Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv/2023 Mart

Fraksiyalar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Bu mövzu bir dəfə müzakirəyə çıxarılmışdı. Lakin nə müzakirə oldu, nə konsensus. Çox rəğbət görməmişdi. Birinci mərhələ olaraq, bu 4 fraksiyanın məqaləsini müzakirəyə çıxarıram. Birinci olaraq, Müstəqillər fraksiyası (AXC) məqaləsi birbaşa digərləri kimi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasından kopyalanıb. AXCE-də bu səhvən fraksiya kimi verilib. Lakin bu müstəqil siyasətçilər, fraksiyasızlar, partiyasızlar olub. Bitərəf olub fraksiyası olanlar isə Bitərəflər fraksiyasını quraraq oraya daxil olmuşdur. İkinci olaraq, Əhrar fraksiyası məqaləsinin ayrıca mövcud olmasına ehtiyac yoxdur. Fraksiya bütövlükdə Əhrar üzvlərindən ibarət olub və xüsusi bir məqalə olacaq qədər ensiklopedik yük daşımır. Eləcə də, İttihad fraksiyası, eləcə də Slavyan-rus Cəmiyyəti fraksiyası. Bütün bu məqalələrin ana məqalələrində, yəni partiya və cəmiyyət məqalələrində məlumat verilib. Daha da işləniləbilər. Parlamentlərdə mövcud olan hər fraksiyaya məqalə yaradılmır. Məsələn, hal-hazırda Rusiya Dövlət Dumasında LDPR və Yedinaya Rosiya fraksiyaları var orada partiya üzvləri olmayan deputatlar var. Eləcə də başqa parlamentlərdə belə fraksiyalar var. Hər biri bir başa ensiklopedik sayılmamalıdır. AXC ilə əlaqəli isə birinci növbədə Sosialistlər fraksiyasının məqaləsi ensiklopedikdir. Digərləri isə müzakirəyə açıqdır. Ona görədə aşağıdakı 4 məqalənin silinməsini təklif edirəm.

  Silinsin: Təşəkkürlər - Dr.Wiki54 (müzakirə) 11:45, 25 yanvar 2023 (UTC)


Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalələrin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:43, 7 mart 2023 (UTC)

Maral Manafova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Şərh: Professor olması ilə əlaqədar bir mənbə tapa bilmədim. E.Imanverified   18:10, 3 fevral 2023 (UTC)

Bir mənbə tapdım, professor olduğu burada qeyd olunub. Saxlamaq olar məncə.— E.Imanverified   02:55, 4 fevral 2023 (UTC)

  Cavab: əməkdar incəsənət xadi i təsdiqlənərsə saxlamaq olar. sırf elmi ada görə məqalə saxlamaq düzgün deyil, elmi dərəcəsi də elmlər doktoru deyil, fəlsəfə doktorudur. tərəqqi mükafatı isə ensiklopedik yüklü müküfat deyil. Atakhanli (müzakirə) 22:18, 4 fevral 2023 (UTC)

əməkdar incəsənət xadimi olması təsdiqlənib. E.Imanverified   22:36, 4 fevral 2023 (UTC)
təşəkkürlər bəy. o zaman   Qalsın:. əməkdar incəsənət xadimi kimi ensiklopedik şəxs hesab edirəm. Atakhanli (müzakirə) 06:05, 6 fevral 2023 (UTC)

Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalənin saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 12:46, 7 mart 2023 (UTC)

Şəhriyar Musayev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

:  Qalsın: Beynəlxalq müsabiqə laureatıdır. Azərbaycanın adını, bayrağını sənətinən icaldan gənc sənətkardır. Göstərdiyi kimi, "Online Kamancheh" festivalına qatılmış və həmin festivalın qalibi olmuşdur. Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə beynəlxalq müsabiqə laureatları istisna hal kimi ali məktəbə imtahansız qəbul olmaq imtiyazına malikdirlər. Beynəlxalq müsabiqə laureatı və ya da milli istedadlı gənclər kateqoriyasi üzrə saxlanıla bilər. Алиева Егана (müzakirə) 18:30, 23 fevral 2023 (UTC) iştirak hüququ yoxdur.


Yekunlaşdırma: Konsensus əldə olunmadığına görə məqalənin saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 12:48, 7 mart 2023 (UTC)

Aydın Məmmədov (jurnalist)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  •   Silinsin: qeyri-ensiklopedik şəxs. Yerli əhəmiyyətli qəzetlərin baş redaktorudur. Başqa əhəmiyyətli fəaliyyəti müəyyən edilə bilmir. Toghrul R (m) 09:14, 4 fevral 2023 (UTC)
  Silinsin: razıyam. --► Hörmətlə: SolaVirum 12:03, 4 fevral 2023 (UTC)
  Silinsin: əhəmiyyəti təsdiq olunmadığı üçün.— E.Imanverified   17:17, 4 fevral 2023 (UTC)
  Silinsin: baş redaktor kimi ensiklopedik deyil. digər fəaliyyətləri də ensiklopedik əhəmiyyətlilik kriteryaların ödəmir. Atakhanli (müzakirə) 22:14, 4 fevral 2023 (UTC)

Yekunlaşdırma: VP:ŞEƏ ödənmədiyi üçün məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:55, 7 mart 2023 (UTC)

Nadir İsmayılov (biblioqrafiyaşünas)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Şərh: Şəxs ensiklopedik deyil, dosent nə vaxtdan ensiklopedik olub axı. E.Imanverified   19:23, 5 fevral 2023 (UTC)

@Burocan zəhmət olmasa fikirinizi bildirə bilərsiniz? konsensus üçün. Atakhanli (müzakirə) 12:54, 22 fevral 2023 (UTC)
Təqdimatdakı rəy əsaslandırılmayıb. Dosent olmaq birbaşa qeyri-ensiklopedik demək deyil. Şəxsin monoqrafiyaları, o cümlədən yetişdirdiyi fəlsəfə doktorları mövcuddur (Bax). Ümumi fəaliyyəti məncə, kriteriyaların tələblərini ödəyir. Burocan (müzakirə) 19:07, 22 fevral 2023 (UTC)
@Burocan təşəkkür edirəm. mən də eyni fikirdəyəm.   Qalsın: Atakhanli (müzakirə) 06:08, 23 fevral 2023 (UTC)

::::  Qalsın: Azərbaycan ziyalıları barədə nə qədər çox informasiya olarsa rəqəmsal məkanda Azərbaycan elmi fikrinin dünya səviyyəsində tanıdılmasına nail olmaq olar, onun ətrafinda rəqəmsal informasiya məkanını daha tez yaratmaq olar. İstər dosent, istər adi tələbə olsun milli intellektual düşüncə xəzinəmizdə və əməli fəaliyyətində tərəqqi yönümümlü amalı varsa onu bizim cəmiyyət tanımalıdır. Kimin daha çox Vətən uğrunda etdiyini zaman özü ələkdən keçirərək gələcək nəsillərə ötürəcək. Üzürlü sayın, bu mənim fikrimdi, - ::::Azərbaycan haqqında nə qədər rəqəmsal bilik olarsa o qədər yaxşıdır. Алиева Егана (müzakirə) 19:00, 23 fevral 2023 (UTC) iştirak hüququ yoxdur.


Yekunlaşdırma: VP:EƏEX ödəndiyi üçün saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 12:50, 7 mart 2023 (UTC)

Azərbaycanın coğrafi mərkəzi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: Orijinal tədqiqat olduğu üçün. Vikipediyada elmi məqalələrin məzmunu mənbələrə istinad yazılmalıdır. Məsələn, mən özüm Niaqara şəlaləsinin hündürlüyünü ölçüb vikipediyada yaza bilmərəm, mütəxəssislər və qurumların etibarlı mənbələrinə əsaslanıb yaza bilərəm. Məqalədə qeyd olunub ki, coğrafi mərkəz vikimap-ə əsasən hesablanıb, Azərbaycanın coğrafi mərkəzi ilə bağlı rəsmi məlumat və ya elmi iş tapa bilmədim. Coğrafi mərkəzi özümüz ölçüb yaza bilmərik. Adicə Böyük Britaniyanın coğrafi mərkəzinin harda olması mübahisəli məsələdir, çünki müxtəlif ölçmə metodu ilə müxtəlif hesablamalar aparılıb. İsveçdə dörd dənə yer İsveçin coğrafi mərkəzinə namizəddir. Odur ki, Ağcabədini Azərbaycanın coğrafi mərkəzi kimi göstərmək orijinal tədqiqatdır. Şiroi Akuma 22:04, 5 fevral 2023 (UTC)

