Tahir Əliyev (general)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tahir Əliyev | |
---|---|
| |
24 fevral 1992 – 16 mart 1992 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cılfır, Qubadlı rayonu |
Təhsili | SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyası |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Rütbəsi | polis general-mayoru |
Əliyev Tahir Yunus oğlu — polis generalı, Azərbaycan Respublikasının müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992), daxili işlər naziri (17 mart 1992 – 25 aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995). Hazırda ehtiyatda olan generaldır.
Həyatı
Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971-1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib. 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib. Hazırda ehtiyatda olan generaldır.
Karyerası
İctimai-siyasi fəaliyyəti
Parlamentdə
1990-1995
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1].