Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 20122013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb.

Sebastyan Fettel
Sebastian Vettel
Ləqəbi Il Dito (it. Barmaq)
Doğum tarixi (37 yaş)
Doğum yeri Heppenhaim, Almaniya
Ölkə Almaniya Almaniya
Maşın {{{maşın}}}
Komanda Ferrari
Formula 1 karyerası
Yarış sayı 230 (222 start)
Çempionluq 4 (2010) (2011) (2012) (2013)
Birincilik 52
Cəmi xal 2782
Poul sayı 55
Podium 103
Rekord dərəcə 33
Birinci yarış 2007-ci il ABŞ qran prisi
İlk birincilik 2008-ci il İtaliya qran prisi
Mövqeyi 2-ci (2018)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

redaktə

Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl CordanMaykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir.

Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir. Onların Emili və Matilda adında iki qızları var.

Sürücülük karyerası

redaktə

Sebastyanın sürücülük karyerası 3 yaşı olanda kartinqlə başlayır.1995-ci ildə artıq yarışlara qatılır. Tezliklə istedadını göstərir və 1998-ci ildə Red Bull Junior Team-ə qəbul olunur. 2001-ci ildə Monakoda kartinq çempionatının qalibi olur. Açıqtəkərli maşın yarışları seriyalarında 2003-cü ildə Formula BMW seriyasında debüt edir və növbəti il 20 yarışdan 18-də qalib gələrək çempion olur. 2005-ci ildə Formula 3 Euro Series-də beşinci olur.Formula BMW-dəki uğurlarına görə Williams-ın Formula 1 maşını olan FW27-ni test etmək şansını qazanır.2006-cı ildə BMW Sauber-in test sürücüsü olur. Formula Renault 3.5 seriyasında çıxış edən Fettel mövsümün ortasında, çempionatda lider olduğu bir vaxtda BMW Sauber tərəfindən Formula 1-də yarışmaq üçün dəvət olunur.

Formula 1

redaktə

Kanada Qran Prisində zədələnmiş Robert Kubitsanı ABŞ Qran Prisində əvəzləyən Sebastyan Fettel səkkizinci yeri tutur və Formula 1 tarixində xal qazanmış ən gənc sürücü olur (hazırda Lens Strolldur). Macarıstan Qran Prisindən etibarən Skott Spidi əvəzləmək və mövsümün sonuna qədər yarışmaq üçün Toro Rosso-ya keçir.Toro Rosso komandası Fettelin növbəti mövsümdə də onların sürücüsü olacağını açıqlayır. Yaponiya Qran Prisində podiuma çox yaxın olur. Lakin Təhlükəsizlik Maşınının arxasında Red Bull-un sürücüsü Mark Uebberlə toqquşur və hər iki sürücü yarışı dayandırmalı olur. Yarışdan sonra çox əsəbi olan Mark Uebber “Burada yarışmaq uşaqlar üçün deyil. Siz hər şeyi yaxşı edərsiniz, amma uşağın biri gəlib bunları pozar” deyir.Hadisə Fettelə çox təsir edir.Red Bull-la Toro Rosso-nun münasibətləri də nəzərə alındıqda, hətta Fettelin karyerası başlamamış bitə bilərdi. Lakin alman sürücü özünü tezliklə yaxşı tərəfdən göstərir – 17-ci yerdən başladığı Çindəki yarışda dördüncü yeri tutur.

2008-ci ilə ilk dörd yarışı tamamlaya bilməyərək pis başlayan Sebastyan bu yarışlardan üçünü elə ilk dövrədə saxlamalı olur. Növbəti yarışlarda xal zonasına düşən sürücü İtaliya Qran Prisində hamını təəccübləndirir. Yağışlı həftəsonunda əvvəlcə ən gənc poul qazanan sürücü olur. Ən öndən başladığı yarışda keçilməz olur və ikinci yeri 12.5 saniyə üstələyərək qalib gəlir. Beləliklə, ən gənc yaşda podiuma çıxan və qələbə qazanan sürücü adlarını da əldə edir (hazırda hər ikinci adı Maks Ferstappen daşıyır). Bu, həm də Toro Rosso komandasının hələ ki, yeganə podiumu və qələbəsidir.

Devid Kulthardın Red Bull-dan ayrılması ilə komandaya gətirilən Sebastyan Fettel onu heç də xoşlamayan Mark Uebberlə komanda yoldaşı olur. İlk iki yarışda finiş görə bilmir, Çindəki yarışda isə Red Bull komandasına ilk poulu qazandırır.Mark Uebberin ikinci olduğu yarışda da komandanın ilk qələbəsinə imzasını atır. Britaniya Qran Prisindən etibarən bəzi yarışlarda yaşadığı problemlərə baxmayaraq, yaxşı çıxış edir. Mövsüm ərzində dörd qələbə qazanır.Censon Batton sona bir yarış qalmış çempionluğunu elan edir. Fettel ili Əbu Dabidə qələbə ilə başa vurur və Sürücülər Çempionatında ikinci yeri tutur.