@Qolcomaq məqalə müəllifi olaraq yəqin ki, rəy bildirmək istəyərsiniz. Atakhanli (müzakirə) 12:42, 22 fevral 2023 (UTC)
Salam Aleykum. Digər ölkələrin coğrafi mərkəzləri haqqında digər dillərdə məqlələr vardır. Çox təəssüf məqaləyə mənbə tapa bilməmişəm. Amma koordinatı ilk dəfə özüm qeyt etsəmdə sonradan AMEA Coğrafiyası İnstitutunun əməkdaşı Aida xamından dəqiq koordinatı alıb qeyd etmişəm. Məqalənin tarixinə baxsaz görə bilərsiz. Mən qeyd etdiyim koordinat dəqiq koordinatdan bir neçə 100 m fərqli ərazinə yerləşir. Buda mesencerdəki yazışma:
 

Aida xanım. Növbəti dəfə yadınıza salıram. Əgər məqaləyə rəsmi mənbə əlavə etməsəm, məqaləni silinə bilər. 25.01.19 12:07 Aida Salam Aida necesiniz Aida buyurun buda koordinatlar Aida 40°9'5"N 47°41'53"E təyin olunan nöqtə Aida Aida Aslanova CİS texnologiyası ilə işlənilib 25.01.19 20:03 You sent Təşəkkürlər. Məni çox sevindirdiz. Əməyi olan hər həs sağ olsun.

 

Amma mənbənin olmaması səbəbindən məqaləyə münasibət bildirmək istəmirəm. — Q🅾⚓Ç🅾Ⓜ🅰Q 19:56, 22 fevral 2023 (UTC)

  Silinsin: dövlət qurumu olaraq rəsmi olaraq açıqlama edilsə mənbə kimi göstərmək olardı. indiki halda düşünürəm ki, orginal tədqiqatdır sadəcə. Atakhanli (müzakirə) 07:01, 1 mart 2023 (UTC)

Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:56, 7 mart 2023 (UTC)

Anar Fərəcov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Ensiklopedikliyini müzakirə etmək olar. Məqalədə istinadda yoxdur. Şəxs haqqında Googleda demək olar ki məlumat qarşıma çıxmadı. — Wealszy (müzakirə) 12:37, 7 fevral 2023 (UTC)

  Silinsin: mənbə yoxdursa silinsin, ensiklopedik filmlərdən sadəcə 1-də yer alıb, o da ki, baş rol deyil. Atakhanli (müzakirə) 07:11, 10 fevral 2023 (UTC)

  Silinsin:Wealszy (müzakirə) 08:43, 10 fevral 2023 (UTC)

  Silinsin: Məqalə bərbad haldadır.— E.Imanverified   19:56, 10 fevral 2023 (UTC)

Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:57, 7 mart 2023 (UTC)

Mədəniyyət dünyası (məcmuə)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: ensiklopedik hesab olunacaq qədər əhəmiyyətə malik deyil. Atakhanli (müzakirə) 13:33, 9 fevral 2023 (UTC)

  Sürətli qalsın: universitetin rəsmi jurnalıdır, prezident səviyyəsində tanınır. --► Hörmətlə: SolaVirum 01:09, 11 fevral 2023 (UTC)
@Solavirum bəy, hər universitetin demək olar ki, öz jurnalı var axı. hətta bəzilərinin bilirəm ki, bir neçədir. sırf elə buna görə namizəd vermişdim. bir də, prezident səviyyəsində tanınır deyəndə nəyi nəzərdə tutursunuz ki? Prezidenti yanında Ali Attestasiya Komissiyasından keçib deyə? Atakhanli (müzakirə) 09:09, 11 fevral 2023 (UTC)
jurnal beynəlxalq olsa idi və ya geniş kütləyə xitab etsə idi hə. amma sadəcə universitet daxilində və ya bir az geniş auditoriyanı əhatə edirsə, niyə qalsın ki? elmmetrik portallara da çıxışı yoxdur, nüfuzlu yerlərdə indekslənməyib. Atakhanli (müzakirə) 09:13, 11 fevral 2023 (UTC)
Razıyam,   Silinsin:surə m 21:50, 24 fevral 2023 (UTC)
  Silinsin: jurnalın impakt faktoru belə yoxdur. Hər universitetdə azı 10 belə jurnal var. — Burocan (müzakirə) 12:59, 7 mart 2023 (UTC)

Yekunlaşdırma: VP:EƏ ödənmədiyi üçün məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 13:04, 7 mart 2023 (UTC)

Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: ensiklopedik hesab olunacaq qədər əhəmiyyətə malik deyil. Atakhanli (müzakirə) 13:34, 9 fevral 2023 (UTC)

  Sürətli qalsın: prezident səviyyəsində tanınmış jurnaldır. --► Hörmətlə: SolaVirum 01:08, 11 fevral 2023 (UTC)
  Silinsin: digər jurnalın müzakirəsində bildirdiyim rəyə əsasən. — Burocan (müzakirə) 13:00, 7 mart 2023 (UTC)

