Səlcuqilər

(Səlcuqlar səhifəsindən yönləndirilmişdir)

Səlcuqlular və ya Səlcuqilər[1] — 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş, Böyük Səlcuq imperiyasını və digər kiçik dövlətləri idarə etmiş sülalə.

Başlanğıc

redaktə

Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. X əsrin ikinci yarısında Türküstanda Qınıq boyunun başçısı Səlcuq bəy tərəfindən oğuz tayfalarının ittifaqı yarandı. İslam dinini qəbul etmələri Türküstanda onların nüfuzunu daha da artırıdı.

Səlcuq bəyin vəfatından sonra Qəznəvi hökmdarları səlcuqları sıxışdırmağa başladılar. Səlcuqlar QaraxanlılarQəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar. Azərbaycanİran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər. Daha sonra Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.

Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq türk dövləti yarandı. Səlcuğun nəvəsi Toğrul bəy (1040–1063) sultan elan olundu. Səlcuqlar Toğrulun dövründə daha da qüvvətləndilər və 1040-cı ilin mayında Dəndənəkan döyüşündə Qəznəvilər dövlətini məğlub etdilər. Səlcuqlar İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazilərini işğal etmək məqsədilə paytaxtı 1043-cü ildə Nişapurdan Reyə köçürdülər. 1048-ci ilin 18 sentyabrında isə Səlcuqlar birləşmiş Bizans, ermənigürcü feodallarını darmadağın etdilər. Toğrulun dövründə bütün Xorasan, Xarəzm, Qərbi İran Səlcuq türklərinin hakimiyyəti altına keçdi. Toğrul bəy 1055-ci ildə Bağdad da daxil olmaqla İraqı özünə tabe etdi və Abbasilər xilafəti Səlcuqlardan asılı vəziyyətə düşdü.

1-ci Toğruldan sonra hakimiyyətə Alp Arslan (1063–1072) gəldi. Onun əsas məqsədi Anadolunu türk torpaqlarına qatmaq idi. 1071-ci ilin avqustunda Malazgird döyüşündə Səlcuqlar və Bizans ordusu üz-üzə gəldi və bu döyüşdə Səlcuqlar qalib gəldi, Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalandı, Şərqi Anadolu torpaqları türklərə verildi. Bu münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırdı.

I Məlikşah-ın dövründə (1072–1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Məlikşahın dövründə paytaxt Reydən İsfahana köçürüldü. Ticarətin canlanması üçün vahid çəki, ölçü və pul sistemi tətbiq olunmuş, tacirlər bəzi rüsumlardan azad edilmişdir.

Səlcuq dövləti I Məlikşahın və Nizamülmülkün ölümündən sonra zəiflədi. Feodalların mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi. Uzun sürən ara müharibələri və İsmaililərin qiyamları dövlətin zəifləməsini daha da gücləndirdi. Sonuncu Səlcuq sultanı Səncərin (1118–1157) hakimiyyəti zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu və Səncərdən sonra Böyük Səlcuq imperiyası 1157-ci ildə dağıldı. Onun ərazisində Konya, Kirman, Suriya, İraq Səlcuq sultanlıqları, Kiçik Asiya da bir sıra əmirliklər yarandı.

Soy ağacı

redaktə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səlcuq bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Arslan Yabqu
 
Mikayıl
 
Musa Yabqu
 
Yusif İnal
 
Yunis
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qutalmış
 
Çağrı bəy
 
1. Toğrul bəy
(1037 - 1063)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Süleyman
Rum Səlcuqları
 
2. Alp Arslan
(1063 - 1072)
 
Kavurd bəy
Kirman Səlcuqları
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. Sultan Məlikşah
(1072 - 1092)
 
Tutuş
Suriya Səlcuqları
 
Təkiş
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5. Börkiyaruq
(1094 - 1105)
 
8. Əhməd Səncər
(1118 - 1157)
 
4. I Mahmud
(1092 - 1094)
 
7. Məhəmməd Təpər
(1105 - 1118)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6. II Məlikşah
(1105)
 
9. II Mahmud
(1118 - 1131)
 
12. Məsud
(1134 - 1152)
 
15. Süleyman şah
(1160 - 1161)
 
11. II Toğrul bəy
(1132 - 1134)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
13. III Məlikşah
(1161 - 1176)
 
14. II Məhəmməd
(1153 - 1160)
 
10. Davud
(1131 - 1132)
 
 
 
 
 
16. Arslan şah
(1161 - 1176)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17.III Toğrul
(1176 - 1194)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Səlcuqlar haqda mənbələrdə

redaktə

Orta əsrlər dövrünün salnamələri olan "Sirat-əl-Məlik Toğrul bəy Səlcuqi", "Məliknamə", "Risala-i Məlikşahiyyə Səncərnamə", "Uyun-at-təvarix" dövrümüzə cəlib çatmasa da, Səlcuqların erkən tarixini əks etdirən ən mühüm mənbələrin bəziləri saxlanılmışdır. Səlcuq tarixinin öyrənilməsində mühüm mənbələrdən biri, tarix, adət və ənənələrin mahir bilicisi olan Əbu-əl Fərəçi Əbdür- Rəhman İbn əl Cəizinin (1114–1200) "Tarixi-əl-mülk-əl-Ülam" əsəridir. Bu əsərdə səlcuqların ilk dövrlərinə aid olan və dövrümüzə gəlib çatmayan bir çox müəlliflərin əsərlərinə istinad edilmişdir. Həmin müəlliflərdən Məhəmməd əl Həmədani Hilal-əs-Sabi, Heybətallah əs-Sabi və b. göstərmək olar.

Suriya mənbələri Səlcuqlular tarixinin önəmli hissəsidir. Bu mənbələrdə Səlcuqların XI–XII əsr tarixi, siyasi, sosial-iqtisadi, etnik problemlər, xalq hərəkatı, ideologiya, Suriya-Qafqaz əlaqələri, məişət və hərbi məsələlər yer almışdır. Səlcuq tarixi haqqında mühüm xəbərlər suriyalı salnaməçi Mixayıl Suriyalının əsərlərində, xüsusilə "Xronika" sında öz əksini tapmışdır. Müəllif özündən əvvəlki müəlliflərə istinad edərək səlcuqlara aid olan bir çox hadisələr haqqında məlumat verir.

Bar Ebreya 1226-cı ildə Melitendə anadan olmuşdur. Yaxşı təhsil almış, bir neçə dil, o cümlədən ərəb, fars və türk dillərini öyrənmişdir. Bar Ebreya ömrünü dini fəaliyyətə həsr etmiş, Şərqin yakoviti rütbəsinə yüksəlmişdir. Ön Asiyanı bir neçə dəfə gəzən Ebreya Qafqazda,Azərbaycan şəhərləri Marağa, Təbriz və Uşnuda olmuş,1286-cı ildə Marağada vəfat etmişdir. Onun əsərləri içərisində Suriya və ərəb dilində tərtib olunmuş "Ümumi tarix" əsəri öz sanbalına, faktların dürüstlüyünə və hadisələrə baxışı ilə seçilir.

Ərəbdilli mənbələrdə XI–XIII əsrin mühüm məlumatları toplanmışdır. Sədrəddin Əli Əbül Həsən Əli ibn Əbül Fəvaris Nasir ibn Əli əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" ("Səlcuq dövləti haqqında xəbərlər") adlı əsərini yazmışdır. Əsərin XIII əsrin birinci rübündə yazıldığı ehtimal olunur. Kitabın birinci yarısı özündən əvvəlki tarixi qaynaqlar üzərində qurulmuş, başlıca olaraq Səlcuq dövlətinin yaranıb genişlənməsi dövrünə həsr edilmişdir. Əsərin ikinci yarısı Özbəyin 1225-ci ildə ölümü ilə başa çatır. Əsərin bu hissəsində toplanmış materiallara digər qaynaqlarda rast gəlinmədiyinə görə daha qiymətlidir. Əl-İsfahani (1125–1201) İsfahanın məşhurları içərisindən yetişmişdir. Bir neçə tarixi əsərin müəllifi olan Əl-İsfahani Abbasilər xəlifələri dövründə xidməti vəzifədə olmuş, sonra Əyyubilər sultanları sarayında görünmüşdür. Onun əsərləri arasında

Səlcuqlar dövlətinin tarixindən bəhs edən "Zubdat əl-nüsrə və Nüxbat əlusra" əsəri xüsusilə qiymətlidir. İbn əl-Tiktan (XIII–XIV əsrin əvvəlləri) 1297-ci ildə Azərbaycanın Marağa şəhərinə gəlmişdir. Onun "Kitab əl-Fəxri" iki hissədən ibarətdir. Birinci hissə siyasi traktaktdan ibarətdir. İkinci hissədə müsəlman sülalərinin tarixi toplanmışdır. Burada Səlcuqlar və Ön Asiya dünyası ilə qarşılıqlı əlaqələr haqqında məlumatlar vardır.

Səlcuqlulara münasibətdə farsdilli mənbələr xüsusi seçilir. Belələrindən biri Əbubəkr-Nəcməddin Məhəmməd ibn Əli Ravəndinin "Rahat əs-sudur və ayat əc sudur" ("Səlcuq dövləti haqqında") məlumat əsəridir. Bu salnamə 1199-cu ilə qədər olan hadisələri əhatə edir. Ravəndi ata tərəfdən qohumu olan Səlcuq İrak sultanlarının sarayında qulluq etdiyindən əsərində İrak sultanlığına xüsusi yer ayırmışdır. İbn-Bibi XII əsr müəlliflərindəndir. Xarəzmşah Cəlaləddinin sarayında qulluq etmiş, sonra Kiçik Asiyaya getmiş, Konya sultanlığında dövlət qulluğunda olmuş, əmir titulu daşımışdır. "Səlcuqnamə" ni ("Səlcuqlar haqqında kitab") tərtib etmişdir. Səlcuqlara dair mənbələr içərisində Böyük Səlcuq imperiyasınınbaş vəziri olan Nizamülmülkün "Siyasətnamə" əsəri müstəsna əhəmiyyətə malikdir. Nizamülmülk Səlcuq saray cəmiyyətini müşahidə etməkdə müstəsna imkanlara malik olduğundan bir növ Məlik şaha nəsihət kimi yazılmış əsərində təcrübədən çıxış edərək məlumatları qısa, lakin canlı təhkiyə şəklində vermişdir. Fransız şərqşünası Ş.Şefer "Siyasətnamə"ni ilk dəfə 1892-ci ildə Nizamülmülkün tərcümeyi halında nəşr etdirmişdir.[2]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. Давид ЫВ Ҝеорҝијевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.
  2. Eldəniz Məmmədov. Səlcuqlar. Bakı-2015