Malyariya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Malyariya — ölümcül qlobal xəstəliklərdən biri. Xüsusilə Afrikada geniş yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən Sahara Afrikasında üstünlük təşkil edir.
Malyariya | |
---|---|
XBT-10-KM | B54 |
XBT-9-KM | 084[1], 084.6[1] |
OMIM | 248310 |
DiseasesDB | 7728 |
MedlinePlus | 000621 |
MeSH | D008288 |
Vikianbarda əlaqəli mediafayllar |
Xəstəliyin yaranması
redaktəMalyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir. Eritrositlərə daxil olan parazitlər öz inkişafını davam etdirir və çoxalırlar. Eritrositlərin qılafı partladıqdan sonra onlar digər eritrositlərə daxil olmağa imkan əldə edirlər. Bu cür halda parazitlər toksinlər ifraz edirlər (zəhərlər). Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də xətər yetirə bilər, bunun səbəbi ağır infeksiyaya məruz qalmış eritrosit laxtalarının qanın kapillyarlarda hərəkətinə maneçilik törətməsidir (belə olduqda bədən toxumaları zəifləyir). Bu mərhələyə çatdıqda insan artıq halsızlıq və zəiflik hiss etməyə başlayır.
Xəstəliyin əlamətləri və simptomları
redaktəMalyariyanın simptomlarının sırasına, yüksək qızdırma, üşütmə, baş ağrılarını, əzələ ağrılarını və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər. Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma, və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər.
Əksər hallarda simptomlar özünü yoluxmadan sonra 10 gün-4 həftə ərzində büruzə verir, lakin insan halsızlıq və zəifliyi həm 8 gündən sonra, həm də bir ildən sonra hiss edə bilər. Malyariyanın iki növü, Plasmodium vivax və Plasmodium ovale residivlərin ortaya çıxmasına səbəb ola bilər, bunun səbəbi ondan ibarətdir ki, malyariya parazitlərinin bəziləri insanın qaraciyərində bir neçə aydan başlayaraq 3 ilə kimi qala bilərlər. Bu parazitlər passiv haldan çıxaraq eritrositlərə daxil olmağa başladığı vaxtdan insanda xəstəlik halı üzə çıxmağa başlayır.
Malyariya parazitləri bir xəstə insandan sağlam insana adətən Anopheles cinsindən olan ağcaqanadların vasitəsilə ötürülür. Ağcaqanadı yoluxduran parazitin forması qametosit adlanır. Qametositlər merozoitləri qana daxil olduqdan sonra infeksiyaya yoluxmuş insanların daxili orqanlarının kapillyarlarında inkişaf etməyə başlayırlar. Ağcaqanadlar üçün yoluxucu olan yetkin qametositlər periferik qanda təqribən 3 (Plasmodium vivax olduqda) və 10 gündən sonra (Plasmodium falciparum və Plasmodium malariae olduqda) peyda olmağa başlayırlar. Anopheles cinsindən olan ağcaqanadın dişisi infeksiyaya yoluxmuş insanı sancdıqda, onun qanını sorarkən qan ilə birlikdə malyariya qametositlərini də udur. rdə, malyariya paraziti ağcaqanadın orqanizmində bir müddət qalaraq inkişaf etməlidir, və yalnız bundan sonra o özü digər insanları yoluxdura bilər. Bu cür müddətin sürəkliliyi (sporogenik dövr) Plasmodiumun növündən və eləcə də ətraf mühitin temperaturundan asılıdır. Afrika regionları kimi həddən artıq endemik olan bölgələrdə malyariya xəstəliyinə bir neçə dəfə düçar olmuş insanlarda həmin xəstəliyə qarşı kliniki simptomların əksər hissəsini yatırdan müəyyən immunitet yaranır. Bu cür insanlar öz orqanizmlərində sancma zamanı ağcaqanadları yoluxduran qametositləri daşıya bilərlər. İmmuniteti olmayan insanlarda kliniki simptomlar bir qayda olaraq qametositlər periferik qanda peyda olana kimi inkişaf edir. Əgər istənilən şəxs malyariyaya yoluxubsa və onda kliniki simptomların ortaya çıxmasından öncə lakin merozoitlərin qaraciyərdən qan dövranına daxil olduqdan sonra həmin şəxs qan donoru kimi çıxış edirsə, bu təqdirdə həmin insanlar özlərindən xəbərsiz verdikləri qanları ilə infeksiyanı digərlərinə ötürə bilərlər. Kliniki simptomları olmayan qismi immunitetə malik olan insanların verdikləri donor qanında da malyariya parazitləri ola bilər. Buna bənzər şəkildə, malyariya həmçinin yoluxmuş iynə və şprislərin vasitəsilə də ötürülə bilər.
Plasmodium vivax və Plasmodium ovale vasitəsilə baş vermiş infeksiyalar zamanı pasiyent praktiki olaraq simptomların özünü büruzə verməsindən dərhal sonra infeksiyanı ağcaqanada ötürə bilər. Plasmodium falciparum ilə yoluxma zamanı isə infeksiyanın ağcaqanada ötürülməsi yalnız bir neçə gün keçdikdən sonra, yəni yetkin qametositlərin periferik qanda peyda olmağa başladıqları zaman baş verə bilər. Malyariya ilə xəstələnmiş, lakin sonradan tamamilə sağalmış adam onu digərlərinə ötürə bilər. Bu təqdirdə həmin insanlar malyariya xəstəliyinin simptomlarını aşkar etməyən daşıyıcılar şəklində həmin xəstəliyi digərlərinə ötürə bilər. Belə şəxslərə parazitgəzdiricilər deyirlər. Tropik (yuxarıya baxın) malyariyaya qarşı immunitet əldə etmiş insanlarda və yaxud da Plasmodium vivax və ya Plasmodium ovale ilə ilk dəfə xəstələnərək sağalmış insanlarda sonralar xəstəliyin qayıtması hallarının baş verməsinə dair bir çox misal göstərmək olar. Malyariya infeksiyalarının müalicəsində istifadə olunan xloroxin və mefloxin kimi dərman preparatları qan damarlarında olan Plasmodium falciparumun yetkin qametositlərini məhv etmir. Malyariyanın müalicəsində tətbiq olunan dərman preparatlarının vasitəsilə müvəffəqiyyətli müalicə keçmiş insanlar tam olaraq sağlam olduqları halda, orta hesabla təxminən 2 ay müddətində yoluxucu olaraq qalırlar, bu hal qametositlərin təbii ölümlə ölməsi anına kimi və yaxud da insanın qametositləri doğrudan da məhv etməyə qadir olan p……… kimi dərman vasitəsindən istifadə etməsinə kimi davam edir. My name is Chichky, Chicky Chicky Chicky
Malyariya paraziti
redaktəBütün ağcaqanadlar heç də malyariya yayıcısı deyildirlər. Malyariya xəstəliyi Anopheles cinsindən olan ağcaqanad tərəfindən yayılır, və o da öz növbəsində gecələr, adamlar yuxulayarkən qidalanır. Qan axtarışında olan ağcaqanad insana yaxınlaşdıqca o torun üzərinə hopdurulmuş insektisidlə qarşılaşacaq. Đnsektisidlə təmasda olduqları zaman ağcaqanadlar ya məhv olurlar, yada ki, həmin yeri tərk edirlər. İnsektisidin ürküdücü təsiri sayəsində həmin otaqda yatan digər insanlar bu cür tordan istifadə etməsələr də qorunma altında olmuş olurlar. Bu cür effekti hər axşam otaqda aerozolun səpələnməsinə bənzətmək olar!
