Yunanıstan: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{digər məna|Yunanıstan (dəqiqləşdirmə)}}
{{digər məna|Yunanıstan (dəqiqləşdirmə)}}
{{Dövlət
{{Dövlət
| orijinal_adı = Ελληνική Δημοκρατία
| orijinal_adı = Ελληνική Δημοκρατία ([[Yunan dili|yunan]])<br>''Ellinikí Dimokratía''
| rəsmi_adı = Ellen Respublikası
| milli_şüarı = Ελευθερία ή θάνατος
| milli_şüarı = Ελευθερία ή θάνατος<br>
| şüarı_az = "Ya Azadlıq, ya Ölüm"
''Elefthería í Thánatos''<br>
| milli_himni = Ὕμνος εἰς τὴν Ἐλευθερίαν<br /><small>[[Azadlığa himn]]</small><center>[[Şəkil:Hymn to liberty instrumental.oga]]
| paytaxtı = [[Afina]]
| şüarı_az = "[[Elefteriya i tanatos|Ya Azadlıq, ya ölüm]]"
| milli_himni = Ὕμνος εἰς τὴν Ἐλευθερίαν<br /><small>[[Azadlığa himn]]</small><center>[[Şəkil:Hymn to liberty instrumental.oga]]
| ən_böyük_şəhəri = [[Afina]]
| rəsmi_dilləri = [[Yunan dili]]
| paytaxtı = [[Afina]]
| demonimi = [[Yunanlar|Yunan]]
| ən_böyük_şəhəri = [[Afina]]
| rəsmi_dilləri = [[Yunan dili]]
| idarəetmə_forması = Unitar parlamentli respublika
| demonimi = [[Yunanlar|Yunan]]
| rəhbərin_titulu1 = Prezident
| idarəetmə_forması = Unitar parlamentli respublika
| rəhbərin_adı1 = [[Katerina Sakellaropulu]]
| rəhbərin_titulu1 = Prezident
| rəhbərin_titulu2 = Baş Nazir
| rəhbərin_adı2 = [[Kiriakos Mitsotakis]]
| rəhbərin_adı1 = [[Katerina Sakellaropulu]]
| rəhbərin_titulu2 = Baş nazir
| qanunverici_orqanı = [[Yunanıstan Parlamenti]]
| rəhbərin_adı2 = [[Kiriakos Mitsotakis]]
| qanunverici_orqanı = [[Yunanıstan Parlamenti]]
| bayrağın_yazısı = [[Yunanıstan bayrağı|Bayraq]]
| alt_coat = [[Yunanıstan gerbi|Gerb]]
}}
}}



19:36, 30 mart 2024 tarixinə olan versiya

Yunanıstan
Ελληνική Δημοκρατία (yunan)
Ellinikí Dimokratía
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

Ελευθερία ή θάνατος

Elefthería í Thánatos

"Ya Azadlıq, ya ölüm"
Rəsmi dilləri
Paytaxt Afina
İdarəetmə forması Unitar parlamentli respublika
Prezident Katerina Sakellaropulu
Baş nazir Kiriakos Mitsotakis
 • Su sahəsi (%) 2,3 %[2]
 • Əhali
  • 10.566.531 nəf. (2022)[3]
 • Ümumi 214.873.879.834 $[4], 219.065.872.466 $[4]
Demonim Yunan
Valyuta avro[5]
İnternet domeni .gr
ISO kodu GR
BOK kodu GRE
Telefon kodu +30
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir.

Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiada Oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular. Makedoniyalı II Filip e.ə. IV əsrdə müasir Yunanıstanın çox hissəsini birləşdirdi. Oğlu Makedoniyalı İskəndər Şərqi Aralıq dənizindən şimal-qərbi Hindistana qədər qədim dünyanın böyük hissəsini fəth etdi. Ellin dövründə yunan mədəniyyəti və təsiri qızıl dövrünü yaşayırdı. E.ə. II əsrdə Roma Yunanıstanı ilhaq edərək Roma imperiyasının və onun davamı olan Bizans imperiyasının ayrılmaz hissəsi olmuşdu. E. I əsrində yaranan Yunan Ortodoks kilsəsi müasir yunan kimliyinin formalaşmasına təsir etmiş və yunan adət-ənənələrini daha geniş Ortodoks dünyasına yaymışdır. 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra yunan yarımadasının bəzi bölgələrində latın mülkləri quruldu, lakin bölgənin böyük hissəsi XV əsrin ortalarında Osmanlı hakimiyyəti tərəfindən ələ keçirildi.

1821-ci ildə başlayan müstəqillik uğrunda müharibədən sonra Yunanıstanda 1830-cu ildə müasir milli dövlət yarandı. İlk əsr ərzində, xüsusilə də XX əsrin əvvəllərində Balkan müharibələrində və 1922-ci ildə məğlubiyyətlə nəticələnən Kiçik Asiya səfərinə qədər Yunanıstan krallığı ərazisini genişləndirməyə çalışırdı. 1924-cü ildə qurulan respublika daxili konfliktlər və Türkiyədən gələn miqrantların yenidən məskunlaşdırılması məsələləri ilə mübarizə aparırdı. 1936-cı ildə kral diktaturası hərbi işğal, vətəndaş müharibəsi və hərbi diktaturanın yaşandığı avtoritar idarə dövrünü başlanğıcını qoydu. Demokratiya 1974–75-ci illərdə yenidən bərpa edilmiş və mövcud parlamentar respublikaya yol açmışdır.

Yunanıstan demokratik ölkədir. 1950–1970-ci illərdə rekord iqtisadi inkişaf yaşamış Balkanların 2-ci ən böyük iqtisadiyyatına sahib yüksək gəlirli inkişaf etmiş ölkədir, eləcə də başlıca regional investordur. BMT-nin qurucu üzvü olan Yunanıstan Avropa İttifaqına qatılmış 10-cu üzv dövlətdir və 2001-ci ildən bəri Avrozonanın bir hissəsidir. Həmçinin Avropa Şurası, NATO, İƏİT, DTT və ATƏT kimi bir çox beynəlxalq təşkilatın da üzvüdür. Yunanıstan bənzərsiz mədəni mirasa, böyük turizm sənayesinə və qabaqcıl dənizçilik sektoruna sahibdir. 19 UNESCO Ümumdünya İrsi obeykti ölkənin zəngin tarixi mirasının göstəricisidir. Yunanıstan 2022-ci ildə dünyada ən çox ziyarət olunan 9-cu ölkə olmuşdur.

Etimologiya

Ölkənin müasir yunan dilindəki yerli adı "Ελλάδα"dır (Elláda). Qədim yunan dilində mühafizəkar rəsmi müasir yunan dilində qarşılığı "Ἑλλάς"dır (Hellas). "ελληνικός" (ellinikos) bəzən Ellenik kimi də tərcümə edilir və Yunanıstan dövlətinin rəsmi adı olan "Ellen Respublikası"nda ("Ελληνική Δημοκρατία") da olduğu kimi yunan dövlət orqanlarının rəsmi adlarında əsasən bu formadan istifadə edilir.

Tarix

İbtidai və erkən dövr

Mikenada Atreus xəzinəsinin (e.ə. XIII əsr) girişi

Yunanıstanın cənubundakı Manidə yerləşən Apidima mağarasından 210.000 il əvvələ aid Afrikadan sonrakı ən qədim anatomik müasir insan qalıqlarının tapıldığı irəli sürülmüşdür. Lakin bu fikirə etiraz edən yazıçılar qalıqların arxaik insanlara aid olduğunu irəli sürmüşdür. Daş dövrünün üç mərhələsinə (Paleolit, Mezolit və Neolit) aid qalıqlar da Yunanıstanda, məsələn Franxti mağarasında tapılmışdır. Yunanıstanda e.ə. VII minilliyə aid neolit insan məskənləri Avropadakı ən qədim insan məskənləridir.

