Konstitusiya: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 12: Sətir 12:


== Konstitusiyanın funksiyaları ==
== Konstitusiyanın funksiyaları ==
Konstitusiyanın əsas funksiyaları bunlardır:
Konstitusiyanın əsas funksiyaları bunlardır:.
#Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
#Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
#Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.
#Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.

15:16, 27 sentyabr 2016 tarixinə olan versiya

Konstitusiya — dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.

Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.

Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.

Yazılı konstitusiyalar ya vahid normativ aktdır (əksər dövlətlərdə), ya da bir neçə konstitusiya qanunlarının məcmusudur (məsələn, İsveç Konstitusiyası, İspaniya Konstitusiyası, Finlandiya Konstitusiyası).

Yazılmamış konstitusiyalarda konstitusiya normaları çox sayda aktlarda və həmçinin adətlərdə təsbit olunmuşdur (anqlo-saks hüquqi ailəsi üçün səciyyəvidir (ABŞ istisna olmaqla), Böyük Britaniya Konstitusiyası).

Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu dəyişiklilərlə bü gün də qüvvədədir.

Konstitusiyanın funksiyaları

Konstitusiyanın əsas funksiyaları bunlardır:.

  1. Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
  2. Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.
  3. Siyasi funksiya –siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir.
  4. Tərbiyəvi funksiya - hər bir insanda, konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.

Konstitusiyaların digər qanunlardan fərqi

Konstitusiya:

  • Dövlət quruluşunu və dövlət hakimiyyətinin ali orqanlarını müəyyən edir, insan hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verir.
  • Ali hüququ qüvvəyə malikdir.
  • Digər hüquqi normativlərə nisbətən müəyyən stabilliyə malikdir.
  • Qanunvericilik üçün əsas rolunu oynayır.
  • Dəyişilməsinin xüsusi qaydalarına malikdir.

Azərbaycan Konstitusiyası

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

Dünya dövlətlərin konstitusiyalarının qəbul tarixləri

  1. San-Marino San-Marino, 1600-cü il, San-Marino Konstitusiyası (Statuta Decreta), Konstitusiyalı respublika[1]
  2. ABŞ ABŞ, 1789-cu il, ABŞ Konstitusiyası, Konstitusiyalı federativ respublika
  3. Norveç Norveç, 1814-cü il, Norveç Konstitusiyası, Konstitusiyalı monarxiya[2]
  4. Niderland Niderland, 1815, Niderland Konstitusiyası, Konstitusiyalı monarxiya[3]
  5. Kosta-Rika Kosta-Rika, 1838, demokratik respublika
  6. İtaliya İtaliya, 1848-ci ildə Sardiniya krallığı kimi qəbul edilib, sonradan İtaliya krallığı
  7. Argentina Argentina, 1853, federal prezidentli respublika
  8. Kanada Kanada, 1867, Kanada Konstitusiyası, British North America Act[4]
  9. Lüksemburq Lüksemburq, 1868, parlamentli monarxiya
  10. İsveçrə İsveçrə, 1874, İsveşrə Konstitusiyası
  11. Avstraliya Avstraliya, 1901, Avstraliya Konstitusiyası
  12. Meksika Meksika, 1917
  13. Avstriya Avstriya, 1920, Avstriya Konstitusiyası[5]
  14. Lixtenşteyn Lixtenşteyn, 1921, Lixtenşteyn Konstitusiyası
  15. Latviya Latviya, 1922 [6]
  16. İrlandiya İrlandiya, 1937, İrlandiya Konstitusiyası
  17. İslandiya İslandiya, 1944
  18. İtaliya İtaliya, 1947, İtaliya Konstitusiyası
  19. Yaponiya Yaponiya, 1947, Yaponiya Konstitusiyası
  20. Çin ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası
  21. Almaniya Almaniya, 1949,
  22. Macarıstan Macarıstan, 1949,
  23. Hindistan Hindistan, 1950, Hindistan Konstitusiyası
  24. Danimarka Danimarka, 1953
  25. Misir Misir, 1953
  26. Fransa Fransa, 1958, Fransa Konstitusiyası
  27. Kipr Kipr, 1960
  28. Monako Monako, 1962
  29. Malta Malta, 1964
  30. Uruqvay Uruqvay, 1966
  31. Pakistan Pakistan, 1973
  32. İsveç İsveç, 1975
  33. Yunanıstan Yunanıstan, 1975
  34. Madaqaskar Madaqaskar, 1975
  35. Portuqaliya Portuqaliya, 1976
  36. İspaniya İspaniya, 1978, İspaniya Konstitusiyası
  37. Çili Çili, 1980
  38. Qayana Qayana, 1980
  39. Türkiyə Türkiyə, 1982
  40. Honduras Honduras, 1982
  41. Qvatemala Qvatemala, 1985
  42. Efiopiya Efiopiya, 1987
  43. Filippin Filippin, 1987
  44. Surinam Surinam, 1987
  45. Braziliya Braziliya, 1988
  46. Xorvatiya Xorvatiya, 1990
  47. Andorra Andorra, 1991
  48. Bolqarıstan Bolqarıstan, 1991, Bolqarıstan Konstitusiyası
  49. Şimali Makedoniya Şimali Makedoniya, 1991
  50. Kolumbiya Kolumbiya, 1991
  51. Rumıniya Rumıniya, 1991
  52. Sloveniya Sloveniya, 1991
  53. Çexiya Çexiya, 1992
  54. Estoniya Estoniya, 1992, Estoniya Konstitusiyası
  55. Litva Litva, 1992
  56. Paraqvay Paraqvay, 1992
  57. Slovakiya Slovakiya, 1992
  58. Peru Peru, 1993
  59. Belçika Belçika, 1993,
  60. Andorra Andorra, 1993
  61. Rusiya Rusiya, 1994
  62. Belarus Belarus, 1994, Belorus Konstitusiyası
  63. Azərbaycan Azərbaycan, 1995, Azərbaycan Respublikasının Konstitusiyası
  64. Ekvador Ekvador, 2008
  65. Boliviya Boliviya, 2009

İstinadlar

  1. 8 oktyabr 1600-cü ildə qəbul edilib. Bu Konstitusiya aktı 1300-cü ildə qəbul edilmiş Statuti Comunali (Town Statute) şəhər Nizamnaməsi əsasında hazırlanıb.
  2. http://www.norway.org/culture/heritage/nationalday.htm
  3. http://www.inghist.nl/Onderzoek/Projecten/Grondwet/index_html_en
  4. Kanada Konstitusiyası 1867-ci ildə 1763-cü ildən başlayaraq qəbul edilmiş Kanada əyalət Konstitusiyaları əsasında qəbul edilib. Ciddi dəyişikliklər 1982-ci ildə edilib.
  5. 1929-cu ildə təftiş edilmişdir; 1 may 1945-ci ildə bərpa edilmişdir; 1 may 1934-cü il - 1 may 1945-ci illərdə faşist konstitusiyası qüvvədə olmuşdur
  6. 21 avqust 1991-ci il Konstitusiya aktı ilə qəbul edilmiş; sonradan çoxsaylı düzəlişlər edilmişdir