Xəstəliyin geri qayıtması
redaktəPlasmodium vivax və Plasmodium ovale qaraciyərdə sakitlik vəziyyətində bir neçə ay ərzində qala bilirlər. Qaraciyərin dayanıqlı formaları tərəfindən törədilən xəstəliyin qayıtması halları yoluxmadan sonra aylar, və hətta 4 il keçdikdə baş verə bilər. Müalicə edilməmiş və yaxud da natamam müalicə olunmuş Plasmodium malariae qan infeksiyası insan bədənində illər ərzində, simptomlar üzəçıxana kimi qala bilər və hətta insanın orqanizmində həyat boyu qala bilər. Plasmodium falciparum növündən olan və dərmanlara qarşı davamlı malyariya parazitinin yayıldığı bölgələrdə, infeksiyanın təkrarən üzə çıxması halı müvəffəqiyyətlə aparıldığı güman olunan kliniki müalicədən bir ay sonra və yaxud da daha gec baş verə bilər. Endemik bölgələrdə təkrar yoluxma ehtimalı hər zaman mövcuddur.
Diaqnozu
redaktəMalyariya xəstəliyi qan damlasının parazitlərin mövcudluğuna görə müayinəsi zamanı təyin oluna bilər. Qan işçi masa üzərində xüsusi boya ilə rənglənir, bu da öz növbəsində parazitlərin mikroskop altında görünmələri üçün həyata keçirilir.
Müalicəsi
redaktəMalyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda o tam müalicə edilə bilər. Peyvəndin hazırlanması istiqamətində bir çox səylərin göstərilməsinə baxmayaraq, hal-hazırda bu cür peyvənd mövcud deyil. Malyariya resept ilə verilən dərman vasitələrinin köməyi ilə müalicə edilir. Dərman vasitələrinin növü və eləcə də müalicənin davamiyyəti malyariyanın diaqnostika olunmuş formasından, pasiyentin xəstəliyə yoluxduğu ərazidə dərman vasitəsinə həssaslığın dərəcəsindən, xəstənin fərdi xüsusiyyətlərindən, yaşından, allergiyaya olan meyillilikdən və eləcə də müalicənin başlandığı anda xəstəliyin ağırlığından asılıdır. Bəs əgər malyariyanın qarşısının alınması ehtimalı varsa və onun müalicəsi mövcuddursa nə üçün bu qədər çox adam həmin xəstəlikdən vəfat edir? Malyariya xəstəliyinə yoluxmuş insanlar arasında ölüm hallarının baş verməsinin başlıca səbəbi xəstəliyin törədilməsi səbəbləri və onun yayılma yolları və eləcə də infeksiyadan qorunma yolları haqqında məlumatsızlıqdır. Bir çox hallarda insanlar malyariya ilə xəstələndiklərini sadəcə dərk edə bilmirlər və tibbi yardım üçün həddən artıq gec müraciət edirlər. Onlar hesab edirlər ki soyuqdəymə, qrip və yaxud da digər geniş yayılmış xəstəliyə yoluxublar. Tibbi xidmət məntəqələrindən uzaqda yaşayan insanlar əksər hallarda yerli dərman satıcılarına məsləhət üçün müraciət edirlər, bu da ki öz növbəsində hər zaman doğru olmaya bilər, yaxud da onlar qeyri səmərəli dərman preparatlarını alıb onlardan istifadə edirlər. Malyariyaya yoluxma riskinin yüksək olduğu bölgələrdə insanlar qızdırmanın istənilən forması ortaya çıxdıqda tibbi yardım üçün mütləq tibb müəssisəsinə müraciət etməlidirlər. Kiçik yaşlı uşaqlar və eləcə də hamilə qadınlar yoluxma anından sonra 24 saat ərzində müalicə keçməlidirlər. Ölüm halları ən çox Tropiki malyariya zamanı baş verir. Azərbaycanda yalnız üç günlük malyariya qeydə alınır. Bu növ malyariya zamanı ölüm halları olmur. Lakin vaxtında müraciət olmasa və müalicə edilməsə onda ciddi ağrılaşmalar baş verə bilər.
Malyariyanın geniş yayılmış olduğu regionlarda insanlar həyatı boyu bu xəstəlikdən bir neçə dəfə əziyyət çəkə bilərlər. Belə olduqda həmin insanların bu xəstəliyə meyilliyi müəyyən qədər azalır və nəticə etibarilə yaş ötdükcə malyariya xəstəliyinin gedişi yüngülləşir. Lakin bu yüngülləşmə qismən baş verir, və müəyyən zaman müddətini əhatə edir, bu da ki keçmişdə baş vermiş xəstələnmə hallarının sayından və eləcə də onların intensivliyindən asılıdır. Malyariyanın mövsümi və eləcədə epidemik xarakter daşımaqla tez-tez büruzə verdiyi ərazilərdə lazımi qoruyucu immunitet heç vaxt yaranmaya da bilər. Đnfeksiyanın ötürülmə ehtimalının yüksək olduğu endemik regionlarda yenicə doğulmuş körpələr həyatlarının ilk aylarında öz analarının anticisimləri ilə müdafiə olunurlar. Sonralar illər ötdükcə xəstəlikdən vəfat etmədikləri təqdirdə həmin uşaqlarının özlərində tədricən xəstəliyə qarşı immunitet yaranır. İmmunitet dönmə qabiliyyətinə malikdir, və tamamilə "qorunma" altında olan yaşlı nəsil nümayəndələri malyariya xəstəliyinin hökm sürdüyü ərazilərdən köçüb getdiklərindən bir-iki il sonra öz immunitetlərini itirirlər.
Profilaktikası
redaktəProfilaktika infeksiyanın qabağının alınması üçün malyariyaya qarşı olan vasitələrin istifadəsi ilə xəstəliyin qarşısının alınmasına yönəlmiş tədbirlərdir, lakin, tam qorunmanı təmin edə bilmir və malyariya keçiriciləri olan ağcaqanadların sancması riskinə məruz qala bilən insanlar üçün məsələnin tamamilə səmərəli və eləcə də uzunmüddətli həll üsulu sayıla bilməz. Malyariyanın profilaktikası üçün üç əsas üsul mövcuddur:
1. İnsanların ağcaqanad sancımasıdan qorunması
- Əgər bu mümkündürsə, əsas etibarilə ağcaqanadların fəal olduğu qaranlığın düşdüyü andan günəşin çıxmasına kimi olan müddət ərzində evdən çölə çıxmaq olmaz.
- Yatdıqda ağcaqanadlardan qoruyan torlardan istifadə edilməlidir (özəlliklə insektisidlər ilə işlənmiş torların istifadəsi tövsiyə olunur)
- Evin bütün pəncərə və qapıları, və ən azından yataq otaqlarında olan pəncərə və qapılar tor ilə örtülü olmalıdır.
- Uzun qollu və ətəkli [balaqlı] paltarlar geyilməli, və ağcaqanadları özlərinə cəlb edən tünd rənglərdə olan paltarların geyilməsindən çəkinmək lazımdır
- Dərinin açıq hissələrinin ağcaqanadlardan qorunması üçün xüsusən repellentlərdən istifadə olunmalıdır
- Ağcaqanadlara qarşı spreylərdən istifadə edilməli və ya ağcaqanadlar əleyhinə spirallar yandırılmalıdır
2. Ağcaqanadların çoxalmasının nəzarətdə saxlanılması:
- Ağcaqanadların yumurta qoya biləcəyi yerlərin durğun su mənbələrinin (gölməçələrin) ləğv edilməsi
- Bərk torpaq süxurlarının və qurudulma əməliyyatlarının vasitəsilə ərazilərin mənimsənilməsi
- Ağcaqanad yumurtaları ilə qidalanan xüsusi balıq növünün qamburiyaların yetişdirilməsi
- Ağcaqanad yumurtalarının məhv edilməsi məqsədilə suya xüsusi insektisidlərin əlavə edilməsi
3. Ağcaqanadların yetkin fərdlərinin məhv edilməsi:
- Yatmazdan qabaq otaqların insektisid tərkibli aerozollarla işlədilməsi
- Müxtəlif səhiyyə strukturları tərəfindən həyata keçirilən tədbirlərdə, o cümlədən evlərin daxili divarlarının ağcaqanadları məhv edən insektisid tərkibli aerozollar vasitəsilə emal işlənməsində iştirak etmək. Qeyd olunmuş strategiyaların həyata keçirilməsi məqsədilə, malyariya parazitlərinin peçiriciləri olan ağcaqanadlar haqqında geniş bilgilərə malik olmaq lazımdır.
- Ağcaqanadların bir çox növü mövcuddur, lakin malyariya parazitinin keçiricisi yalnız Anopheles cinsindən olan ağcaqanadlardır. Bütün Anopheles-lərin qanadlarında ağ-qara ləkələr mövcuddur (eyni zamanda bütün ağ-qara ləkələri olan ağcaqanadları Anopheles cinsinə aid etmək olmaz).
- İnsanları sancan yalnız dişi fərddir, əsas etibarilə bu günəşin batmasından günün çıxmasına kimi davam edən zaman müddətində baş verir. Dişi ağcaqanada qan, yumurtaların əmələ gəməsi üçün tələb olunur.
- Ağcaqanadın yumurtaları o qədər kiçikdir ki, onları adi gözlə görmək qeyri mümkündür. Ağcaqanad onları durğun və yaxud da yavaş axını olan suda qoyur. Adətən ağcaqanadlar insanın məskunlaşma yerindən yaxın 2+3 kilometr (1.25 mil) ərazidə yerləşən su hövzələrində çoxalırlar.
- Yumurtalardan suya qoyulduqdan iki və ya üç gün sonra onlardan ağcaqanad sürfələri çıxır. Sürfələr xırda orqanizmlərlə və su bitkiləri ilə qidalanaraq pup formasına keçənə kimi böyüyürlər. Puplar suda qalır, amma qidalanmırlar. Bir neçə gündən sonra pupdan yetkin ağcaqanad çıxır və buradan uzaqlaşır. Əgər bu dişi fərddirsə o insanları sancaraq onların qanı ilə qidalana bilər. Qidalandıqdan sonra ağcaqanad adətən yaxınlıqdakı səthlərin birində istirahət edərək sonradan həmin yerdən uçaraq uzaqlaşır. Sonradan isə həmin dişi fərd yenidən yumurta qoyur və bütün proses təkrarlanır.
4. Ağcaqanadların sancmasının qarşısının alınması:
- Endemik ərazilərdə malyariya ilə mübarizə üsullarından ən başlıcası ağcaqanad sancmalarının qarşısının alınmasıdır. Sancılma riskinin azaldılması məqsədilə, aşağıdakı üsulların tətbiqi səmərəlidir:
- Ağcaqanadlara qarşı tor insanın malyariyadan müdafiəsinin çox səmərəli üsuludur. Bu cür torlar ağcaqanadları məhv etmir, lakin siz onun altında olduğunuz müddətdə ağcaqanad sizi sanca bilmir. Malyariya ağcaqanadları adətən insanları günəşin batmasından günün çıxmasına kimi davam edən zaman müddəti ərzində sancırlar. Bu səbəbdən ağcaqanadlara qarşı torlar, qaranlığın düşməsi ilə artıq yuxulayan kiçikyaşlı uşaqlar üçün çox faydalıdır. Bundan əlavə, torlar həmçinin daha böyük yaşlı uşaqların və böyüklərin müdafiəsi üçün də faydalıdır, çünki bəzi ağcaqanadlar yalnız gecə vaxtı sancırlar. Məhz bu səbəbdən ağcaqanadlara qarşı torların istifadəsi faydalıdır. Uşaqlar və hamilə qadınlar ağcaqanadlara qarşı torlardan istifadə edərək yatmağa tez getdikləri zaman axşamlar ağcaqanadların sancmalarından qurtulmuş olurlar. Ağcaqanadlardan müdafiə edən torların altında yatan uşaqlar, adətən malyariya xəstəliyinə bu cür torlardan istifadə etməyən uşaqlara nisbətən daha az düçar olurlar. Həmin uşaqların arasında bu xəstəlikdən ucbatından ölüm və eləcə də ağırlaşma hallarına daha gec-gec rast gəlinir. Üzərinə insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan torlar ən çox malyariyanın ağır formasına yoluxma təhlükəsi altında olan və bu xəstəlik nəticəsində ölə biləcək şəxslər üçün daha çox faydalıdır. Sağlamlıqla bağlı olaraq söyləmək olar ki, bu cür torlar azyaşlı uşaqlar, hamilə qadınlar və eləcə də xəstəliyə qarşı zəif immunitetə malik olan digər şəxslər (məsələn, səyahətçilər) üçün daha çox tələb olunur. Qeyri düzgün istifadə edildikdə ağcaqanadlara qarşı tətbiq olunan torlar malyariyaya yoluxmanın qarşısını ala bilmir:
1) Yırtılmış sahələr təmir olunmalıdır.
2) Ağcaqanadlara qarşı tətbiq olunan torlar düzgün asılmalıdır, yuxu sahəsini tam örtməlidir və insanın yatdığı yerdə onun yanlarını döşəyin altına salına bilməsi üçün kifayət qədər uzun qurulmalıdır.
3) Tora düşmüş ağcaqanadları insektisid tərkibli aerozol vasitəsilə və ya əllə öldürmək lazımdır. Ağcaqanadlara qarşı tətbiq olunan torlar xüsusi insektisidlərlə işləndikdə onlar daha yaxşı müdafiəni təmin edir. Bu cür insektisidlərdən düzgün istifadə olunduğu təqdirdə o insanlara heç bir ziyan vermir, eyni zamanda ağcaqanadları məhv edərək evləri onlardan qoruyur. Bu edilmiş torlar digər şeylər ilə yanaşı taxtabitilərini və eləcə də digər növdən olan həşəratları məhv edir. İnsektisidlər faydalıdır, lakin qeyri düzgün istifadə edildikdə zərərli də ola bilərlər. Torların insektisidlər vasitəsilə işlənməsindən öncə (ya da təkrar işləmədən qabaq) təlimatlar ilə yaxından tanış olmaq lazımdır.
4) Ağcaqanadlardan qorunmaq üçün nəzərdə tutulmuş torun yalnız onların altında yatanları qorumağa qadir olduğu halda evdə örtüyün qurulması bütün ailəni müdafiə edir. Səmərəli örtüyün qurulması yalnız yaxşı inşa edilmiş və saz halda saxlanılan evlərdə mümkündür. Örtük üçün müxtəlif materiallar istifadə oluna bilər (adətən bu metal və yaxud plastmasdır). Örtükdə zədələnmələrin olub olmamağını yoxlamaq və onun bərpasını aparmaq məqsədilə vaxtaşırı olaraq baxış keçirilməlidir. Ağcaqanadların yaşayış yerlərinə daxil olmasının qarşısının alınması üsullarından biri də pərdələrin istifadəsidir. Bu cür pərdələr torvari parçalardan hazırlanmalıdır. Bu cür pərdələr müntəzəm olaraq xüsusi insektisid vasitəsilə işlənməli və evdə olan bütün qapı və pəncərələrdə və eləcə də digər divar oyuqlarının qarşısını örtəcək şəkildə asılmalıdır.
5) Repellentlər (həşəratları hürküdən vasitələr). Repellentlər ağcaqanadların dəriyə yaxınlaşmasının qarşısını alan kimyəvi maddələrdir. Repellentlər sizin dərinizi onun üzərinə ağcaqanadların qonmasından qoruyur. Repellentlərin səmərəliliyi erkən axşam vaxtı istifadəsi zamanı daha çox olur (bu vaxt insanlar adətən ağcaqanadlardan qoruyan torlardan hələ istifadə etmirlər və yaxud da qorunması olmayan yerlərdə olurlar). Onların təsir müddəti bir qayda olaraq 5 + 8 saat təşkil edir, bundan sonra onlar yenidən dəriyə hopdurulmalıdır.
6) Ağcaqanadlardan qoruyan spirallar. Ağcaqanadlardan qoruyan spiralın yandırılması zamanı onun tüstüsü ağcaqanadları hürküdür. Əgər ağcaqanad tüstü cərəyanına düşərsə o hətta ölə bilər. Bu cür spirallar bahalı deyil və onların insanların evdən kənar olduqları axşam vaxtı istifadəsi çox effektiv təsir göstərir (repellentlərə bənzər olaraq).
Torların hazırlanması zamanı daha çox poliesterdən (sintetik liflər) düzəldilmiş torvarı parçadan istifadə edilir; o açıq rənglidir və özünə su çəkmir. Pambıq parçadan hazırlanmış torlar özünə çoxlu su çəkə bilər, lakin onun üçün tələb olunan insektisid vasitəsinin qatılığı poliesterlə eynidir. Polietilen (monoliflər) + çox sadə sintetik liflərdir, çox az su hopdurur. Denye ağcaqanadlardan müdafiə edən torların hazırlandığı liflərin möhkəmliyini əks etdirir. Ən möhkəmi 100 + ə bərabərdir, 70 + dən az olan hər şey adətən davamsız olub asanlıqla cırılır. Dəliklərin ölçüləri ya millimetrlərlə (mm) (1,5-dən 2 mm-ə kimi ağcaqanadlardan qoruyan torların hazırlanması üçün müvafiqdir), ya da ki bir kvadrat düymədə olan dəliklərin sayı ilə ölçülür, məsələn, 196 (14 x 14). Bəzi torlarda daha intensiv havalanmanı təmin edən daha böyük dəliklər vardır, lakin bu cür torlar yalnız insektisid ilə emal olunduqları zaman kifayət dərəcədə müdafiəni təmin edə bilərlər. Daha çox yayılmış formalar yumru (və ya konusşəkilli) və ya dördbucaq formalardır. Dördbucaq şəkilli tordan istifadə edərkən insan onunla daha az təmasda olur, buna baxmayaraq bir çoxları rahat asıla bilmə imkanına görə konusvari formaya üstünlük verirlər. Bundan əlavə pazvarı, üçbucaq formalı və çadırabənzər torlar da düzəldilə bilər. Ağcaqanadlardan qoruyan torlar istənilən rəngdə ola bilərlər, lakin daha çox ağ rəndən istifadə edilir. Hal-hazırda gündə insektisidlərin istifadəsi geniş vüsət aldığına, və torların daha az yuyulduqlarına görə tünd rənglərə daha çox üstünlük verilir. Bəzi ağcaqanadlardan müdafiə edən torların üzərində onların qoruyacaqları çarpayının metr və yaxud da futlarla ölçüləri göstərilir. Digərlərinin üzərində: kiçik, orta, böyük, tək və ya iki qatlı işarələri vardır. Toru almazdan əvvəl imkan daxilində onu baxışdan keçirin. Topdan aldığınız zaman ilk əvvəl torların nümunələrini götürüb onların istifadə ediləcəyi yerlərdə həmin torları sınaqdan keçirin.
Ağcaqanadların artımına nəzarət
redaktəMalyariya ağcaqanadları aşağıda sadalanan yerlərdə çoxala bilirlər:
- Şirin və yaxud da azca şor olan sularda, özəlliklə bu cür suların durğun və ya axın sürətinin az olması ağcaqanadlar üçün daha əlverişli şərait yaradır; ş sahilə yaxın su axını surətinin çox az olduğu açıq nohurlarda;
- Yağışların kəsilməsi nəticəsində çay yataqlarında qalan, və yaxud da su ehtiyatlarının qeyri səmərəli istifadəsi nəticəsində yaranan gölməçələrdə;
- Bataqlıqlarda, çəltik tarlalarında və su anbarlarında;
- Yaşayış yerlərinin yaxınlığında olan kiçik gölməçələrdə, nohurlarda, çalalarda, çuxurlarda, kanallarda və içərisində durğun suların olduğu arxlarda;
- İçərisi su ilə dolmuş dırnaqlı heyvanların ləpirlərində;
- Su çənində (su toplayıcılarında); və eləcə də
- Suyun toplana biləcəyi hər bir yerdə, o cümlədən su dibçəklərində, köhnə maşın şinlərinin içərisində və. s.