Yunanıstanda Avropada ilk inkişaf etmiş sivilizasiyalar mövcud olmuşdur və Qərb sivilizasiyasının beşiyi hesab edilir. E.ə. 3200-cü illərdə Egey dənizinin adalarındakı Kiklad sivizasiyası, Kiritdəki Minoya sivilizasiyası və ardınca Mikeniya sivizasiyası mövcud olmuşdur. Bu mədəniyyətlər yazıya sahib idi. Minoyalılar Linear A kimi tanınan deşifrə edilməmiş yazıdan, mikeniyalılar isə Linear B-də yunan dilinin ən qədim formasından istifadə edirdilər. Mikeniya mədəniyyəti e.ə. 1200-cü illərdə dağılmışdır. Linear B yazıları Mikeniyada "Böyük kral" başçılığında vahid dövlətin mövcud olduğunu göstərir.

Qədim Yunanıstan

Arxaik dövrdə (e.ə. 750–550-ci illər) yunan əraziləri və koloniyaları

Mikeniya sivilizasiyasının dağılması Qaranlıq əsrlər kimi tanınan və yazılı mənbələrin olmadığı dövrün başlanğıcını qoymuşdur. Qaranlıq əsrlər ilk Olimpiya oyunlarının baş tutduğu e.ə. 776-cı ildə sona çatmışdır. Qərb ədəbiyyatının başlıca əsərləri olan "İlliada""Odisseya"nı Homerin e.ə. VII və ya VIII əsrlərdə yazdığına inanılır. Qaranlıq əsrlərin sona çatması ilə yunan yarımadasında Qara dəniz sahillərinə, Cənubi İtaliyaya və Kiçik Asiyaya yayılan müxtəlif krallıqlar və şəhər dövlətləri yaranmışdır. Bu dövlətlər və koloniyaları memarlıq, teatr, elm, riyaziyyat və fəlsəfədə klassik Yunanıstanın mədəni partlayış səviyyəsinə çatmışdır. Klisfen e.ə. 508-ci ildə Afinada dünyadakı ilk demkratik idarəetmə sistemini qurmuşdur.

Klassik Yunanıstanın simvolu olan Afina Akropolundaki Parfenon

E.ə. 500-cü ildə Əhəmənilər imperiyası Kiçik Asiya və Makedoniyadakı yunan şəhər dövlətlərini idarə edirdi. Kiçik Asiyadakı bəzi yunan şəhər dövlətlərinin farslara qarşı çevriliş cəhdləri uğursuz oldu. Farslar e.ə. 492-ci ildə Yunanıstandakı dövlətləri işğal etdi, lakin e.ə. 490-cı ildə Marafon döyüşündə məğlub olduqdan sonra geri çəkilməyə məcbur oldular. Bunun ardınca yunan şəhər dövlətləri e.ə. 481-ci ildə Spartanın başçılığı ilə Ellen birliyini qurdular ki, bu da Troya müharibəsindəki əfsanəvi birlikdən bəri yunan dövlətlərinin tarixi mənbələrdə yazılı olan ilk birliyi idi. Bunu e.ə. 480-ci ildə farsların ikinci işğalı başladı. E.ə. 480–479-cu ildə Salamin, Plateya və Mikale döyüşlərində qazanılan yunan qalibiyyətlərinin ardınca farslar ikinci dəfə geri çəkilməyə məcbur oldular. Beləcə farslar bütün Avropa ərazilərini tərk etmiş oldular. Afina və Sparta başçılığındakı Yunan-İran müharibələrində qazanılan yunan zəfərləri dünya tarixində mühüm yer tutur. Ardınca gələn 50 illik sülh dövrü yunan mədəniyyətinin Qızıl dövrü adlandırılır.

