Tor (zenit-raket kompleksi)
9K330 Tor | |
---|---|
Tipi | Zenit-raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1986 – davam edir |
İstismara başlanması | 1986 |
İstismar edənlər | İstifadəçilər siyahısına bax |
İstifadə edilən döyüşlər | Rusiya-Gürcüstan müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor |
Almaz-Antey:
|
Konstruksiya tarixi | 1975 |
İstehsal illəri | 1983 – davam edir |
Variantları | Tor, Tor-M1, Tor-M2, Tor-M1-2U |
Xüsusiyyətləri | |
Ağırlığı | 34 ton |
Sürət | 65 km/s |
Əsas silah | 9M330, 9M331 raketi |
Uzunluğu | 7.5 m |
Eni | 3.3 m |
Hündürlüyü | 5.1 m |
Ekipaj | 3 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tor zenit-raket kompleksi istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir.[1] 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur.[2] Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
İstifadəçilər
- Azərbaycan: Bir neçə "Tor-M2E" batareyası[3][4][5]
- Ermənistan: 2017-ci ilin dekabrında Rusiya ilə Ermənistan arasında imzalanan hərbi kredit çərçivəsində 2018-ci ildən etibarən "Tor-M2" zenit-raket komplekslərinin Ermənistana təhvil veriləcəyi gözlənilir.[6]
- Belarus: Hər batareyada 4 ədəd buraxıcı qurğu olmaqla, 5 batareya "Tor-M2K"[7][8][9]
- Rusiya: 120-dən çox 9K330, 9K331, 9K332 kompleksi
- Venesuela: 2012-ci ildə 12 kompleks "Tor-M1" silahlanmada idi. Daha 26 kompleks sifariş verilmişdir.[10][11]
- Yunanıstan: 25 kompleks "Tor-M1"
- Misir: 10 kompleks "Tor-M1"[12][13]
- ÇXR: 24 kompleks "Tor-M1"
- Kipr: 6 kompleks "Tor-M1"[14]
- İran: 29 kompleks "Tor-M1"[15]
- Ukrayna: Bilinməyən sayda. 24 avqust 2017-ci il tarixində Kiyevdə baş tutan hərbi parad zamanı 1 ədəd "Tor" zenit-raket kompleksi nümayiş etdirilib.[16]
Həmçinin bax
İstinadlar
- ↑ "Российские зенитные ракетные комплексы «Тор» на международной авиационно- космической выставке «Аэрошоу Чайна – 2014»". dokwar.ru. İstifadə tarixi: 21 may 2018.
- ↑ Ermənistanı qorxuya salan Azərbaycanın zenit-raket kompleksi
- ↑ http://www.armstrade.org/files/obrazecglava4.pdf
- ↑ Алексей Никольский. "Россия вооружает Азербайджан". Газета «Ведомости». 2013-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
- ↑ "Стал известен список военной техники, которая будет продемонстрированa Вооружёнными силами Азербайджана на военном параде" (rus). «Агентство Азери-Пресс (АПА)». 12 iyun 2013. 2013-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
- ↑ https://ordu.az/az/news/132867
- ↑ Гвардейский 1146-й зенитный ракетный полк возрожден в Беларуси
- ↑ На подходе новая батарея ЗРК «Тор-М2»
- ↑ Заключен контракт на поставку в белорусскую армию батареи зенитного ракетного комплекса "Тор-М2"
- ↑ The Military Balance 2012. — P. 405.
- ↑ The Military Balance 2012. — P. 406.
- ↑ "Tor-M1". www.deagel.com. İstifadə tarixi: 21 may 2018.
- ↑ "Минобороны Египта на учениях продемонстрировало ЗРК «Бук-М2», утверждает «Джейнс»". vpk.name. İstifadə tarixi: 21 may 2018.
- ↑ Греция заменит на Кипре С-300 на ЗРК «Тор-М1» и САУ «Сюзанна». — ВОЙНА и МИР
- ↑ "Russia Iran successfully tests Russian TOR-M1 missiles". RIA Novosti. 2007-02-07. İstifadə tarixi: 21 may 2018.
- ↑ [1]