Yadda saxlayın ki: sizi sancan ağcaqanadlar bir qayda olaraq sizin yaşadığınız ərazidə və ya 2–3 kilometr (1.25 mil) uzaqlığında çoxalırlar. Siz və ictimaiyyətinizin digər üzvləri ağcaqanadların çoxalma tempini aşağıda təsvir edilmiş tədbirləri görərək aşağı sala bilərsiniz:
- Yaşayış yerlərinin yaxınlığındakı nohurlar, gölməçələr, çuxurlar və eləcə də heyvan ləpirləri torpaqdan, qumdan və.s istifadə edilərək doldurulmalıdır.
- İçərisində su yığılıb qala bilən tutumlu qablar ortadan götürülməlidir.
- Suçənləri (su toplayıcıları) ağcaqanadlardan qoruyan xüsusi torlar və ya qapaqlar vasitəsilə bağlanılmalıdır.
- Su hövzələrinin sahillərində olan bitkilər təmizlənməlidir, bu suyun axın sürətini tezləşdirəcək.
- Gölməçələr, su kranlarının, su xətlərinin, quyuların və çirkab su boru xətlərinin sızması nəticəsində əmələ gəlir. Bu cür əmələ gəlmiş nohurları su təchizatı sisteminin təmiri və təkmilləşdirilməsi, yaxud da onların qurudulması yolu ilə aradan qaldırmaq mümkündür.
Yadda saxlamaq lazımdır ki, malyariyanı nəzarət altında yalnız o halda saxlamaq mümkündür ki görülən işlər və həyata keçirilən tədbirlər qüvvələrin birgə səfərbər edilməsi ilə icra olunsun. İctimai həyat elə qurulmalıdır ki, ictimaiyyətin hər bir fərdi malyariyanın nəzarətdə saxlanılmasına dair tədbirlərin görülməsi zamanı öz iştirakını əsirgəməsin.
Əslinə qalsa torların əksəriyyəti heç də ideal deyildir: onlar yırtıla və ya zədələnə bilərlər. Əgər insan yuxuda vəziyyətini dəyişdirərək tora kip şəkildə söykənsə, bu təqdirdə həmin şəxs ağcaqanad tərəfindən torun arasından sancılma təhlükəsinə məruz qalmış olur. Đnsektisid hopdurulmamış tor, onun tamamilə olmamağından təbii ki faydalıdır, lakin insektisid hopdurulmuş və düzgün istifadə olunan torlar qorunmanı daha intensiv şəkildə təmin edir. Əgər uşaqlar malyariya ilə tez 7 tez qarşılaşmayırsa, onlarda bu xəstəliyə qarşı təbii immunitet yaranırmı? Hətta insektisidlə hopdurulmuş torun altında yatarkən onu ağcaqanadlar sancır. Bu bədəni qoruyucu immunitet yaratmağa vadar edir. Lakin insektisidlə hopdurulmuş torlardan istifadə edən insanlara nisbətən bu torlardan istifadə etməyən şəxslərdə immunitet daha gec müddət ərzində yaranır.
Müvafiq şəkildə tətbiq olunan, saxlanılan və eləcə də həll edilən insektisidlər insanlar üçün heç bir təhlükə kəsb etmir. Bəzi torlardan bir neçə gün ərzində spesifik qoxu gələ bilər, amma insektisidlərin düzgün konsentrasiyalarda istifadə edildiyi təqdirdə, digər heç bir mənfi təsir müşahidə olunmur. Bundan savayı, insektisidlər toyuqlar, keçilər və itlər üçün tamamilə zərərsizdir. Eyni zamanda insektisidlər balıqlar üçün təhlükəlidir, bu səbəbdən torun hopdurulmasından sonra əlavə qalan məhlul ayaqyoluya boşaldılmalıdır, onun çay və ya gölə tökülməsinə yol vermək olmaz.
ş Ticarət nişanları Đnsektisidlər müxtəlif adlar altında istehsal edilə bilər. Ən çox yayılmış insektisidlərin sırasına permetrin (Đmperator, Peripel), deltametrin (K + othrine), və lambda + cixalotrin (Icon) daxildir. Bu misallarda "trin" şəkilçisi ilə qurtaran adlar kimyəvi maddələrin III. Đnsektisid qablaşdırmalarının üzərindəki yarlıklarla bağlıadlarını, mötərizədə göstərilmiş adlar isə ticarət nişanlarını əks etdirir. ş Qatılıq Preparatın adından sonra rəqəm təsvir edilir, bu rəqəm preparatın faizlə qatılığını nümayiş etdirir. Hazırda mövcud olan preparatların müxtəlif qatılıqları vardır. Permetrinin üzərində 40:60 və ya 25:70 yarlıkları ola bilər; bu məhlul içərisində iki fərqli izomerin nisbətini əks etdirir. Bu iki məhlul arasında toksiklik və yaxud da səmərəlilik nöqteyi + nəzərdən heç bir prinsipial fərq müşahidə edilmir. ş Tərkib Preparatın adından və qatılıqdan sonra hərflər yazılır. Onlar preparatın hazırlanma qaydasını əks elətdirirlər. Məsələn: − EC: emulsiya formasına keçən konsentratı ifadə edir. Tərkibin bu növünə səciyyəvi qoxuya malik olan həlledici daxildir (insektisid qoxuya malik olmur). Həlledici qıcıqlanma törədə bilər. − EW: sulu emulsiyanı ifadə edir − SC: suspenziya konsentratını ifadə edir. − CS: kapsul şəkilli suspenziya konsentratını ifadə edir + həm insektisid həm də həlledici su mühitində saxlanılır. − WP: nəmləndirilən tozu ifadə edir + bir qayda olaraq torun hopturulması üçün məsləhət edilmir. (Qeyd: EW, SC və CS tərkibləri əsasən sudan hazırlanır, bu səbəbdən də hazırlanma zamanı üzvi həlledicilərin dərəcəsi azlıq təşkil edir, bununla da bu tərkiblərin istifadəsi daha rahatdır. Permetrin üçün su əsasında hazırlanmış məhlullar mövcud deyildir.) ş Ehtiyat tədbirləri və istifadəyə dair təlimatlar Đnsektisidlər qeyri düzgün istifadə edilərkən təhlükəli ola bilərlər. Đstifadəyə dair təlimatlar hər zaman oxunulmalı və saxlanmalarına dair tövsiyələrə riayət olunmalıdır. ş