Roza Lüksemburq (alm. Rosa Luxemburg‎; 5 mart 1871[1][2][…], Zamosç[d], Polşa çarlığı[5][6]15 yanvar 1919[3][4][…], Berlin, Veymar Respublikası[3][5][…]) — XX əsrin əvvəllərində Almaniyada yəhudi əsilli inqilabçı qadın. Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri.

Roza Lüksemburq
pol. Róża Luksemburg
Doğum tarixi 5 mart 1871(1871-03-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 yanvar 1919(1919-01-15)[3][4][…] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
Fəaliyyəti siyasətçi, filosof, inqilabçı, iqtisadçı, jurnalist, redaktor[d], siyasi nəzəriyyəçi[d], botanical collector, economist[d], publisist, redaktor, dosent
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Həyatı

redaktə

Silahdaşları arasında "Sosialist Bacı" kimi tanıdan Roza Lüksemburq 1870 və ya 1871-ci ildə Rusiyanın işğalı altında olan Polşanın Zamovça şəhərində yəhudi ailəsində anadan olmuşdu. O, tacirlik edən atası Eliaszın beşinci övladı idi. 1873-cü ildə Lüksemburqlar ailəsi Varşavaya köçdü. Beş yaşında ikən ayaqları tutuldu və 1 il yataqda qaldı. Amma yataqda ikən oxumağı və yazmağı öyrənmişdi. Lakin keçirdiyi xəstəliyinin izi ayaqlarında qalmışdı və o, yeriyəndə axsayırdı.

13 yaşında ikən Varşavada qız məktəbinə daxil oldu. Burada təhsil rus dilində aparılırdı və orada, adətən, Rusiyanın dövlət idarələrində çalışan məmurlarının övladları oxuyurdu. Amma onun sıxıntısı bu məktəbdə yalnız rus dilini yaxşı bilməməsi ilə əlaqədar deyildi. O həm də yəhudi ailəsindən olduğu üçün tez-tez sinif yoldaşlarının təhqirlərinə məruz qalırdı. Ona görə də onda mövcud hakimiyyətə və idarəetmə sisteminə qarşı nifrət əmələ gəldi. Bunu gizlətməyi bacarmayaraq, məktəbdə rejimə olan nifrətini açıq şəkildə büruzə verirdi. Hətta iş o yerə gəlib çatmışdı ki, müəllimləri onun qiymət cədvəlinə "Mövcud quruluşa qarşı müxalifətdə olduğu üçün daim müəllimlər üçün problem əmələ gətirir" sözlərini yazmışdılar. O, yalnız Rusiya deyil, həm də Avropanın tanınmış dövlət başçılarına münasibətdə belə, nifrətini gizlətmirdi. Roza 13 yaşında olarkən Almaniya imperatoru I Vilhelmin Varşavaya səfərinə etiraz edərək, bu şeirini yazmışdı: "Nəhayət, görəcəyik səni, Qərbin gücü. Bəlkə, mən də belə izləyəcəyəm Saksoniya bağçalarında dolaşan səni. Amma saraya gələcəyimə inanma. Ağlıma belə gətirmərəm bunu — sizin kimilərə rəğbətlə yanaşmağımı".

Roza 15 yaşında olarkən çarizmin əleyhinə fəaliyyət göstərən Proletariat Partiyasına daxil oldu. Bu partiyanın əsasını lisey və universitet tələbələri təşkil edirdilər. 1887-ci ildə oxuduğu məktəbi əla qiymətlərlə başa çatdırdı. Amma ona o dövrdə məktəbi əla qiymətlərlə bitirən şagirdlərə verilən qızıl medal verilmədi. O, onsuz da haqsızlığa və ədalətsizliyə məruz qalmağa öyrəşmişdi. Ona görə də qızıl medal verilməməsi heç halını da pozmadı. Çünki Roza gələcək həyat yolunu artıq müəyyən etmişdi. Bu yol isə onu həbslərə və təqiblərə məruz qoyacaqdı.

İmperatora səsləniş

redaktə

Alman imperatoru I. Uilhelm 1884-də, Roza on üç yaşında olarkən, Varşavaya rəsmi bir ziyarət etdi. Bu səbəblə şeir yazan Roza hələ

o vaxtdan üsyankar ruhunu ortaya qoymuşdu.

Nəhayət görəcik səni

Qərbin gücü

Bəlkə mən belə izləyəcəyəm Saksoniya bağlarında gəzən səni Saraya gələcəyimi düşünmə

Ağlıma belə gətirmərəm əslində Sizin kimilərə hörmətimi isbata

Bilmək istərdim yoxsa

Nələr danışılır aranızda

Sənli mənli danışırsız çarla

Siyasəti heç bilməm onsuz da Çox uzatmayım ama

Sevgili Uilhem sən də qəti unutma Söylə hiyləgər Bismark soysuzuna Sülhün ırzına keçməyə cəhd etməsin Ey qərbin imperatoru

Bunu avropa üçün et!

