Dövlət dili
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlamenti və məhkəmələri işlədən dil rəsmi dil sayılır.[1] Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də onun dili dövlət dilidir.[2]
Dövlət dili
Dövlət dili — dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir.Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir.Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər .
Azərbaycan Respublikasının Dövlət dili
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
Həmçinin bax
Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu
İstinadlar
- ↑ "OFFICIAL LANGUAGE", Concise Oxford Companion to the English Language, Ed. Tom McArthur, Oxford University Press, 1998.
- ↑ Statistics New Zealand:Language spoken (total responses) for the 1996-2006 censuses (Table 16)