Polonez RYAS

Vikipediya, azad ensiklopediya
Hasan İmanov (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:12, 11 iyun 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Polonez taktiki raket kompleksi

Maksimal atış uzaqlığı: 300 kq

Raketin çəkisi: 780 kq

Döyüş başlığı hissəsinin çəkisi: 140 kq

Zərərvurma radiusu: 80 metr

Maksimal uçuş müddəti: 310 metr/saniyə

Döyüşə hazırlıq vaxtı: 10 dəqiqə

İstismar müddəti: 10 il

Mənşə: Belarus Belarus

Xidmət müddəti: 2016- hal-hazırki dövr

Kütləvi surətdə istehsalına başlanılıb: 2014


Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.