Yunanıstanda siyasi birliyin olmaması yunan dövlətlərinin arasında tez-tez münaqişələrə səbəb olmuşdur. Yunan dövlətləri arasında ən böyük döyüş Spartanın qazandığı və Afina imperiyasının qədim Yunanıstandakı lider gücünü sonlandıran Pelopennes müharibəsidir (e.ə. 431–404-cü illər). Həm Afina, həm də Sparta Tebes, ən sonda isə Makedoniya tərəfindən məğlub edildi. Makedoniya qalibiyyəti ilə yunan şəhər dövlətlərinin çoxu II Filipin rəhbərliyi altında Korinf ittifaqında (Ellen ittifaqı və ya Yunan ittifaqı kimi də tanınır) birləşdi. Buna baxmayaraq, yunan dünyası parçalanmış halda qaldı və Roma hakimiyyətinə qədər vahid dövlətdə birləşməyəcəkdi.

Filip e.ə. 336-cı ildə öldürüldükdən sonra oğlu və Makedoniya kralı İskəndər İran imperiyasına qarşı səfərə başladı və onu süquta uğratdı. Döyüşlərdə məğlub olmadan e.ə. 323-cü ildə ölümünə qədər Hind sahillərinə qədər fəth etdi. Bu müddət ərzində tarixdəki ən böyük imperiyalardan birini yaratdı. İskəndərin imperiyası ölümündən sonra parçalanaraq Ellinizm dövrünü başlatdı. İskəndərin yerinə keçən generallar və xələfləri onun fəth etdiyi ərazilərdə Misirdə Ptolemeylər, Suriya, Mesopotamiya və İranda Selevkilər, Mərkəzi Asiyada Yunan-Baktriya padşahlığı və Hind-yunan krallığı kimi böyük şəxsi krallıqlar qurdular. Bir çox yunanlı İsgəndəriyyə, Antioxiya, Selevkiya və Asiya və Afrikadakı bir çox digər yeni ellin şəhərə köçdü. Yunan elmi, texnologiyası və riyaziyyatı əsasən Ellinizm dövründə zirvəyə çatmışdır. İskəndərin ölümündən sonra yaşanan qarışıqlıq dövrünün ardınca İskəndərin generallarından birinin nəslindən gələn Antiqonidlər sülaləsi e.ə. 276-cı ildə Makedoniya və yunan şəhər dövlətlərinin çoxunu birləşdirdi.

Roma dövrü (e.ə. 146 – e. IV əsr)

Antikitera mexanizmi (e.ə. 100-cü il) bilinən ilk mexaniki analoq kompüter hesab olunur (Milli Arxeologiya Muzeyi, Afina).

Təxminən e.ə. 200-cü ildən başlayaraq Roma Respublikası yunanların işlərinə getdikcə daha çox qarışmağa başladı və Makedoniya ilə bir sıra müharibələrə başladı. Makedoniyanın e.ə. 168-ci ildə Pidna döyüşündə məğlub olması Yunanıstandakı Antiqonidlərin süqutuna səbəb oldu. E.ə. 146-cı ildə Makedoniya əyalət kimi Romaya ilhaq edildi və Yunanıstanın geri qalan hissəsi Roma protektoratına çevrildi.

Yunanıstan tam Roma hakimiyyətinə keçməsi e.ə. 27-ci ildə Roma imperatoru Avqustun Yunanıstanın geri qalan hissəsini ilhaq etməsi və buranı Axeya əyaləti kimi qurması ilə başa çatdı. Hərbi üstünlüklərinə baxmayaraq romalılar yunan mədəniyyətinin uğurlarına heyran qaldılar və bu uğurlar onlara çox təsir etdi. Beləliklə Horanın məşhur sözü yarandı: Graecia capta ferum victorem cepit ("Yunanıstan ələ keçirilsə də, vəşhi fəthini əsir aldı"). Homerin dastanları Vergilinin "Eneida" əsərinə ilham mənbəyi oldu və Lusi Anney Seneka kimi yazıçılar yunan tərzlərindən istifadə edərək yazdılar. Publi Korneli Spion Afrikan kimi romalı qəhrəmanlar fəlsəfə oxumağa meyilli idi və yunan mədəniyyəti və elmini lazimi nümunə kimi görürdülər. Roma imperatoru Neron e. 66-cı ilində Yunanıstanı ziyarət etmiş və yunan olmayanların iştirak etməsini qadağan edən qaydalara baxmayaraq Qədim Olimpiya oyunlarında iştirak etmişdir. Adrianın da yunanlara xüsusi marağı vardı.