Miqdar Đnsektisidlər müxtəlif ölçülü qablarda alına bilər. Onların topdan alınması daha ucuz olsa da, bir + beş litr arası qablar istifadədə daha rahatdır. Məişət istifadəsi üçün fərdi dozalara olan tələbat gəldikcə artmaqdadır. ş Đstifadə müddəti Đnsektisidi sifariş edərkən onun saxlanma müddətini öyrənin. Preparatın çatdırılması çoxlu vaxt apara bilər. Siz isə ola bilsin ki həmin insektisidləri sonralar bir neçə il ərzində istifadə etməli olacaqsınız. ş Đctimai səhiyyədə istifadəsi Eyni insektisiddən həm ictimai səhiyyənin ehtiyaclarının ödənilməsində, həm də kənd təsərrüfatında istifadə etmək olar. Sifarişinizin və sifariş qəbulunuzun doğru olduğuna dair əminlik əldə edin, çünki kənd təsərrüfatında tətbiq olunan həlledicilər ağcaqanadlardan qoruyan torların hopdurulması üçün yararsız ola bilərlər. 1. Torun sahəsini kvadrat metrlərlə hesablayın. Hər zaman metrik sistemdən istifadə edin: santimetr (sm), metr (m), millimetr (mm) millilitr (ml) və litr (l). Bütün torlar quru və təmiz olmalıdır. ş Konusvari torlar üçün a. Toru üfüqi şəkildə qoyun. b. Əyilmiş əsası ölçün. c. Hündürlüyü ölçün. d. Əsası hündürlüyə vurun = torun sahəsi. ş Dördbucaq tor üçün a. Toru asılı vəziyyətə salın. b. Enin uzununa vurulması yolu ilə torun üst hissəsinin sahəsini ölçün. c. Hündürlüyü tor əsasının uzunluğuna vurmaqla yanların sahəsini təyin edin IV. Ağcaqanadlardan müdafiə edən torlar insektisid vasitəsilə nə cür emal edilməlidir
hündürlük əsasd. Torun ümumi sahəsinin tapılması üçün iki ölçünü üst + üstə gəlin. 2. Tora hopması tələb olunan suyun həcmini millilitr və ya litrlərlə hesablayın. Vedrədən və ya ölçü qabından istifadə edərək vedrənin içərisinə iki litr su tökün. Toru tamamilə yaş olana qədər vedrənin içərisinə batırın. Toru vedrənin üzərində yaxşıca sıxın. Torun üzərindəki maye bütövlüklə süzüldükdən sonra vedrədə qalmış suyun miqdarını ölçün Məsələn: vedrədəki suyun ilkin miqdarı: 2.0 litr vedrədə qalmış suyun miqdarı çıxılır: + 1.3 litr tor tərəfindən hopdurulmuş miqdar: 0.7 litr (700 ml) 3. Tələb olunan insektisidin miqdarını hesablayın. a. Đnsektisidin tövsiyə edilən dozalara bölünməsi ilə tanış olun. Qüşənin üzərində yazılmış təlimatları oxuyun, ya da aşağıda göstərilmiş cədvəldən istifadə edin. Geniş istifadə olunan insektisidlərin dozaları (torun bir kvadrat metrinə hopdurulacaq insektisidin mq ilə miqdarı) Adı və tərkibi Doza (mq / m 2) Permetrin EC 200 + 500 Deltametrin SC 15 + 25 Lambda + sixalotrin CS 20 Siflutrin (su emulsiyada yağ) EW 30 + 50 Etofenproks EC 200 Alfa + sipermetrin WP 20 üst uzunluq en əsas hündürlükb. Đnsektisidin qatılığı ilə tanış olun. O, insektisidin adından və onun tərkibindən sonra göstərilir. Məsələn, permetrin EC 50 + bu, preparatın qatılığı 50 + yə bərabər olan emulsiya halını alan konsentrat formalı permetrindir. Qatılıq faizlə göstərilir. Əlli faizli qatılıq (və ya 50% məhlul) məhlulun hər litrində 500 qram insektisidin olmasını göstərir. 4. Tələb olunan insektisidin miqdarının hesablanması üçün aşağıda göstərilmiş düsturdan istifadə etmək olar: Doza (mq / m 2 ) x Torun sahəsi (m 2 ) / Đnsektisidin qatılığı (q / l) Məsələn, əgər: ş Siz permetrin 50 + dən istifadə edirsinizsə, ş Tövsiyə edilən doza + 200 mq / m 2 , və ş Torun sahəsi 11m 2 bərabərdirsə: 200 mq / m 2
X 11 m 2 vurma əməliyyatı insektisidin sizə lazım olan milliqramların sayını göstərir: 2200 mq. Sizin tərəfinizdən istifadə olunan insektisidin qatılığı 50%, yəni bir litr məhlula 500 qram insektisid düşməlidir. 2200 milliqram əldə etmək üçün (2,2 q), sizə aşağıda göstərilənə müvafiq hesablanan insektisidin 4.4 ml lazım olacaq: 200 mq / m 2×11 m 2
= 2200 mq (2,2 q)
2,2 q 500 q / litrə böldükdə = 0,0044 litr (4.4 ml) insektisid alınır Əgər siz əlinizdəki torun öz canına 0,7 litr (700 ml) suyun çəkməsini müəyyən etmişsinizsə, bu təqdirdə son məhlulun əldə edilməsi məqsədilə insektisidin verilmiş qatılığını əlavə edin. Əgər insektisid hopturula torların sayı artıqdırsa (yuxarıda göstərilmiş misalı istifadə edərək) miqdarları aşağıdakı kimi vurun: Torların sayı Đnsektisid (ml) Su (litrlər) 1 4,4 0,7 10 44,0 7,0 20 88,0 14,0 5. Đnsektisid və suyun lazımi miqdarını ölçməklə təyin edin. Kulinariyada piyin saxlanılması üçün istifadə olunan qablara bənzər geniş ağızlı qablar (1 kq = təxminən 1 litr) suyun böyük həcmlərinin ölçülməsi üçün daha müvafiqdir. Đnsektisidin miqdarını daxili səthi 50 ml intervallarında nişanlanmış 205 qramlıq boş qabların istifadəsi ilə təyin etmək olar. Đnsektisidin tələb olunan miqdarının götürülməsi məqsədilə şprisdən də istifadə edilə bilər. Đnsektisid şprisin üzərindəki xətləri əridə biləcəyi üçün şprisin çöl tərəfi bıçaq ilə işarələnməlidir. Qoruyucu əlcəklərin geyilməsi tövsiyə olunur.
6. Đnsektisidi suya əlavə edib yaxşıca qatışdırın. Torun hopturulması evin xaricində və yaxud da havası dəyişdirilən otaqda həyata keçirilməlidir. Bir neçə ədəd torun ayrı+ayrılıqda hopturulması zamanı siz onlardan hər birini məişətdə istifadə olunan kisələrə qoyub, üzərindən insektisid və su məhlulunu əlavə edib, onu yaxşıca əzdikdən sonra onu sahibinə qaytara bilərsiniz və bu cür etdikdə həmin şəxs toru evinə kisənin içərisində apara bilər. 7. Toru yaxşıca preparatla hopması üçün məhlulun içərisinə tamamilə batırın. Məhlulun bərabər şəkildə yayıldığına dair əminlik əldə etmək üçün toru bir neçə dəqiqə ərzində əlinizlə əzərək saxlayın. 8. Toru qabın üzərinə tutaraq sıxın, və onun üzərindən damcıların düşməsi qurtarana kimi asılı vəziyyətdə saxlayın. 9. Toru qurudun. Onu çarpayı və yaxud da yataq dəstləri üzərinə qoymaqla (bitlərin məhvinə səbəb olur) və eləcə də otaqdan çöldə qurutmaq olar. Onu bir neçə saatdan daha artıq birbaşa günəş şüalarının altına qoymayın. 10. Əllərinizi və bütün istifadə edilmiş ləvazimatları sabun və su ilə yuyun. 11. Artıq istifadəsi bitmiş insektisidi ayaqyoluya boşaldınız, onu çaya və yaxud da nohura atmaq OLMAZ. Həyati əhəmiyyətli faktlar: Malyariya haqda hər bir ailə və eləcə də hər bir cəmiyyət nələri bilməlidir Malyariya xəstəliyi anofeles ağcaqanadının sancması ilə yayılan ağır transmissiv xəstəlikdir. Bütün dünyada il ərzində qeyd olunan malyariya xəstəliyinə yoluxma hallarının sayı 300 + 500 milyona çatır, və təxminən 1 milyona qədər uşaq bu xəstəlikdən vəfat edir. Malyariyanın geniş yayıldığı regionlarda, o azyaşlı uşaqlar arasında ölüm hallarının və eləcə də inkişafın ləngiməsinin baş verməsinin başlıca səbəbi ola bilər. Bundan savayı malyariya hamilə qadınlar üçün xüsusi təhlükə kəsb edir. O, anemiyanın ağır formasının ortaya çıxmasının, uşaq salmanın, ölü dölün doğulmasının, təzə doğulmuş körpələrdə çəkinin qeyri kafi olmasının və eləcədə doğum zamanı qadınlar arasında ölüm hallarının baş verməsinin səbəbidir. Malyariyanın profilaktikası və onun ilkin müalicəsi bir çox həyatı xilas edə bilər. Önəmli faktlar: 1. Malyariya xəstəliyi anofelos ağcaqanadının sancması nəticəsində ötürülür. Ağcaqanad sancmasından ən yaxşı müdafiə üsulu, yatarkən tövsiyə edilmiş insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi tordan (miçətkəndan) istifadə etməkdir. 2. Malyariya xəstəliyinin yayıldığı yerlərdə uşaqlar həmin xəstəliyə yoluxma riskinə məruz qalır. Qızdırmadan əziyyət çəkən uşaq dərhal təcrübəli tibb işçisi tərəfindən müayinə edilməli və tez bir zaman ərzində müvafiq müalicə kursu keçməlidir. 3. Malyariya hamilə qadınlar üçün həddən artıq təhlükəlidir. Malyariya xəstəliyinin yayıldığı ərazilərdə qadınlar tibb işçisi tərəfindən tövsiyə olunmuş malyariyaya qarşı olan həbləri qəbul etməklə malyariyanın qarşısını ala bilərlər. 4. Malyariyadan əziyyət çəkən uşaqlara və eləcə də müalicə keçən şəxslərə bol qida və su vermək tələb olunur. 5. Ailələr və ictimaiyyət ağcaqanadların çoxalmasına maneçilik edərək malyariyanın qarşısını ala bilərlər. Əlavə məlumat 1. Malyariya xəstəliyi anofelos ağcaqanadının sancması nəticəsində ötürülür. Ağcaqanad sancmasından ən yaxşı müdafiə üsulu yatarkən tövsiyə edilmiş insektisid hopturulmuş ağcaqanadlardan qoruyan xüsusi tordan istifadə etməkdir. Đctimaiyyətin bütün üzvləri ağcaqanad sancmasından müdafiə olunmalıdırlar, kiçik yaşlı uşaqlar və eləcə də hamilə qadınlar üçün bu cür müdafiə daha böyük əhəmiyyət kəsb edir, və o ağcaqanadların xüsusilə aktiv olduqları günəşin batması və günün çıxması arasındakı zaman müddətində daha səmərəli təmin olunmalıdır. Tövsiyə edilən insektisidlər hopturulmuş ağcaqanadlardan qoruyan torlar, pərdələr və eləcə də həsirlər onların üzərinə qonan ağcaqanadları məhv edir. Daimi olaraq insektisidlə hopturulmuş pərdə, tor və həsirlərdən istifadə etmək tövsiyə olunur. Adətən torların təkrar hopturulması yağışların başlanması ilə, altı aydan bir, eləcə də hər üçüncü yuyulmadan sonra aparılmalıdır. Təcrübəli tibb işçiləri sizə təhlükəsiz insektisidlər və eləcə də onların təkrar hopdurulması qrafiki haqda dolğun məlumat təqdim edə bilərlər. Körpələr və azyaşlı uşaqlar insektisidlə emal olunmuş ağcaqanadlardan qoruyan xüsusi torlar altında yatmalıdırlar. Bu cür torların bahalı olduqları təqdirdə ailə ən azından bir böyük tor əldə etməlidir, və ailədə olan bütün azyaşlı uşaqlar onun altında yata bilərlər. Südəmər körpələr torların altında öz anaları ilə birgə yatmalıdır. Üzərinə insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi torlardan il boyu, hətta ağcaqanadların nisbətən az olduqları dövrlərdə belə istifadə olunmalıdır. Ağcaqanadlardan qoruyan xüsusi torların olmadığı təqdirdə köməyinizə digər tədbirin görülməsi gələ bilər:
- Pəncərə və qapılardan üzərinə tövsiyə olunmuş insektisid
hopdurulmuş pərdə, parça və yaxud da həsirləri asmaq olar
- Pəncərə və qapıların üzərindən şirmalar salına bilər
- Ağcaqanadlara qarşı spirallardan və yaxud da digər
fumiqantlardan istifadə etmək olar
- Qaranlıq düşdükdə əl və ayaqları örtən paltarlar geyilə bilər