Yekunlaşdırma: VP:EƏ ödənmədiyi üçün məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 13:05, 7 mart 2023 (UTC)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

ayrı məqaləyə ehtiyac var? Gələcəkdə "Birinci Qarabağ müharibəsində Qazax cəbhəsi" məqaləsini yaratmaq olar, amma bu məqalə sadəcə siyahı kimidir bir növ. --► Hörmətlə: SolaVirum 01:04, 11 fevral 2023 (UTC)

"Qazax kəndlərinin Ermənistan tərəfindən işğalı" adı ilə saxlamaq olar məncə. Şiroi Akuma 02:50, 11 fevral 2023 (UTC)
@White Demon ilə razıyam. samral müzakirə 16:01, 12 fevral 2023 (UTC)
"Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri" adı altında qalsın. White Demon dediyi variantda "qazax" termini "qazaxıstanlı" mənasında da anlaşıla bilər, ona görə "rayon" coğrafi dəqiqləşdirməsini istifadə edək.— Sortilegus (müzakirə) 17:00, 20 fevral 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin adının dəyişdirilərək saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 13:01, 7 mart 2023 (UTC)

Xəyal Abdullayev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  Silinsin: reklam üçün yaradılmış və ensiklopedik əhəmiyyətlik kriteryalarını ödəməyən şəxs. Atakhanli (müzakirə) 09:28, 7 mart 2023 (UTC)

  Silinsin: Elşad bəy qeyd etdiyi kimi sürətli silinməlidir müzakirəyə gərək yoxdur. - Onyeddi (müzakirə) 12:19, 12 mart 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin sürətli silinməsinə qərar verildi. Toghrul R (m) 07:10, 13 mart 2023 (UTC)

Ülfət Bəşir

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: şəxsin ensiklopedik olduğunu düşünmürəm, kiçik rollarda və epizodik hissələrdə iştirakı onu ensiklopedik etmir. E.Imanverified   17:03, 16 fevral 2023 (UTC)

  Silinsin: ensiklopedik şəxs deyil, həmçinin məqalədə istinad yoxdur. — Wealszy (müzakirə) 10:31, 17 fevral 2023 (UTC)
  •   Silinsin: bir müddət öncə aktiv fəaliyyəti var idi davamlı getsə idi indi burada qalsın qeyd edərdim ancaq bir neçə ildi demək olar fəaliyyətində yenilik ensiklopedik sayılacaq əhəmiyyətlilik yoxdu. - Onyeddi (müzakirə) 12:04, 17 fevral 2023 (UTC)
  Bitərəf: əslində xeyli tanınan aktrisadır. Atakhanli (müzakirə) 12:40, 22 fevral 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:27, 27 mart 2023 (UTC)

Balasöyün

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  Sürətli silinsin: məqalə bərbad haldadır və şəxs ensiklopedik deyil. — Wealszy (müzakirə) 17:29, 19 fevral 2023 (UTC)

  Sürətli silinsin: məzmunsuz məqalədir.— E.Imanverified   18:26, 19 fevral 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)

Orxan Hətəmov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: İslam Həmrəyliyi Oyunlarında şəxsin bürünc medal qazanması onu ensiklopedik etmir. Fikirlərinizi bildirin zəhmət olmasa. E.Imanverified   18:57, 19 fevral 2023 (UTC)


Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)

Rövşən Hətəmov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: Şəxsin ensiklopedik olduğunu düşünmürəm, iki yubiley medalı ilə təltif olunmuş dosent kriteriyaları ödəmir. E.Imanverified   19:03, 19 fevral 2023 (UTC)

  Silinsin: Yuxarıda göstərilən arqumentlərə əsasən — Tarixi Nadir (müzakirə) 10:08, 25 fevral 2023 (UTC)

