Elçin Musaoğlu

Vikipediya, azad ensiklopediya
5.197.219.4 (müzakirə) (Həyatı) tərəfindən edilmiş 13:13, 2 noyabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Elçin Musaoğlu
Doğum tarixi 11 iyul 1966(1966-07-11) (58 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, aktyor
Təhsili
IMDb ID3296495

Quliyev Elçin Musa oğlu (Elçin Musaoğlu) – kinorejissor, ssenari müəllifi.

Həyatı

Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda(1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" film layihəsi Focal cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.

42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatına layiq görülmüşdür(2009).

Filmoqrafiya

40-cı qapı (film, 2009) filminin çəkilişləri
  1. Leyli və Məcnun (1990)
  2. Qatil (film, 1994)
  3. P. S. (film, 1995)
  4. Valın üçüncü üzü (film, 1996)
  5. Qum dənəsi (film, 1997)
  6. Səyyahın Gündəliyi (1997)
  7. Azad Mirzəcanzadə (1998)
  8. Rüstəm Haqqında (1999)
  9. Hər şey olduğu kimi. Arşın mal alan-55. IV film (film, 2000)
  10. Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
  11. Hər şey olduğu kimi. Əminə Dilbazi (film, 2000)
  12. Günəş və bulud (film, 2000)
  13. İsmixan Rəhimov (film, 2000)
  14. Küyçü Həmid (film, 2000)
  15. O quzeylər (film, 2000)
  16. Tofiq Bakıxanov (film, 2000)
  17. Bir qəlbin iki dastanı (film, 2001)
  18. Gəmiqaya (film, 2001)
  19. Havalansın Xanın səsi (film, 2001)
  20. Qaya (film, 2001)
  21. Mingəçevir. Birinci film (film, 2001)
  22. Mingəçevir. İkinci film (film, 2001)
  23. Rəşid Behbudov (2001)
  24. "Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001)
  25. Şəfiqə Baxşəliyeva (film, 2001)
  26. Usta Rəşid (film, 2001)
  27. Basqal (film, 2002)
  28. Fotoqraf (film, 2002)
  29. Gözümün İşığı (2002)
  30. Gülağa Məmmədov (film, 2002)
  31. Lütfiyar İmanov (film, 2002)
  32. Maestro (film, 2002)
  33. Mariya Titorenko (film, 2002)
  34. Durnalar qayıtdı (film, 2003)
  35. Firəngiz Əhmədova (film, 2003)
  36. Şüşə Oyuncaqlar (2003)
  37. Nur Payı (2005)
  38. Qamış Şəhərin Yuxuları (2006)
  39. Mən kitabımı başlayıram (film, 2006)
  40. Günəş və bulud-2 (film, 2007)
  41. Qaşqayın son proqnozu (film, 2007)
  42. Söz Uşaqlara Verilir (film)
  43. 40-cı qapı (film, 2009)(tammetrajlı bədii film)
  44. Nabat (film, 2010) (tammetrajlı bədii film)

Festivallar

"Golden Award mükafatı" ("Şüşə oyuncaqlar")
  • 2009 – 42-ci Beynəlxalq Hyuston Filmfestivalı(ABŞ):
"Gold Remi Avard.Foreign" ("40-cı qapı")
  • 2009 – 44-cü Beynəlxalq Karlovi Vari Film Festivalı (Ist of the West)
  • 2009 – 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalı (40-cı qapı):
"Ən parlaq debüt" mükafatı.
  • 2009 – 19-cu Beynəlxalq Cottbus Film Festivalı:
1. "The International Film Guide Inspiration Award"
2. "Prize of the Ecumenical Jury with a Special Mention"
  • 2009 – Monteneqro TV və Film Festivalı:
1. "The award for best photography"
2. "The award for best directing"
3. "Silver olive"
  • 2010 – Tiburon Beynəlxalq Film Festivalı(ABŞ):
"Federico Fellini Award"