Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir.

Con Uilyam Uoterhaus. "Orakula müraciət" (1884)

Mənşəyi

redaktə

Delfili Pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər.[1] Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər.[2]

Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər.

Herodot başqa orakullardan də bəhs edir. Onun sözlərinə görə, Lidiya padşahı Krez ən dəqiq orakulu seçməyə qərar verdi və qasidlərini "Delfi, ikinciləri Fokidaki Abı, üçüncüləri Dodona" göndərmişdir; "həmçinin başqaları Amfiari, Trefoni və nəhayət Milet vilayətinin Branxidlər ərazisinə göndərilmişdir". Yalnız delfiyalı pifiya, Krezin bir qazanda tısbağa və quzu bişirəcəyini təxmin edə bildi. Bu hekayə göstərir ki, orakullar yalnız qədim yunanlar tərəfindən deyil, həm də yaxın qonşuları tərəfindən hörmətə layiq görülürdülər.

İstinadlar

redaktə
  1. Broad, William J. 2007. The Oracle: Ancient Delphi and the Science Behind Its Lost Secrets. New York: Penguin Press. Pages 15, 19.
  2. Walter Burkert. Greek Religion. Harvard University Press, 1985. Pp. 116-118.