Siyasi fəaliyyəti

redaktə
 
Roza Lüksemburq (1895)
 
Klara Setkin və Roza Lüksemburq (Magdeburq, 1910)

Siyasətdə ilk addımını bir etiraz aksiyasında iştirak edərək atdı. Etiraz aksiyasının iştirakçılarına rus kazakları tərəfindən dəhşətli şəkildə divan tutuldu və onun rəhbərlərindən 4-ü edam edildi. Partiyanın fəaliyyəti isə qadağan edildi. Bundan sonra partiyanın azadlıqda qalan üzvləri gizli fəaliyyətə keçməyə məcbur oldular. Amma Rusiya xəfiyyələri dağıdılmış partiya üzvlərinin gizli fəaliyyətə keçməsindən xəbər tutmuşdular. Ona görə də "Proletariat"ın üzvlərinin həbsi davam edirdi. Bunu görən partiyanın digər üzvləri təqiblərdən və həbslərdən yaxa qurtarmaq üçün xaricə qaçmağı qərara aldılar.

Günlərin birində Roza partiya yoldaşları ilə birlikdə bir at arabasında Almaniya-Polşa sərhədini keçərək, İsveçrəyə sığındı. Beləliklə, onun həyatında yeni bir dövr başlayırdı. İsveçrədə Roza həm işləyir, həm də partiya xətti üzrə silahdaşları Anatoli Lunaçarski və Leo Jogiçeslə birlikdə Sürix Universitetində təhsil alırdı. Bu universitetdə o, siyasi-fəlsəfi elmlərlə yaxından tanış oldu, Marks və Engelsin əsərlərini oxudu. 1892-ci ilin sonlarında Birləşmiş Polşa Sosialist Partiyası (BPSP) quruldu. Ancaq 1893-cü ildə Jogçes və Julian Marçlevski ilə birlikdə BPSP-nin millətçi mövqeyini tənqid etməyə başladılar. Onlar bu məqsədlə "Sprava Rabotniçza" qəzetini nəşr etdilər. Hər iki gənc Polşanın müstəqilliyini ancaq Rusiya, AvstriyaAlmaniyada baş verəcək sosialist inqilabından sonra mümkün ola biləcəyi qənaətində idi. Onlar bunun üçün kapitalizm sisteminə qarşı ümumi mübarizə aparılmasının vacibliyini təbliğ edirdilər. Həmin dönəmdə Sürixdə Sosialist İnternasionalının III Konqresi keçirildi. Roza və Marçlevski bu konqresdə BPSP-nin adından iştirak etmək istəsələr də, buna imkan verilmədi. Eyni zamanda xalqların öz müqəddəratını təyin etməsini önə sürən gənc Leninlə Lüksemburq arasında qarşıdurma yarandı. Lüksemburq xalqların azadlıqlarının onların birlikdə sosialist quruluşu qurması əsasında mümkün ola biləcəyini söyləyir və israrla bu fikrini müdafiə edirdi. Belə bir vəziyyətdə Adolf Varşavski, Marçlevski və Lüksemburq birlikdə Polşa Sosial Demokrat Partiyasını (PSDP) qurdular. Bu partiyaya maliyyə yardımını o vaxt Almaniyada yaşayan Jogiçes göstərirdi. Libknext yazdığı əsərlərində sosialistlərin millətçiliklərini kəskin şəkildə tənqid edərək, onların bu hərəkətlərinin fəhlə sinfinin mübarizəsinə uğur gətirməyəcəyini yazırdı. Ona görə də Lüksemburq Lenin də daxil olmaqla sosialistlər tərəfindən kəskin şəkildə tənqid edilirdi. 1898-ci ildə Roza Qustav Lübek ilə ailə həyatı qurdu və Almaniya vətəndaşlığını qəbul etdi. Bunun ardınca yaşamaq üçün Berlinə gedən Lüksemburq burada alman sosial demokratlarla birlikdə fəaliyyət göstərməyə başladı. O, partiyanın Drezden və Leypsiqdə çıxan qəzetlərində məqalələr yazaraq, alman sosialistlərinin qarşısında duran vəzifələrlə bağlı fikirlərini bildirirdi.

Praktiki fəaliyyətində isə o, Almaniyanın hər yerində sosial demokratları mübarizəyə çağırırdı. O, bu fəaliyyətinə görə Almaniya Sosialist Partiyasının (ASP) sol qanadının lideri kimi şöhrət qazanmışdı.

Almaniyada keçirilən parlament seçkiləri kampaniyası zamanı Roza 20 il əvvəl I Vilhelmə yazdığı şeirini xatırladaraq, ölkədə hər şeyin qaydada olduğunu və fəhlələrin yaxşı yaşadığını söyləyən imperatorun əsl həqiqətlərdən xəbəri olmadığını demişdi. Ona görə də Rozanı imperatoru təhqir etməkdə günahlandıraraq, ona üç il həbs cəzası verdilər. 1904–1906-cı illərdə inqilabi fəaliyyətinə görə o daha üç dəfə həbs edildi.1907-ci ildə bir neçə ay həbsdə qaldı, sonra isə Saksoniya kralı tərəfindən əfv edilərək azadlığa buraxıldı. 1905–1907-ci illərdə baş verən Birinci Rus Burjua İnqilabı bu ölkəni dünya inqilabının mərkəzlərindən birinə çevirdi. Bu da Rozanın rus sosial demokratlarla yaxınlaşmasına səbəb oldu. O, Rusiya Sosial Demokrat Partiyasının 1907-ci ildə Londonda keçirilən toplantısında iştirak etdi. Almaniya Sosial Demokrat Partiyasının Berlindəki mərkəzi partiya məktəbində oxudu. Sonra o, burada dosent kimi dərs verməyə başladı. Həmin dövrdə Roza "Beynəlxalq iqtisadiyyata giriş" və "Sərmayə toplamaq" əsərlərini yazdı. O, bu əsərlərində kapitalizmin çökməyə məruz qalacağını yazaraq, bunu insanların qəddarcasına istismarı ilə əlaqələndirirdi. Birinci Dünya savaşı zamanı Lüksemburq Almaniyanın müharibədə iştirak etməsinin əleyhinə çıxdı. Buna görə də onunla ASP arasında fikir ayrılıqları əmələ gəldi. Nəticədə, Lüksemburq ASP ilə bütün əlaqələrini kəsdi. Almaniyanın savaşa qatılmasına etiraz etdiyi üçün onu təhlükəli adam kimi həbs etdilər. Həbsdə ikən "Spartikius məktubları" və "Rus inqilabı" adlı əsərlərini yazdı. Bu arada o, həbsdən azad edildi. 1916-cı ildə məsləkdaşları Klara Setkin, Frans Mehring və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1916-cı ilin oktyabr ayında yenidən həbs edildi, ancaq 1917-ci ilin iyul ayında həbsdən azad edildi. 1917-ci ildə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) quran Karl Kautski ilə birləşmə barədə razılığa gəldi. 1918-ci ildə yazdığı məqalələrində bolşevizmi kəskin tənqid edirdi. Amma yenə də həbs edildi. Həmin il müharibədə məğlub olan Almaniyada inqilab başladı. Bu da Lüksemburqun azad edilməsi ilə nəticələndi. Həbsdən çıxandan az sonra o, "Red Flag" ("Qırmızı bayraq") adlı qəzet nəşr etməyə başladı. Qəzetdə yazdığı məqalələrində Almaniyada siyasi məhbusların hamısının azad edilməsini, ölüm hökmünün aradan qaldırılmasını tələb edirdi. 1919-cu ilin yanvar ayında Almaniyada inqilabın ikinci mərhələsi başladı. Lüksemburq bu inqilabı dəstəkləməsə də, könülsüz şəkildə "Spartak Birliyi"nin hökumət əleyhinə çıxışlarında iştirak etdi. Bu etiraz hərəkatı amansızcasına yatırıldı və Lüksemburq Libknextlə birlikdə həbs edildi. 1919-cu ilin yanvar ayının 15-dən 16-na keçən gecə Lüksemburq və Libknexti məhkəməsiz güllələdilər. Rozanın cəsədi Landvehr kanalına atıldı. Həmin ilin may ayında onun cəsədi Berlin yaxınlığındakı kanallardan birində aşkar edildi. Yalnız üstündən 55 il sonra o, yada düşdü və Almaniya Federativ Respublikasında Lüksemburqun xatirəsinə həsr edilən poçt markası buraxıldı.

İstinadlar

redaktə
  1. 1 2 Starke H. D. Rosa Luxemburg // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Itaú Cultural Rosa Luxemburgo // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  3. 1 2 3 4 Айзин Б. А. Люксембург Роза // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1974. Т. 15 : Ломбард — Мезитол. С. 110–112.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 3 4 5 6 http://library.fes.de/cgi-bin/ihg2pdf.pl?vol=2&f=135&l=136 (alm.).
  6. 1 2 Catalog of the German National Library (alm.).

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə