448,232
1951 40,382,206
1952 41,346,560
1953 42,342,412
1954 43,372,063
1955 44,434,445
1956 45,535,711
1957 46,679,944
1958 47,868,932
1959 49,104,112
1960 50,386,898
1961 51,718,581
1962 53,100,671
1963 54,524,471
1964 55,988,385
1965 57,494,940
1966 59,046,203
1967 60,641,899
1968 62,282,496
1969 63,969,987
1970 65,705,964
1971 67,491,369
1972 69,325,921
1973 71,121,085
1974 72,911,780
1975 74,711,541
1976 76,456,121
1977 78,152,686
1978 80,051,300
1979 82,374,302
1980 85,219,117
1981 88,417,079
1982 91,465,209
1983 94,154,723
1984 96,501,806
1985 99,076,266
1986 102,065,710
1987 105,208,431
1988 108,407,786
1989 111,528,381
1990 114,606,690
1991 117,684,292
1992 120,098,197
1993 122,523,650
1994 125,531,448
1995 128,733,657
1996 132,194,115
1997 135,616,310
1998 139,062,987
1999 142,520,124
2000 146,404,914
2001 150,399,566
2002 153,470,779
2003 156,196,488
2004 159,266,367
2005 162,490,385
2006 165,873,928
2007 169,340,538
2008 172,800,051
2009 174,579,000

Pakistan İslam Respublikası dövlət statitika orqanının (Population Census Organization) məlumatına əsasən 796.096[23] km² ərazisi olan ölkənin əhalisinin sayı 23 noyabr 2012-ci il üçün 181.435.603[24] nəfərə çatdığı ehtimal olunur. Son siyahıyaalma 1998-ci ildə aparılmış, onun nəticələrinə əsasən Pakistanın əhalisi 132.352.279 nəfər olmuşdur.[25] 2020-ci ilə qədər əhali sayının 210.13 milyon nəfərə çatacağı gözlənilir.Əhalisin sayına görə dünyada 6-cı pillədə yerləşir.2016-cı ildə əhali artmı 1,45% qeydə alınmışdır.

Etnik tərkibi

Pakistandakı etnik qruplar

"Ethnologue report for Pakistan"a görə ümumilikdə ölkə ərazisində 72 dildə danışan etnik qrup var:[26] pəncablılar, puştunlar, Sindhilər, seraikilər, bəluclar, brahuilər, həzaralar, qucaratlılar, nuristanlılar, parslar, ərəblər, çinlilər, özbəklər, türkmənlər, uyğurlar və sairə.

Din

border=none Əsas məqalə: Pakistanda din

Pakistanın konfessional tərkibi aşağıdakı kimidir:

İslam

Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir.[28] Müsəlmanların əksəriyyəti sünnilərdir (95%)[29], şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.[30]

Hinduizm

2008-ci il hesablamalarına əsasən hinduizm Pakistanda İslamdan sonra 2-ci böyük dindir.[31][32] 2050-ci ildə Pakistanın hindlərin sayına görə dünyada dördüncü ölkə olacağı gözlənilir. Hindlər Pakistanın bütün bölgələrində məskunlaşıblar, lakin, onların əsas məskunlaşdığı bölgə Sindh hesab olunur.[33]

Bəzi hindlər özlərini Pakistanda 2-ci dərəcəli vətəndaş hesab edir və buna görə də Hindistana miqrasiya edirlər.[34]

