Konstitusiya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Konstitusiya — dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: Yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.
Yazılı konstitusiyalar ya vahid normativ aktdır (əksər dövlətlərdə), ya da bir neçə konstitusiya qanunlarının məcmusudur (məsələn, İsveç Konstitusiyası, İspaniya Konstitusiyası, Finlandiya Konstitusiyası).
Yazılmamış konstitusiyalarda konstitusiya normaları çox sayda aktlarda və həmçinin adətlərdə təsbit olunmuşdur (anqlo-saks hüquqi ailəsi üçün səciyyəvidir (ABŞ istisna olmaqla), Böyük Britaniya Konstitusiyası).
Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır ki, çoxlu dəyişiklilərlə bu gün də qüvvədədir.
Konstitusiyanın funksiyaları
Konstitusiyanın əsas funksiyaları bunlardır:
- Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
- Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.
- Siyasi funksiya –siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir.
- Tərbiyəvi funksiya - hər bir insanda, konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.
Konstitusiyaların digər qanunlardan fərqi
Konstitusiya:
- Dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir.
- Ali hüququ qüvvəyə malikdir.
- Digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir.
- Qanunvericilik üçün əsas rolunu oynayır.
- Dəyişilməsinin xüsusi qaydalarına malikdir.
Azərbaycan Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
Dünya dövlətlərin konstitusiyalarının qəbul tarixləri
- San-Marino, 1600-cü il, San-Marino Konstitusiyası (Statuta Decreta), Konstitusiyalı respublika[1]
- ABŞ, 1789-cu il, ABŞ Konstitusiyası, Konstitusiyalı federativ respublika
- Norveç, 1814-cü il, Norveç Konstitusiyası, Konstitusiyalı monarxiya[2]
- Niderland, 1815, Niderland Konstitusiyası, Konstitusiyalı monarxiya[3]
- Kosta-Rika, 1838, demokratik respublika
- İtaliya, 1848-ci ildə Sardiniya krallığı kimi qəbul edilib, sonradan İtaliya krallığı
- Argentina, 1853, federal prezidentli respublika
- Kanada, 1867, Kanada Konstitusiyası, British North America Act[4]
- Lüksemburq, 1868, parlamentli monarxiya
- İsveçrə, 1874, İsveşrə Konstitusiyası
- Avstraliya, 1901, Avstraliya Konstitusiyası
- Meksika, 1917
- Avstriya, 1920, Avstriya Konstitusiyası[5]
- Lixtenşteyn, 1921, Lixtenşteyn Konstitusiyası
- Latviya, 1922 [6]
- İrlandiya, 1937, İrlandiya Konstitusiyası
- İslandiya, 1944
- İtaliya, 1947, İtaliya Konstitusiyası
- Yaponiya, 1947, Yaponiya Konstitusiyası
- ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası
- Almaniya, 1949,
- Macarıstan, 1949,
- Hindistan, 1950, Hindistan Konstitusiyası
- Danimarka, 1953
- Misir, 1953
- Fransa, 1958, Fransa Konstitusiyası
- Kipr, 1960
- Monako, 1962
- Malta, 1964
- Uruqvay, 1966
- Pakistan, 1973
- İsveç, 1975
- Yunanıstan, 1975
- Madaqaskar, 1975
- Portuqaliya, 1976
- İspaniya, 1978, İspaniya Konstitusiyası
- Çili, 1980
- Qayana, 1980
- Türkiyə, 1982
- Honduras, 1982
- Qvatemala, 1985
- Efiopiya, 1987
- Filippin, 1987
- Surinam, 1987
- Braziliya, 1988
- Xorvatiya, 1990
- Andorra, 1991
- Bolqarıstan, 1991, Bolqarıstan Konstitusiyası
- Şimali Makedoniya, 1991
- Kolumbiya, 1991
- Rumıniya, 1991
- Sloveniya, 1991
- Çexiya, 1992
- Estoniya, 1992, Estoniya Konstitusiyası
- Litva, 1992
- Paraqvay, 1992
- Slovakiya, 1992
- Peru, 1993
- Belçika, 1993,
- Andorra, 1993
- Rusiya, 1994
- Belarus, 1994, Belorus Konstitusiyası
- Azərbaycan, 1995, Azərbaycan Respublikasının Konstitusiyası
- Ekvador, 2008
- Boliviya, 2009
İstinadlar
- ↑ 8 oktyabr 1600-cü ildə qəbul edilib. Bu Konstitusiya aktı 1300-cü ildə qəbul edilmiş Statuti Comunali (Town Statute) şəhər Nizamnaməsi əsasında hazırlanıb.
- ↑ http://www.norway.org/culture/heritage/nationalday.htm
- ↑ http://www.inghist.nl/Onderzoek/Projecten/Grondwet/index_html_en
- ↑ Kanada Konstitusiyası 1867-ci ildə 1763-cü ildən başlayaraq qəbul edilmiş Kanada əyalət Konstitusiyaları əsasında qəbul edilib. Ciddi dəyişikliklər 1982-ci ildə edilib.
- ↑ 1929-cu ildə təftiş edilmişdir; 1 may 1945-ci ildə bərpa edilmişdir; 1 may 1934-cü il - 1 may 1945-ci illərdə faşist konstitusiyası qüvvədə olmuşdur
- ↑ 21 avqust 1991-ci il Konstitusiya aktı ilə qəbul edilmiş; sonradan çoxsaylı düzəlişlər edilmişdir