LGBT: Redaktələr arasındakı fərq
kRedaktənin izahı yoxdur |
kRedaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
{{Haqqında|abreviatur|Sosial qrup (və ya icma)|LGBT-cəmiyyəti}}{{LGBT |
{{Haqqında|abreviatur|Sosial qrup (və ya icma)|LGBT-cəmiyyəti}}{{LGBT yan paneli}}[[Fayl:Gay flag.svg|thumb|[[LGBT cəmiyyəti]]ni təmsil edən altı-rəngli [[göy qurşağı bayrağı]].|262x262px]] |
||
'''LGBT''' - [[Lezbiyanlıq|lezbiyan]], [[gey]], [[Biseksuallıq|biseksual]] və [[transgender]] sözlərinin birləşməsindən yaranmış bir [[Abreviatur|abreviaturdur]]. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir.<ref>''Acronyms, Initialisms & Abbreviations Dictionary'', Volume 1, Part 1. Gale Research Co., 1985, [[ISBN]] [[:en:Special:BookSources/978-0-8103-0683-7|978-0-8103-0683-7]]. [https://books.google.com/books?id=JDtUAAAAMAAJ Factsheet five, Issues 32–36, Mike Gunderloy, 1989] {{Vebarxiv|url=https://web.archive.org/web/20150906161715/https://books.google.com/books?id=JDtUAAAAMAAJ |date=2015-09-06 }}</ref> Abreviatur, və bunun bəzi ortaq variantları, [[cinsəllik və cinsiyyət kimliyi]] üçün bir [[çətir termin]] olaraq fəaliyyət göstərir.<ref>Parent, Mike C.; DeBlaere, Cirleen; Moradi, Bonnie (June 2013). "Approaches to Research on Intersectionality: Perspectives on Gender, LGBT, and Racial/Ethnic Identities". ''Sex Roles''. '''68''' (11–12): 639–645. |

09:28, 9 mart 2023 tarixinə olan versiya
LGBT - lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir.[1] Abreviatur, və bunun bəzi ortaq variantları, cinsəllik və cinsiyyət kimliyi üçün bir çətir termin olaraq fəaliyyət göstərir.[2] Bədii ədəbiyyatda, transgenderlərə istinad edilmədikdə, bu abreviaturun LGB şəklini də görmək mümkündür. LGBT sözünün mənası zamanla genişlənmişdir, bu icmaya transgenderlər də mənsub edilmişdir. Hal-hazırda, terminin genişlənmə prosesinin şahidi olmaqdayıq: Q - Kuir (Queer) və I - İnterseks (Intersex) və digərləri də əlavə edilməklə, LGBTQI+ (və ya LGBTQ+) bütün heteroseksual və sisgender (ing. cisgender) olmayan hər kəsə aid oluna bilər.[3] Bunu xatırlatmaq üçün, LGBT abreviatürasına Q əlavə olundu və bu hərf öz cinsini və cinsiyyət kimliyini sual altına alan və ya, özünü kuir (ing. queer) kimi tanıdan insanları ifadə edir.[4] Buna zərurət isə, LGBT (və ya GLBT) abreviaturunun hər kəsi eyni şəkildə təmsil edə bilməməsi üzərində olan müzakirələrlə bağlıdır.
Tarix
1960-cı illərədək ingilis dilində heteroseksual oriyentasiyadan fərqli olan fərdləri adlandırmaq üçün, eyni zamanda, neqativ məna içərməyən bir termin yox idi. Belə fərdləri "üçüncü gender" adlandırmaq təklifi olunub, lakin bu termin geniş istifadə olunmayıb və zamanla unudulub.
İlk geniş istifadə edilən termin homoseksual olmuşdur (ing. homosexual). Lakin bu termin mənfi və qərəzli məna daşıdığından, onu başqa sözlərlə əvəz edilməsi məqsədə uyğun görülürdü: məsələn, 1950-1960-cı illərdə homofil (ing. homophile), sonra isə, 1970-ci illərdə gey (ing. gay) kimi terminlər istifadə edilirdi. Bu zamanlar, 1970-ci illərdə, lezbiyan-feministlər üçün bərabərlik məsələsi mühüm idi. Onlar gender stereotiplərini patriarxatdan qalma izlər kimi dəyərləndirirdilər və gey-barlarda mövcud olan rol modellərini tanımırdılar. Feminist hərəkatının genişlənməsi ilə, heteroseksual cinsi mənsubiyyətdən olmayan fərdləri tək gey deyil, eyni zamanda, "gey və lezbiyanlar" olaraq adlandırmağa başladılar. Sonralar bu terminlə biseksual və transgender fərdləri də adlandırmağa başlamışlar.
1970-ci illərin sonlarında — 1980-ci illərin əvvəlində baş tutmuş Stounvol üsyanlarının nəticəsində, biseksual və transgender fərdlərin "geylər və lezbiyanlarla" eyni icmaya aid olub-olmamaları böyük müzakirə predmetinə çevrilmişdir. Yalnız 1990-cı illərdən etibarən biseksual və transgenderlər gey və lezbiyanlarla vahid bir icma üzvləri kimi hesab edilməyə başlamışlar. Beləliklə, LGBT abreviaturu yaranmışdır.
Qeyd etmək lazımdır ki, bu günlərdə homoseksual termini elmi kontekstdə istifadə edilir və neqativ məna daşımır.
İstinadlar
- ↑ Acronyms, Initialisms & Abbreviations Dictionary, Volume 1, Part 1. Gale Research Co., 1985, ISBN 978-0-8103-0683-7. Factsheet five, Issues 32–36, Mike Gunderloy, 1989 Arxivləşdirilib 2015-09-06 at the Wayback Machine
- ↑ Parent, Mike C.; DeBlaere, Cirleen; Moradi, Bonnie (June 2013). "Approaches to Research on Intersectionality: Perspectives on Gender, LGBT, and Racial/Ethnic Identities". Sex Roles. 68 (11–12): 639–645. doi:10.1007/s11199-013-0283-2 Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine. S2CID 144285021 Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine.
- ↑ Shankle, Michael D. (2006). The Handbook of Lesbian, Gay, Bisexual, and Transgender Public Health: A Practitioner's Guide To Service Arxivləşdirilib 2015-09-06 at the Wayback Machine. Haworth Press. ISBN 978-1-56023-496-8.
- ↑ "Civilities, What does the acronym LGBTQ stand for?" Arxivləşdirilib 2020-01-03 at the Wayback Machine. The Washington Post. Retrieved