Afinada 161-ci ildə tikilmiş Herod Attika Odeonu.

Ellin mədəniyyətinin təsirinə məruz qalmış Şərqin yunan dilində danışan cəmiyyətləri II–III əsrlərdə erkən xristianlığın yayılmasına təsir etmişdir. Xristianlığın ilk liderləri və yazıçıları (ələlxüs da Həvari Pavel) Yunanıstandan olmasalar da, əsasən yunan dilində danışırdılar. Əhdi-cədid yunan dilində yazılmışdı və bəzi hissələri ("Koriniflilərə birinci məktub", "Salonikililərə birinci məktub", "Filippililərə məktub", "Vəhy Kitabı") Yunanıstandakı kilsələrin erkən xristianlıqdakı əhəmiyyətinin sübutudur. Beləliklə Yunanıstanın böyük hissəsi paqanizmə inandı və qədim yunan dini ayinləri e. IV əsrinin sonlarında, 391–392-ci illərdə Roma imperatoru I Feodosi tərəfindən qadağan edildikdə hələ də olurdu. Qeydə alınmış sonuncu Olimpiya oyunları 393-cü ildə baş tutdu. Növbəti əsrdə bir çox məbəd dağıdıldı və yaxud zərər gördü. Afinada və quraq yerlərdə paqanizmin e. VI əsri, hətta daha sonrasına qədər davam etdiyi bilinir. İmperator Yustinianın 529-cu ildə Afina Neoplatonik Akademiyasını bağlatması bir çoxları tərəfindən qədim dövrün sonu kimi qəbul edilsə də, akademiyanın bundan bir müddət sonra da fəaliyyət göstərdiyinə dair sübutlar mövcuddur. Cənub-şərqi Peloponnes kimi bəzi uzaq yerlər e. X əsrinə qədər paqan qalmışdır.

Orta əsrlər dövrü (IV–XV əsrlər)

Venesiya mülkləri və Osmanlı hakimiyyəti (XV əsr – 1821)

Ətraflı bax: FanariotKonstantinopol Pravoslav Kilsəsi

Müasir milli dövlət

Yunan İstiqlaliyyət müharibəsi (1821–1832)

Yunanıstan krallığı

Genişlənmə, fəlakət və yenidənqurma

Diktatura, İkinci Dünya müharibəsi və yenidənqurma

Üçüncü Yunanıstan Respublikası

Coğrafiya

Adalar

İqlim

Biomüxtəliflik

Siyasət

Siyasi partiyalar

Xarici siyasət

Ordu

Hüquq və məhkəmə

İnzibati quruluş

İqtisadiyyat

Borc böhranları (2010–2018)

Kənd təsərrüfatı

Energetika

Dəniz sənayesi

Turizm

Nəqliyyat

Telekommunikasiya

Elm və texnologiya

Demoqrafiya

Şəhərlər

Din

Dil

Miqrasiya

Təhsil

Səhiyyə

Mədəniyyət

Təsviri incəsənət

Memarlıq

Teatr

Ədəbiyyat

Fəlsəfə

Musiqi və rəqs

Mətbəx

Kinomatoqrafiya

İdman

Mifologiya

Dövlət bayramları və festivallar

İstinadlar

Xarici keçidlər

Həmçinin bax