2S31 Vena

Vikipediya, azad ensiklopediya
Turkmen (müzakirə | töhfələr) (Kateqoriya:SSRİ silahları əlavə olundu HotCat) tərəfindən edilmiş 00:21, 8 sentyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

|

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusudur. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb.

İstehsalçı firma: Zavod “SKB”

Layihələşdirilməsi: 1980-2007

İstehsal tarixi: 1996

Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi.

Ağırlıq: 19.5 ton.

Ekipaj: 4 nəfər.


Uzunluğu: 6.8 metr.

Qüllə daxil olmaqla: 7.5 metr.

Eni: 3.36 metr.

Hündürlüyü: 3.43 metr.

Klirens: 0.45 metr.


Zireh qalınlığı: 16 mm-lik güllə keçirməz.

Aktiv müdafiə sistemləri: “TŞU-2” və “Ştora-1” 12x82 mm-lik Sis bombaları


Zəminə təzyiq: 0.61kq/sm².

Dalış dərinliyi: Üzə bilir.

Xəndək keçmə: 2.5 metr

Divar dağıtmaq: 0.8 metr

Qalxma dərəcəsi: 35°

Motor: UTD-29 dizel.

At gücü: 450

Maksimal sürəti: 80 km/saat.

Mənzili: 600 km.

Dayandırılması: fərdi burulma bar.


Əsas silahlar: 120 mm-lik 2A80 yarı-avtomatik yivli top-haubitsa-minaatan funksiyalarını özündə birləşdirir.

Kalibri: 120 mm.

Qüllənin qalxma bucağı: -4° +80°

Üfüqi tuşlama bucağı: 360°

Atəş tezliyi: Dəqiqədə 10 atəş

Atəş məsafəsi: 7.2 km

Maksimal atəş məsafəsi: 14 km

Mərminin ağırlığı: 13–28 kq arasında dəyişir.

Əsas silahı 120 mm-lik istənilən növ mərmini atəşləyə bilər və bura idarə olunan mərmilərdə daxildir.


Köməkçi silahları:

7.62 mm-lik “PKT” pulemyotu

Kalibri: 7.62 mm

Mərmi: 7.62x54 mm

Atəş tezliyi: 750-800 atəş dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

Cari istifadəçilər: Rusiya Federasiyası, Azərbaycan, Venesuela

Həmçinin bax