2010-cu ildən etibarən Red Bull və Fettelin dövrü başlayır. Dahi Ədrian Nyuinin düzəltdiyi maşınlar Fettelə bəlkə də heç vaxt xəyalını da qurmadığı uğurlar qazandırır. Mövsüm gərgin keçir və sona qədər bir neçə sürücü çempionatda liderliyə yüksəlir.MalayziyaAvropa Qran Prilərindən sonra növbəti qələbə Yaponiyada gəlir.Koreyadakı yarışı tamamlaya bilmir, lakin Braziliyada növbəti qələbəsini əldə edir. Çempionun kimliyini müəyyənləşdirəcək Əbu Dabi Qran Prisinə pouldan başlayır. Yarışda qələbə qazanaraq mövsümdə ilk dəfə çempionatda liderliyə yüksəlir və titulun sahibi olur.Türkiyədə Mark Uebberlə insidenti komanda yoldaşlarının münasibətlərini bir qədər də pisləşdirir. Bu hadisələr baş verərkən hamının diqqətini cəlb edən Fettelin Mark Uebberə etdiyi hərəkətlər idi. Yarışdan sonrakı reportajlarda hər iki sürücü qarşı tərəfi sərt ifadələrlə günahlandırır.Kristian Horner isə Mark Uebberin günahkar olduğunu, Sebastyana keçid üçün kifayət qədər yer qoymadığını bildirir. Sürücülərinin münasibətlərinin daha da pisləşməsinə görə olduqca əsəbi görünən Kristian Horner çox danışmır və mətbuat konfransını tez yekunlaşdırır.Komanda tərəfindən sonradan verilən açıqlamalarda Mark Uebberin qənaət rejimində olduğu, amma komandanın onu 1-ci etməyi planlaşdırdığı bildirilir.

Fettel 2011-ci ildə ən asan titulunu qazanır. Mövsüm ərzində cəmi bir yarışda – Əbu Dabidə finiş görə bilmir,Almaniyada isə dördüncü yeri tutur. Qalan 17 yarışın 11-də qələbə qazanır,beş dəfə ikinci, bir dəfə isə üçüncü yeri tutur.Sebastyan 392 xal qazandığı mövsümün yekununda ən yaxın izləyicisi Censon Battonu 122 xalla üstələyir və ən gənc ikiqat çempion olur.

2012-ci ildə titul o qədər də asan başa gəlmir. İlk qələbə mövsümün dördüncü yarışı Bəhreyn Qran Prisində qazanılır. Fettel podiumun zirvəsinə çıxmaq üçün Sinqapur Qran Prisinə qədər gözləməli olur. Lakin Marina Beydə yarışdan etibarən ardıcıl dörd qələbə qazanaraq çempionatda liderliyə yüksəlir.Fernando Alonso ilə gedən çempionluq uğrunda mübarizə mövsümün son yarışı Braziliya Qran Prisinin son anlarına qədər gedir. Startda yerində fırlanan Sebastyanın bəxti gətirir, çünki çiskinli havada görmə şəraitinin aşağı olmasına baxmayaraq, heç kim onunla toqquşmur.Fernando Alonsonun ikinci olduğu yarışda əldə edilən altıncılıq Sebastyana ən gənc üçqat çempion olmaq üçün kifayət edir.

2013-cü ilin startı da qalmaqalla yadda qalır. Malayziya yarışında baş verən Multi 21 hadisəsi Fettellə Mark Uebberin arasındakı uçurumu daha da böyüdür. Sıralanma turunda 5-ci olmasına baxmayaraq, yarışda əla çıxış edərək liderliyə yüksələn Mark Uebberə komanda tərəfindən həm təkərləri, həm də növbəti yarışlar üçün motoru qorumaq üçün yavaş getmək göstərişi verilir. O da öz növbəsində sükan üzərindəki düymələrlə lazımi dəyişiklikləri edərək bolidi qənaət rejiminə keçirir. Lakin arxasınca gələn Fettel onu ötmək üçün hücumlar etməyə başlayır.Mark Uebber radio vasitəsi ilə komandaya Fetteli saxlamalarını, əks təqdirdə yenə maksimum rejimdə getməyə başlayacağını bildirir. Kristian Horner də öz növbəsində Fettelə Mark Uebberin qənaət rejimində getdiyini deyir və onun da bu rejimə keçməsini istəyir.Lakin Fettel komanda yoldaşının olduqca yavaş templə getdiyini, onu keçməkdən başqa çarəsinin olmadığını bildirir və 3 dövrə sonra az qala qəza şəraiti yaradacaq formada onu keçərək liderliyə yüksəlir. Səbr kasası dolan Mark Uebber komandadan açıqca izahat tələb etməyə başlayır.Kristian Horner isə Fetteldən yerini qaytarmağı istəmək əvəzinə, qəribə bir şəkildə “bu etdiyin axmaqlıq idi, Seb” deməklə kifayətlənir.Mark Uebber nə qədər motorun gücünü artırıb yerini qaytarmaq istəsə də, artıq yarışın sonu idi və Sebastyan qalib gəlmişdi. Hamı yarışdan sonra onların nə edəcəyini maraqla gözləyir. Podium mərasimindən əvvəl komanda yoldaşına “Multi 21, Seb, Multi 21!” deyərək hər ikisinin də bildiyi bir kodun adını çəkən Mark Uebber haqsızlığa uğradığını açıqca dilə gətirir. Podium mərasimində də məyus və qəzəbli görünən avstraliyalı oranı tərk etmək istəsə də, reportaj üçün dəvət olunmuş Martin Brandlın gəlişi ilə qalmalı olur. O, ilk növbədə yarışın qalibi olduğu üçün Fettelə yaxınlaşır və 3-4 adi sualdan sonra sözügedən hadisə barədə suallar verməyə başlayır. Sebastyan suallara cavabında soyuqqanlılıqla Mark Uebberin çox yavaş getdiyini və buna görə onu keçdiyini, qələbə qazandığı üçün xoşbəxt olduğunu bildirir. Mikrofon Mark Uebberə uzadıldıqda isə avstraliyalı daha açıq danışır. Özünün komandanın göstərişi ilə qənaət rejimində hərəkət etdiyini, Sebastyanın isə komanda əmrlərini nəzərə almayaraq onu təhlükəli şəkildə keçdiyini bildirir və sonda da komandanın daxilindəki siyasəti bir cümlə ilə milyonlarla insana eşitdirmiş olur: “Nə olur olsun, komanda yenə Fetteli haqlı hesab edəcək”.Red Bull həmin mövsümdə də yay fasiləsindən çox güclü qayıdır və Sebastyan Belçika Qran Prisindən mövsümün son yarışı olan Braziliya Qran Prisinə qədər doqquz yarışın hamısında qalib gəlir ardıcıl qazanılan qələbə sayına görə yeni rekordu müəyyən edir. Bu, Sebastyanın dördüncü və hələ ki, sonuncu titulu olur.

2014-cü il isə Fettelin dörd tituluna kölgə salır desək, yanılmarıq.Mark Uebber Formula 1-i tərk edir və Fettelin komanda yoldaşı bir başqa avstraliyalı – Daniel Rikiardo olur. Turbo mühərriklərə keçid Red Bull hegemonluğuna da son qoyur.Daniel Rikiardonun üç qələbə, səkkiz podium qazandığı mövsümdə cəmi dörd podiumla kifayətlənməli olur və karyerasında ilk dəfə tam yarışdığı mövsümü qələbəsiz başa vurur. Yekun nəticədə Daniel Rikiardo üçüncü, Fettel isə beşinci olur.Red Bull nə vaxtsa Ferrari-də yarışmaq istədiyini dilə gətirən Fettelin getməyəcəyinə inanır. Onların müqaviləsi 2014-cü ildə başa çatsa da, hamı əməkdaşlığın davam edəcəyini düşünür. Lakin belə olmur.Sebastyan Ferrari-yə keçəcəyini açıqlayır.Fernando Alonsonun McLaren-ə gedəcəyi elan edilir və Fettelin komanda yoldaşı yaxın dostu Kimi Rəykkönen olur.


2015-ci ildə Ferrari yenə də Mercedes-ə çata bilmir. Lakin Fettel üç yarışda – Malayziya,MacarıstanSinqapurda “gümüşü oxlar”ı üstələyə bilir. Daha 10 yarışda da podiuma yüksəlir və yekunda 278 xalla üçüncü olur.Kimi Raykkonen isə sadəcə 150 xal toplayır.

2016-cı ildə hamı Ferrari-nin Mercedesə daha yaxın olacağını gözləyir, lakin əksi baş verir. Komanda mövsümün gedişində hətta Red Bull-a da keçilir. Sebastyan özü də bir il əvvəlki performansından uzaq olur və dəfələrlə insidentlərə qarışır. Bir neçə yarışda rəqiblərinin ünvanına xoşagəlməz ifadələr də işlədir, Meksika Qran Prisində isə komanda ilə radiodan əlaqə saxladığı vaxt Çarli Uaytinqi təhqir edir. Daha sonra hərəkətinə görə dəfələrlə üzr istəməli olur. Mövsümü 212 xalla dördüncü yerdə başa vurur.

Mənbə

redaktə