İstinadlar

  1. Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine
  2. 1 2 251 // Constitution of Pakistan (urdu).
  3. http://chartsbin.com/view/edr.
  4. Wynbrandt, James. A Brief History of Pakistan. Infobase Publishing, 2009. ISBN 081606184X, 9780816061846.
  5. "Exploding Communalism The Politics of Muslim Identity in South Asia" (PDF). Ayesha Jalal. Oxford University Press, 1998-9. 2013-09-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-07.
  6. "Special report: The Breakup of Pakistan 1969-1971". 2017-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  7. Iqbal, Khurshid. The Right to Development in International Law: The Case of Pakistan. Routledge. 2009. səh. 189. ISBN 978-1-134-01999-1. The constitution proclaims ... that all existing laws shall be brought in accordance with the injunctions of Islam as laid down in the Quran and Sunnah, and no law shall be enacted which is repugnant to such injunctions.
  8. "Nilufer Bakhtiyar: "For Azerbaijan Pakistan does not recognize Armenia as a country"". 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-19.
  9. "Land and People". Ministry of Information, Broadcasting, and National Heritage. 22 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  10. "PNS Gwadar". Global Security. 21 noyabr 2011. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  11. "Muscat Agreement on the Delimitation of the Maritime Boundary between the Sultanate of Oman and the Islamic Republic of Pakistan, 12 June 2000(1)" (PDF). United Nations. səh. 1. 6 August 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 aprel 2018.
  12. Edward Wong. "In Icy Tip of Afghanistan, War Seems Remote". New York Times. 27 oktyabr 2010. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  13. "About Pakistan: Geography". American Institute For Pakistan Studies. 21 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  14. "PTDC page on mountaineering". Pakistan Tourism Development Corporation. 10 noyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  15. "Pakistan". InfoPlease. Pearson Education. 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  16. "Pakistan Climate". Encyclopedia of the Nations. 28 mart 2008. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  17. Colgrove, Rosemary. Eye on the sparrow : the remarkable journey of Father Joseph Nisari, Pakistani priest. Minneapolis: Mill City Press. 2010. ISBN 1-936400-87-1.
  18. Lyon, Peter. Conflict between India and Pakistan : an encyclopedia. Santa Barbara, Calif.: ABC-CLIO. 2008. ISBN 1-57607-712-8. İstifadə tarixi: 18 aprel 2018.
  19. "Ministry of Foreign Affairs Homepage". MoFA.gov.pk. Government of Pakistan. 2013. 2019-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  20. Khoury, Jack. "Israeli lecturer takes part in Pakistan conference". Haaretz. Haaretz. 28 fevral 2015. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  21. "Pakistan-Israel in landmark talks". BBC News. 1 sentyabr 2005. İstifadə tarixi: 18 aprel 2018.[ölü keçid]
  22. Staff work. "Pakistan the only country not recognizing Armenia – envoy". Armenian Times. 5 fevral 2015. 2015-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  23. "Population Census Organization of Pakistan : Area 796,096 Sq.Kms". 2009-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-16.
  24. Government of Pakistan: Population Census Organization: Population Clock Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine
  25. "GeoHive: Global Statistics : Pakistan". 2013-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-22.
  26. "Ethnologue : Languages of the World – 16 edition (2009): Languages of Pakistan". 2004-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-15.
  27. Перепись населения Пакистана 1998 года
  28. Singh, Dr. Y P. Islam in India and Pakistan – A Religious History. Vij Books India Pvt Ltd. 2016. ISBN 978-93-85505-63-8. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13. Pakistan has the second largest Muslim population in the world after Indonesia.
  29. "Country Profile: Pakistan" (PDF). Library of Congress Country Studies on Pakistan. Library of Congress. February 2005. 2005-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 fevral 2018. Religion: The overwhelming majority of the population (96.3 percent) is Muslim, of whom approximately 95 percent are Sunni and 5 percent Shia.
  30. "Field Listing : Religions". The World Factbook. Central Intelligence Agency. 2010. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  31. "Population Distribution by Religion, 1998 Census" (PDF). Pakistan Bureau of Statistics. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  32. "10 Countries With the Largest Hindu Populations, 2010 and 2050". Pew Research Center. 2 April 2015. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  33. "Pakistan". Ethnologue. 2018-12-26 tarixində arxivləşdirilib.
  34. Sohail, Riaz. "Hindus feel the heat in Pakistan". BBC. 2 March 2007. 14 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018. But many Hindu families who stayed in Pakistan after partition have already lost faith and migrated to India.

Həmçinin bax