(uzun qollu köynəklər və uzun ətəkli şalvar və ya yubkalar). Uşaqlar və eləcə də hamilə qadınlar üçün bu xüsusi əhəmiyyət kəsb edir. 2. Malyariyanın geniş yayıldığı ərazilərdə uşaqlar yoluxma təhlükəsinə məruz qalırlar. Qızdırmadan əziyyət çəkən uşaq dərhal tibb işçisi tərəfindən müayinə edilməli, və ona tez bir zaman ərzində malyariya xəstəliyinə qarşı müvafiq müalicə təyin edilməlidir. Ailə üzvləri arasında, və özəlliklə azyaşlı uşaqlarda qidadan imtina, qusma, süstlük və yaxud da ürpəşmələr müşahidə olunduğu təqdirdə, malyariya xəstəliyi təxmin oluna bilər. Malyariya tərəfindən törədilməsi güman olunan qızdırmadan əziyyət çəkən uşaqlar dərhal tibb işçisi tərəfindən tövsiyə edilmiş malyariya müalicəsindən keçməlidir. Malyariya qızdırması olan uşaqlar gün ərzində müalicə olunmadıqları təqdirdə bu cür hallar ölüm ilə nəticələnə bilər. Tibb işçisi xəstələnmiş şəxslərə müalicənin optimal üsulu və eləcə də onun davamiyyəti haqqında məsləhət verməlidir. Qızdırmanın tez bir zamanda keçib getməsinə baxmayaraq malyariya xəstəliyindən əziyyət çəkən uşaq tam müalicə kursu keçməlidir. Bu cür müalicənin tamamlanmadığı təqdirdə, malyariya xəstəliyi daha ağır forma ala bilər və sonradan onun müalicəsi həddən artıq çətin olacaqdır. Əgər müalicədən sonra malyariya simptomları yenə də ortaya çıxarsa, uşaq tibbi yardımın göstərilməsi üzrə poliklinikaya və ya xəstəxanaya götürülməlidir. Problemin səbəbi aşağıdakılardan biri ola bilər:
- Uşaq kifayət miqdarda dərman vasitələrini qəbul etmir
- Uşaqda malyariyadan fərqlənən digər xəstəlik vardır
- Malyariya dərman vasitəsinin təsirinə dözümlüdür və digər
dərman vasitəsinin istifadə edilməsi zəruridir. Qızdırmadan əziyyət çəkən uşaqlar xəstəliyin keçməsinə kimi soyudulmalıdırlar:
- Süngər vasitəsilə sürtmə və yaxud da ilıq (soyuq olmayan)
suda çimizdirmə
- Uşaq qalın geyindirilməməli və yaxud da onun üstü yalnız bir
yorğan ilə örtülməlidir. 3. Malyariya hamilə qadınlar üçün həddən artıq təhlükəlidir. Malyariya xəstəliyin geniş vüsət aldığı bölgələrdə hamilə qadınlar tibb işçisinin tövsiyə etdiyi malyariyaya qarşı həbləri qəbul etməklə onun qarşısını ala bilərlər. Hamilə qadınlar digər qadınlara nisbətən daha çox malyariya təhlükəsinə məruz qalırlar. Bu xəstəlik hamiləlik dövrü üçün böyük təhlükə kəsb edir, ilk hamiləlik dövründə bu təhlükə daha ciddi xarakter daşıyır. O, anemiyanın ("qanın azalması") ağır formasının ortaya çıxmasının, uşaq salmanın, ölü dölün doğulmasının, və ya vaxtından əvvəl doğumun baş verməsinin səbəbi ola bilər. Hamiləlik dövrü ərzində malyariya xəstəliyindən əziyyət çəkmiş anaların körpələri adətən qeyri kafi bədən kütləsinə malik olurlar və bu səbəbdən də həyatlarının ilk ili ərzində infeksiyalara və ölümə daha çox məruz qalırlar. Həkimin məsləhətinə müvafiq olaraq hamilə qadınlar hamiləlik dövrü ərzində malyariyaya qarşı həblərdən istifadə etməlidirlər. Hamiləlik dövrü ərzində bütün həblərin qəbulu da öz növbəsində təhlükəsiz deyil. Tibbi + sanitar işçisi hansı növ dərman vasitələrinin daha optimal olmasına dair məsləhət verməlidir. Ağcaqanad sancmasının qarşısının alınması məqsədilə hamilə qadınlar vaxtaşırı olaraq üzərinə insektisid hopdurulan ağcaqanad+ lardan qoruyan xüsusi torlar altında yatmalıdırlar. Ölüm hallarının qarşısının alınması məqsədilə malyariya əlamətləri və simptomları olan hamilə qadınlar lazımi və təxirəsalınmaz müalicə olunmalıdırlar. Malyariya ilə xəstələnmiş hamilə qadınlar həkimdən dəmirin və A vitamininin əlavə şəklində verilməsini sorğu etməlidirlər. 4. Malyariyadan əziyyət çəkən uşaqlara və eləcə də müalicə keçən şəxslərə bol qida və su vermək tələb olunur. Malyariya enerji sərfi ilə müşayiət edilir, və uşağın orqanizmindən tər ilə birlikdə böyük həcmdə maye xaric olunaraq itirilir. Su itkisi və eləcədə qida çatışmazlığın qarşısının alınması məqsədilə uşağa vaxtaşırı olaraq su və yemək təklif etmək lazımdır. Körpənin vaxtaşırı olaraq əmizdirilməsi su itkisinin qarşısını alır və uşağa infeksiyalar və o cümlədən malyariya ilə mübarizə etməyə kömək edir. Malyariyadan əziyyət çəkən uşaqları mümkün qədər tez əmizdirmək lazımdır. Malyariya ilə xəstələnmə halları tez+tez baş verdikdə bu uşaqların böyüməsini ləng edir və beyin inkişafına maneçilik törədir, eləcə də əksər hallarda anemiyanın yaranmasına səbəb olur. Bir neçə dəfə malyariya ilə xəstələnmiş uşağı anemiyanın olub olmamağının yoxlanılması məqsədilə müayinədən keçirmək tələb olunur. 5. Ailələr və ictimaiyyət ağcaqanadların çoxalmasına maneçilik edərək malyariyanın qarşısını ala bilərlər. Ağcaqanadlar durğun suyun mövcud olduğu yerlərdə + məsələn gölməçələrdə, nohurlarda, bataqlıqlarda, çalalarda, arxlarda və eləcə də yaş otluqlarda və kolluqlarda çoxalırlar. Bundan savayı onlar çaylar boyu və eləcə də içərisində su olan qabların, rezervuarların içərisində və həmçinin çəltik tarlalarında çoxala bilərlər. Ağcaqanadların sayı aşağıdakı üsullarla azaldıla bilər:
- Su yığılmış ərazilərin qurudulması və ya doldurulması
- Su çənlərinin və qablarının qapaqlarla örtülməsi
- Evlərin ətrafındakı ərazilərin kolluqlardan təmizlənməsi
Malyariya bütün ictimaiyyətə təsir göstərir. Ağcaqanadların çoxala biləcəkləri yerlərinin azaldılması və eləcə də ağcaqanadlardan qoruyan torların insektisidlərlə hopturulması məqsədilə hər kəs birgə şəkildə səy göstərməlidir. Đctimaiyyət malyariyanın qarşısının alınması və onun nəzarətdə saxlanılması ilə əlaqədar yardımın əldə edilməsi istiqamətində bütün səhiyyə işçilərini və siyasi liderləri kömək göstərməyə dəvət etməlidir.
Mənbə
redaktə- ↑ 1 2 Disease Ontology (ing.). 2016.