Tahir Əliyev (general): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 52: Sətir 52:
[[Kateqoriya:Qubadlı rayonunda doğulanlar]]
[[Kateqoriya:Qubadlı rayonunda doğulanlar]]
[[Kateqoriya:Azərbaycan Ali Sovetinin XII çağırış deputatları]]
[[Kateqoriya:Azərbaycan Ali Sovetinin XII çağırış deputatları]]
[[Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatları]]
[[Kateqoriya:Azərbaycan Ali Sovetinin XII çağırış deputatları]]

10:46, 2 may 2022 tarixinə olan versiya

Tahir Əliyev
Fayl:Tahir Əliyev (general).jpg
24 fevral 1992 – 16 mart 1992
Şəxsi məlumatlar
Doğum tarixi 1954
Doğum yeri
Təhsili SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyası
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Rütbəsi polis general-mayoru

Tahir Yunus oğlu Əliyev (1954, Cılfır, Qubadlı rayonu) — polis generalı, Azərbaycan Respublikasının müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992), Azərbaycan Respublikasının daxili işlər naziri (17 mart 1992 – 25 aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995).

Həyatı

Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1]. 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib. 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib. Hazırda ehtiyatda olan generaldır.

İstinadlar

Xarici keçidlər