Portal:Opera

Vikipediya, azad ensiklopediya
EN-Jungwon (müzakirə | töhfələr) (fixed lint error) tərəfindən edilmiş 17:05, 13 mart 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər" Mark Tven

Üçüncü zəng çalınır, pərdə qalxır...

Opera portalına
xoş gəlmisiniz!


redaktə  

Operalar

Sehirli fleyta — (alm. Die Zauberflöte‎), Volfqanq Amadey Mosartın 1791 ci ildə Emanuel Şikanederin librettosuna bəstələmiş olduğu opera. Operanın premyerası 30 sentyabr, 1791 ci ildə Auf der Viden, Vyanada oynanılmışdır. Librettonun süjeti isə bir neçə xalq nağılından götürülmüşdür. Gecə kraliçasının qızı sehirbaz Zarastro tərəfindən oğurlanır. Gecə kraliçası qızını qurtarmaq üçün, köməkçi və sehirli flöyte verib, şahzadə Taminonu yola salır. Şahzadə ehirbazın tərəfinə keçərək bir sıra sınaqlarla üzləşir.


redaktə  

Operettalar

O olmasın, bu olsunÜzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911). Bәstәkarın XIX əsrin sonu XX əsrin әvvәllәri Azәrbaycan hәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada müflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәhdi inandırıcı tәsvir olunmuşdur. İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mubarizә aparan, pulun hökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin numayәndәlәri "әski" cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi mühüm dramaturji rol oynayıb, hadisәlәrin gedişatına fәal yardım göstәrir, qәhrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәhrәmanlar arasında puluna görә "yuxarı" tәbәqәlәrin hörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.


redaktə  

Bəstəkarlar

Volfqanq Amadeus Mosart (Wolfgang Amadeus Mozart) (27 yanvar 1756, Zaltsburq5 dekabr 1791, Vyana) – dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri. Mosart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert reperturlarının ayrılmaz parçasını təşkil edir.

Volfqanq Amadey Mosart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Mosartların ailəsində dünyaya göz açmışdır. Mosartın özündən savayı sağ qalmiş "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Mosart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verlimişdir. Mosart isə özünü sonralar "Volfqanq Amadey Mosart" kimi adlandırılmağı üstün tutmuşdur.


redaktə  

Milli operamız

Şah İsmayıl — Bəstəkar Müslüm Maqomayevin eyniadlı Azərbaycan dastanı əsasında yazdığı opera. Bəstəkar əsəri 1916-cı ildə eynadlı Azərbaycan dastanı əsasında yazıb, ilk dəfə tamaşaya 1919-cu ildə qoyub. Əsər 1925-ci ildə və sonrakı illərdə, müəllifin vəfatınadək (1937), ciddi libretto və musiqi dəyişikliklərinə məruz qalıb. Librettonun ilkin müəllifi Mirzə Qədir İsmayılzadədir ("Vüsaqi", Mikayıl Müşfiqin atası) olub, sonradan Məmməd Səid Ordubadi tərəfindən dəyişilib.


redaktə  

Məşhur tenor ifaçılar

Andrea Boçelliİtalyan tenor, bəstəkar, müğənni və albom prodüseridir. Zəif görmə ilə doğulan Andrea, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini itirmişdir. 1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrtinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.


redaktə  

Məşhur soprano ifaçılar

Netrebko Anna Yuriyevna (rus. Анна Юрьевна Нетребко) (18 sentyabr 1971(1971-09-18) ci ildə Rusiya, Krasnodar) rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı. 2006 cı ildən Avstriya Avstriya vətəndaşı. Anna Netrebko Rusiyanın Krasnadar şəhərində 18 sentyabr 1971(1971-09-18) ci ildə dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşqul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır. 1993 cü ildə Qlinka adına müsahibənin qlibi olan Anna Marininskiy teatrına dəvət olunur. Burada o, drijor Valeri Gyorgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994 cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehirli fleyta”da “gecə kraliçasını” ifa edir. 1995 ci ildə San Fransiskoda “Ruslan və Lyudmila” operası ilə öz debüt çıxışını edir.


redaktə  

İfaçılar

Elçin Yaşar oğlu Əzizov (d. 13 avqust, 1975) — azərbaycanlı bariton opera müşənnisi. Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Böyük Teatrın 2008 ci ildən solisti.


redaktə  

Opera teatrları

Kral Opera Teatrı ya Kral Opera Teatrı, Kovent Qarden (ing. Theatre Royal, Covent Garden) — 1737 ci ildə əsası qoyulmuş, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, səhnəsində opera və balet tamaşaları oynanılan teatr binası. Ona qısaca olaraq “Kral Operası” və ya “Kral Opera Evi” də deyilir. Teatrın binası Kovent Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Sonuncu bina 1858 ci ildə inşa edilmişdir. 1990 cı ildə isə bina tamamilə rekoctruksiya edilmişdir. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir.


redaktə  

Opera indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z



redaktə  

Opera musiqisi


Uvertüralar


Ariyalar


redaktə  

Təqvim

Sentyabr


redaktə  

Məşhur ariyaların sözləri



redaktə  

Şəkil qalereyası


Florida Grand Opera - Flickr - Knight Foundation (32).jpg
Turandot. Böyük Teatr, Florida, 2010


redaktə  

Bilirsinizmi...

  • Turandot operasının orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki epik hekayədən götürülmüşdür.
  • Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


redaktə  

Xarici keçidlərdə operalar



Opera Vikixəbərdə  Opera Vikisitatda  Opera Vikikitabda  Opera Vikimənbədə  Opera Vikilüğətdə  Opera Vikiversitetdə  Opera Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar