On iki imam (ərəb. الأئمة الاثنا عشر‎) – İslamın on iki imamçı şiəələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər.[1] On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.[2][3]

İmamət inancı

redaktə
  Əsas məqalə: İmamət

İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.[4][5]

Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.[6]

On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidəfiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan HəsənHüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır).[6] On iki imamçı şiələr və Ələvi müsəlmanların inancına görə, on iki imam barədə Məhəmməddən nəql edilən “On iki xəlifə” hədisinə əsasən öncədən xəbər verilmişdir. On iki imamçı şiə və ələvi inancına görə, hazırda qeybdə olan sonuncu imamdan başqa bütün imamlar qeyri-təbii ölümlə ölüblər.

On iki imam bəzi Sufi ordenlərdə aparıcı rola malikdir və İslamın siyasi yox, sadəcə dini rəhbərləri hesab edilirlər. Belə ki, Sufi ordenlərin əksəriyyəti on iki imamdan birinə gedib çıxır.

İmamların siyahısı

redaktə
Nömrə Adının xəttatlıqla ərəbcə yazılışı Adı
(Tam/Künyə)
Yazılış
(Ərəbcə/Azərbaycanca)
Doğum və
Ölüm


(M./H.Q.)

Önəm Doğulduğu yer Ölüm səbəbi və yeri
Dəfn yeri[7]
1   Əli ibn Əbu Talib
علي بن أبي طالب
Əbu əl-Həsən
أبو الحسن
Əmirəlmöminin
(Möminlərin əmiri)[8]


əl-Mürtəza

(Sevimli)


Birinci Ali[9]
600–661[8]
23 (Hicrətdən əvvəl)–40[10]
Şiələrə görə birinci imam və Məhəmmədin canişini; Sünniliyə əsasən dördüncü raşidi xəlifə. Bütün sufi müsəlmanlar arasında yüksək mövqeyə malikdir. Məhəmmədin soyunun onunla Fatimənin izdivacından davam etdiyinə inanılır[8] Məkkə,
Səudiyyə Ərəbistanı[8]
Kufə məscidində namaz qılarkən xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir.[8][11]
Məzarı İraqın Nəcəf şəhərindəki İmam Əli məscidindədir.
2   Həsən ibn Əli
حسن بن علي
Əbu Muhamməd
أبو محمد
əl-Müctəba


(Seçilmiş)


İkinci Ali[9]
624–670[12]
3–50[13]
Məhəmmədin, qızı Fatimədən olan yaşca ən böyük nəvəsi. Həsən Kufədə xəlifəlik etmiş atasının ölümündən Muaviyyə ilə sülh müqaviləsi bağlayana qədər yeddi ay ərzində İraqa nəzarət etmişdir.[14] Mədinə,
Səudiyyə Ərəbistanı[12]
On iki imam şiələrinə görə indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində Muaviyyənin təşəbbüsü ilə arvadı tərəfindən zəhərlətdirilmişdir.[15]
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
3   Hüseyn ibn Əli
حسین بن علي
Əbu Abdullah
أبو عبدالله
Seyyidüş-şühəda


(Şəhidlərin rəhbəri)


Üçüncü Ali[9]
626–680[16]
4–61[17]
Məhəmmədin nəvəsi, Əlinin oğlu və Həsən ibn Əlinin qardaşı. Yezidin xəlifəliyinin qanuniliyinə qarşı çıxmış və bu səbəblə də Kərbəla döyüşündə öldürülmüşdür. Bu hadisədən sonar Hüseyn şiəlikdə mərkəzi, aparıcı mövqe tutur və ölümü qeyd edilir.[16][18] Mədinə,
Səudiyyə Ərəbistanı[16]
Kərbəla döyüşündə öldürülüb.[16]
Məzarı İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidindədir.
4   Əli ibn Hüseyn
علي بن الحسین
Əbu Muhamməd
أبو محمد
əl-Səccad, Zeynül-abidin


(Səcdə edən, İbadət edənlərin ziynəti) [19]


Dördüncü Ali[9]
658[19] – 712[20]
38[19]–95[20]
"Əhli-beytin Zəburu" kimi tanınan "Səhifeyi Səccadiyyə"nin müəllifi.[20] Mədinə,
Səudiyyə Ərəbistanı[19]
Əksər şiə mənbələrinə görə xəlifə I Vəlidin göstərişi ilə Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[20]
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
5   Məhəmməd ibn Əli
محمد بن علي
Əbu Cəfər
أبو جعفر
Baqir əl-Ulum


(Elmin təfsirçisi) [21]


Beşinci Ali[9]
677–732[21]
57–114[21]
Əksər erkən SünniŞiə mənbələrinə əsasən həyatı boyunca bir çox fəqih yetişdirmişdir.[21][22] Mədinə,
Səudiyyə Ərəbistanı[21]
Bəzi şiə mənbələrinə görə xəlifə Hişam ibn Əbdülməlikin təşəbbüsü ilə İbrahim ibn Vəlid ibn Abdullah tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[20]
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
6   Cəfər ibn Məhəmməd
جعفر بن محمد
Əbu Abdullah
أبو عبدالله
əs-Sadiq[23]


(Sədaqətli)


Altıncı Ali[9]
702–765[23]
83–148[23]
Adı ilə əlaqədar olaraq On iki imam şiəliyi məzhəbi Cəfərilik adlandırılmışdır. Əbu HənifəMalik ibn Ənəsin fiqh, Vasil ibn ƏtaHişam ibn Həkəmin hədis/kəlam, Cabir ibn Həyyanın cəbrkimya üzrə müəllimi olmuşdur.[23][24] Mədinə,
Səudiyyə Ərəbistanı[23]
Bəzi şiə mənbələrinə əsasən xəlifə Mənsur tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[23]
Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır.
7   Musa ibn Cəfər
موسی بن جعفر
Əbu əl-Həsən
أبو الحسن الاول[25]
əl-Kazim[26]


("Sakit")


Yedinci Ali[9]
744–799[26]
128–183[26]
Cəfər ibn Məhəmməddən sonra İsmaililər də daxil olmaqla şiələrə görə imam.[27] Xorasanda şiələrdən xumsun rahat yığılması üçün nümayəndələr şəbəkəsi qurmuşdur. Məhdəviyyətdə yüksək mövqeyə sahibdir. Əksər insanlar onun vasitəsilə öz soylarını Məhəmmədə bağlayırlar.[28] Mədinə,
Səudiyyə Ərəbistanı[26]
Şiə inamına görə xəlifə Harun ər-Rəşidin sifarişi ilə həbs olunmuş və həbsxanada zəhərlətdirilmişdir.
Məzarı İraqın Bağdad şəhəri yaxınlığındakı Kazımeyn şəhərində İmam Musa Kazım türbəsindədir.[26]
8

 

Əli ibn Musa
علي بن موسی
Əbu əl-Həsən
أبو الحسن الثانی[25]
ar-Riza, Reza[29]


(Razı/Məmnun)


Sekizinci Ali[9]
765–817[29]
148–203[29]
Xəlifə Məmun tərəfindən vəliəhd elan edilmişdir. Müsəlman və qeyri-müsəlman alimlərilə etdiyi mübahisələrlə məşhurdur.[29] Mədinə,
Səudiyyə Ərəbistanı[29]
Bəzi şiə mənbələrinə görə İranın Məşhəd şəhərində xəlifə Məmunun göstərişi ilə zəhərlətdirilmişdir.
Məzarı İranın Məşhəd şəhərində İmam Rza məscidindədir.[29]
9   Məhəmməd ibn Əli
محمد بن علي
Əbu Cəfər
أبو جعفر
əl-Təqi, əl-Cavad[30]


(Allahdanqorxan, Əliaçıq)


Dokuzuncu Ali[9]
810–835[30]
195–220[30]
Abbasi xəlifələrinin zülm və təqibləri qarşısında mərdliyi və təqvası ilə məşhurdur. Mədinə,
Səudiyyə Ərəbistanı[30]
Şiə mənbələrinə görə xəlifə Mötəsimin sifarişi ilə arvadı, xəlifə Məmunun qızı tərəfindən zəhərlətdirilmişdir.
Məzarı İraqın, Kazımeyn şəhərində İmam Təqi türbəsindədir.[30]
10   Əli ibn Məhəmməd
علي بن محمد
Əbu əl-Həsən
أبو الحسن الثالث[31]
əl-Hadi, əl-Nəqi[31]


(Hidayət edən, Təmiz/pak)


Onuncu Ali[9]
827–868[31]
212–254[31]
Şiə cəmiyyətindəki nümayəndələr şəbəkəsini genişləndirdi və gücləndirmişdir. Həmçinin şiələr tərəfindən verilmiş xümsu qəbul etdi[31] Mədinə yaxınlığında Sürəyya kəndi,
Səudiyyə Ərəbistanı[31]
Bəzi şiə mənbələrinə görə xəlifə Mötəz tərəfindən İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.[32]
Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.
11   Həsən ibn Əli
الحسن بن علي
Əbu Muhamməd
أبو محمد
əl-Əskəri[33]


(Qarnizon şəhərinin vətəndaşı')


Onbirinci Ali[9]
846–874[33]
232–260[33]
Həyatının böyük bir qismi xəlifə Mötəmidin hakimiyyəti illərinə rast gəlmişdir. Atasının ölümündən sonra ona qarşı təzyiqlər artmışdır.[34] Mədinə,
Səudiyyə Ərəbistanı[33]
Şiə mənbələrinə görə xəlifə Mötəmidin göstərişi ilə İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.
Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.[35]
12   Məhəmməd ibn əl-Həsən
محمد بن الحسن
Əbu əl-Qasim
أبو القاسم
əl-Məhdi, Qaim, əl-Höccət[36]


(Hidayət olmuş, Qayıb/itkin, Rəhbər')


Onikinci Ali[9]
868–h.h.[37]
255–h.h.[37]
On iki imam şiələrinin mənbələrinə əsasən mövcud olmuş tarixi şəxsiyyət və vəd olunmuş Mehdi. İsa ilə birgə zühur edib haqsızlıq və ədalətsizliklə mübarizə aparıb, dünyada ədalət və nizamı bərpa edəcəyinə inanılır.[38] Samirə, İraq[37] Şiə mənbələrinə görə 872-ci ildə Allahın göstərişi ilə qeybə çəkilmişdir.[37]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Olson (2005), səh. 65
  2. Təbatəbai (1979), səh. 10
  3. Momen (1985), səh. 174
  4. Təbatəbai (1979), səh. 15
  5. Korbin (2014), səh. 45-51
  6. 1 2 Gleave, Robert. "Imamate". Encyclopaedia of Islam and the Muslim world; cild 1. MacMillan. ISBN 0-02-865604-0.
  7. On ikinci imam istisna
  8. 1 2 3 4 5 Seyyed Hossein Nasr, Ali, Encyclopædia Britannica Online, 2007-10-12, http://www.britannica.com/eb/article-9005712/Ali Arxivləşdirilib 2007-10-18 at the Wayback Machine
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Encyclopedia of the Modern Middle East and North Africa, 2004, Gale Group, ISBN = 978-0-02-865769-1
  10. Təbatəbai (1979), səh. 190–192
  11. Təbatəbai (1979), p.192
  12. 1 2 Hasan, Encyclopædia Britannica Online, 2007-11-08 , http://www.britannica.com/eb/article-9039439/Hasan Arxivləşdirilib 2007-10-16 at the Wayback Machine
  13. Təbatəbai (1979), səh. 194–195
  14. Wilferd Madelung, ḤASAN B. ʿALI B. ABI ṬĀLEB, Encyclopaedia Iranica, 2012-07-06, http://www.iranicaonline.org/articles/hasan-b-ali}}
  15. Təbatəbai (1979), səh. 195
  16. 1 2 3 4 al-Husayn, Encyclopædia Britannica Online, 2007–11-08, http://www.britannica.com/eb/article-9041622/al-Husayn-ibn-Ali Arxivləşdirilib 2007-10-31 at the Wayback Machine
  17. Təbatəbai (1979), səh. 196–199
  18. Madelung Wilferd, ḤOSAYN B. ʿALI, Encyclopaedia Iranica, 2008–03-23 , http://www.iranicaonline.org/articles/hosayn-b-ali Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
  19. 1 2 3 4 Madelung Wilferd, 'ALÈ B. AL-HUOSAYN, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/ali-b-hosayn-b-ali Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine
  20. 1 2 3 4 5 Təbatəbai (1979), səh. 202
  21. 1 2 3 4 5 Madelung Wilferd, Wilferd Madelung, AL-BAQER, ABU JAFAR MOHAMMAD, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/baqer-abu-jafar-mohammad Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
  22. Təbatəbai (1979), p.203
  23. 1 2 3 4 5 6 Təbatəbai (1979), səh. 203–204
  24. Wasil ibn Ata, Encyclopædia Britannica Online, 2007–11-08, http://www.britannica.com/eb/article-9076198/Wasil-ibn-Ata Arxivləşdirilib 2007-11-06 at the Wayback Machine
  25. 1 2 Madelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007–11-09, http://www.iranicaonline.org/articles/ali-al-reza Arxivləşdirilib 2012-09-21 at the Wayback Machine
  26. 1 2 3 4 5 Təbatəbai (1979), səh. 205
  27. Təbatəbai (1979), səh. 78
  28. Sachedina (1988), səh. 53–54
  29. 1 2 3 4 5 6 Təbatəbai (1979), səh. 205–207
  30. 1 2 3 4 5 Təbatəbai (1979), səh. 207
  31. 1 2 3 4 5 6 Madelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/ali-al-hadi-abul-hasan-b Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine
  32. Təbatəbai (1979), səh. 208–209
  33. 1 2 3 4 Halm , 'ASKARÈ, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/askari-abu-mohammad-hasan-b Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
  34. Təbatəbai (1979) səh. 209–210
  35. Təbatəbai (1979), səh. 209–210
  36. Muhammad al-Mahdi al-Hujjah, Encyclopædia Britannica Online, 2007–11-08, http://www.britannica.com/eb/article-9054165/Muhammad-al-Mahdi-al-Hujjah Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine
  37. 1 2 3 4 Təbatəbai (1979), səh. 210–211
  38. Təbatəbai (1979), səh. 211–214

Ədəbiyyat

redaktə
  • Encyclopædia Britannica Online. Encyclopædia Britannica, Inc.
  • Encyclopædia Iranica. Center for Iranian Studies, Columbia University. ISBN 1-56859-050-4.
  • Martin, Richard C. Encyclopaedia of Islam and the Muslim world; vol.1. MacMillan. ISBN 0-02-865604-0.
  • Encyclopedia of the Modern Middle East and North Africa. Gale Group. 2004. ISBN 978-0-02-865769-1.
  • Corbin, Henry (1993 (original French 1964)). History of Islamic Philosophy, Translated by Liadain Sherrard, Philip Sherrard. London; Kegan Paul International in association with Islamic Publications for The Institute of Ismaili Studies. ISBN 0-7103-0416-1.
  • Momen, Moojan (1985). An Introduction to Shi`i Islam: The History and Doctrines of Twelve. Yale University Press. ISBN 0-300-03531-4.
  • Olsson, Tord; Elisabeth Ozdalga, Catharina Raudvere (2005). Alevi Identity: Cultural, Religious and Social Perspectives. Routledge. ISBN 9781135797256.
  • Sachedina, Abdulaziz Abdulhussein (1988). The Just Ruler (al-sultān Al-ʻādil) in Shīʻite Islam: The Comprehensive Authority of the Jurist in Imamite Jurisprudence. Oxford University Press US. ISBN 0-19-511915-0.
  • Tabatabae, Sayyid Mohammad Hosayn; Seyyed Hossein Nasr (translator) (1979). Shi'ite Islam. SUNY press. ISBN 0-87395-272-3.

Xarici keçidlər

redaktə