  •   Sürətli qalsın: İstifadəçi:Elshad Iman (Elşad İman)-nın "arqumenti" ilə razı deyiləm, birincisi alimin dosent olması onun ensiklopedik olmaması anlamına gəlmir, nəzərə alsaq ki, qabaqcıl dünya ölkələrində iki dəfə müdafiə təcrübəsi yoxdur və fəlsəfə doktoru olanlar elmi fəaliyyəti nəticəsində əvvəlcə dosent, sonra professor adı alırlar, deməli Rövşən Hətəmovun elmi adlarına deyil, elmi fəaliyyətinə nəzər salmalıyıq. Alim ölkədə və xaricdə nəşr olunmuş çoxsaylı elmi məqalələr və kitablar müəllifidir (o cümlədən orta məktəblər üçün olan ümumdünya tarixi dərsliklərinin müəlliflərindən biridir). Məqalədə istinadlar və tərtibat yerindədir. Təltifləri isə, "yubiley medalı" deyib aşağılamaq düzgün deyil. Onlar dövlət mükafatlarıdır və ayrı-ayrı şəxslər müəyyən sahəyə verdiyi töhfələrə görə onunla təltif olunur-Wikipediya M (müzakirə) 11:06, 25 fevral 2023 (UTC)
  •   Silinsin: - Dr.Wiki54 (müzakirə) 03:05, 25 mart 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)

Gilavar Foto Klubu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: məqalənin silinməsini təklif edirəm, Ü11-ə əsasən sürətli silinədə bilər düşünürəm. E.Imanverified   10:45, 22 fevral 2023 (UTC)

  Silinsin: ensiklopedik fəaliyyəti yoxdur. məqalə də düzgün tərtib olunmayıb. Atakhanli (müzakirə) 12:34, 22 fevral 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:29, 27 mart 2023 (UTC)

Yusif Nazim Ərəbsoy

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Şərh: Şəxsin nə dərəcədə ensiklopedik olub-olmaması barədə fikirlərinizi bilmək istərdim, zəhmət olmasa mülahizənizi geniş edin. E.Imanverified   05:58, 23 fevral 2023 (UTC)

  Qalsın: 2 dəfə Respublika müsabiqəsinin 1-ci yer qalibi olub. Bu böyük nailiyyətdir. Yaradıcı, kreativ gənclərimiz tanınmalıdır.
Ölkə gənclər siyasətinin də əsas məqsədi bu cür gənclərin nümunəsində digərlərini motivasiya etməkdir. Алиева Егана (müzakirə) 19:15, 23 fevral 2023 (UTC) iştirak hüququ yoxdur.

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)

Emil Yusifov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Silinsin: Şəxsin öz sahəsində hər hansı yenilikçi və diqqətədəyər böyük nailiyyətinə rast gəlmədim. Göstərilmiş mənbələr ya bir-başa şəxs haqqındakı bioqrafiyadır, ya da müvafiq sahədəki hər hansı mövzu haqqnda məqalədir və orada şəxsin sadəcə adı keçib. Fəaliyyəti də mediada işıqlandırılmayıb. Məqalədə yanlız işlədiyi yerlər və iştirak etdiyi tədbirlər haqqında məlumat var fəaliyyəti ilə bağlı (bir də üzvlükləri də var ki, onların da ensiklopedik dəyəri yoxdur). surə m 18:54, 24 fevral 2023 (UTC)


Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)

Əli Hacı

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Şərh: şəxsin ensiklopedikliyi sual doğurur, müəllif mənim tərəfimdən yerləşdirilən şablonlara əhəmiyyət verməyərək öz bildiyini edir. E.Imanverified   20:18, 26 fevral 2023 (UTC)


Yekunlaşdırma: Yenidən yaradıldığı üçün məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:33, 27 mart 2023 (UTC)

Mediaforum.az

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  Silinsin: ensiklopedik əhəmiyyət kriteryalarını ödəməyən və məşhur olmayan veb sayt. Atakhanli (müzakirə) 05:37, 28 fevral 2023 (UTC)

  Silinsin: həmkarın fikri ilə razıyam. — Wealszy (müzakirə) 09:52, 28 fevral 2023 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 08:33, 27 mart 2023 (UTC)

Tikdim ki izim qala

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalə artıq silinib. Toghrul R (m) 08:37, 27 mart 2023 (UTC)

Erkin Firudin oğlu Hüseynov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

  Şərh: Həqalənin preambulasını gözdən keçirdim, düzgün tərtib olunmayıb, ensiklopedik əhəmiyyətlilik şəxslər bölməsində belə bir qeyddə var, Heç kim yalnız ensiklopedik şəxslə qohumluq əlaqəsinə malik olduğu üçün ensiklopedik hesab edilə bilməz. Şəxs haqqında digər ensiklopedik məlumatlar olsa, o zaman bu məqalənin aqibətinə fikir bildirmək olar düşünürəm. İndiki halı ilə isə silinməlidir məqalə, zəhmət olmasa mülahizələrinizi geniş edin. E.Imanverified   07:44, 28 fevral 2023 (UTC)


Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Toghrul R (m) 10:47, 28 mart 2023 (UTC)