Yuri Nikulin
Yuri Nikulin | |
---|---|
rus. Ю́рий Влади́мирович Нику́лин | |
Doğum adı | Юрий Владимирович Никулин |
Doğum tarixi | 18 dekabr 1921[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 avqust 1997[2] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Fəaliyyəti | Kloun, sirk artisti[d], kino aktyoru, hərbi qulluqçu, rejissor, televiziya aparıcısı, yumor ustası, müğənni |
Fəaliyyət illəri | 1958–1997 |
Mükafatları |
|
IMDb | ID0631994 |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Vladimiroviç Nikulin (rus. Юрий Владимирович Никулин) - rus aktyoru və klounu.
Həyatı
Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, “İgidliyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təlif olunmuşdu.
Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirmişdi. 1949-cu ildə Y.V. Nikulin Tatyana Pokrovskaya ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlir.
Yaradıcılığı
Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradır. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında “Brilyant əl”, “12 stul”, “Quldur qocalar” və s. filmlər var. Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırmışdı. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə “Araq çəkənlər”, “Barbos iti və qeyri-adi qaçış” (“Tam ciddi”), ““I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmlərindən tanışdır. Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat etmişdir.
Filmoqrafiya
- Gitaralı qız (1958)
- Ölü ruh (1960)
- İvan Rıbakov (1961)
- Ağaclar hündür olanda (1961)
- Mənim dostum, Kolka! (1961)
- Barbos iti və qeyri-adi qaçış (film, 1961)
- Araq çəkənlər (1961)
- Tərsin yola gətirilməsi (1961)
- Qorxusuz və qınaqsız (1963)
- İş adamları (1963)
- Böyük fitil (1963)
- Yanıma gəl, Muxtar (1965)
- “I” əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
- Balaca qaçaq (1966)
- Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
- Andrey Rublyov (1966)
- Brilyant əl (film, 1968)
- Yeddi qoca və bir qız (1968)
- Denisin söhbətləri (1970)
- Quldur qocalar (1971)
- Teleqram (1971)
- 12 stul (film, 1971)
- Nöqtə, nöqtə, vergül (1972)
- Onlar vətən uğrunda döyüşürdülər (1976)
- 20 gün müharibəsiz (1976)
- Böyümək istəmirəm (1982)
- Müqəvva (1982)
- Kapitan Krokus (1991)
Şablon:Sosialist Əməyi Qəhrəmanları
- ↑ Никулин Юрий Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Deutsche Nationalbibliothek Record #121980774 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- 18 dekabrda doğulanlar
- 1921-ci ildə doğulanlar
- Smolensk quberniyasında doğulanlar
- 21 avqustda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Sosialist əməyi qəhrəmanları
- Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Jukov" medalı medalı ilə təltif edilənlər
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Leninqradın 250 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- SSRİ xalq artistləri
- RSFSR xalq artistləri
- RSFSR-in əməkdar artistləri
- Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- Aktyorlar
- SSRİ aktyorları
- Rusiya aktyorları
- Sosialist Əməyi Qəhrəmanları