Makaley Kalkin
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümünə çəkilmişdir. Makaleyin aktyor olan iki qardaşı var: Kiran və Rori.
Makaley Karson Kalkin | |
---|---|
ing. Macaulay Carson Culkin | |
| |
Doğum adı | Macaulay Carson Culkin |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Reyçel Mayner (1998-2002) |
Partnyorları |
|
Atası | Kit Kalkin |
Anası | Patrisiya Bantrap |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1985-1994, 2000, 2003-indiyədək |
Təhsili |
|
Boyu | 168 sm |
IMDb | ID0000346 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib.[5] Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub.[6][7] Bir müddət sonra oğlunun meneceri kimi çalışıb. Ailədə 2 bacı, 4 qardaş olublar. Bir bacısı 2008-ci ildə Los-Ancelesdə baş verən avtoqəza nəticəsində dünyasını dəyişib. Qardaşı Kiran Kalkin Makaley ilə birlikdə "Evdə tək" (1990) və "Evdə tək: Nyu-York sərgüzəştləri" (1992) filmində çəkilib.
Kiçik teatr səhnəsindən başlayan uğur
redaktəKalkin balacalıqdan çox enerjili və dəcəl olub. Valideynləri onun ərköyünlüyündən artıq bezmişdilər. Teatra xüsusi həvəs göstərən Kalkin ifa etdiyi rollarla tamaşaçıların yadında qalmağa çalışırdı. Bunun üçün əlindən gələni edirdi – gah ucadan qışqırır, gah da hoppanıb-düşürdü.
Makaley teatr səhnəsinə ilk dəfə 4 yaşında çıxır. Çox keçmir ki, balaca aktyor məşhur şirkətlərin simasına çevrilir. Dəvət aldığı filmlərin sınaq çəkilişlərinin birində o, prodüser, rejissor və ssenarist Con Hyusla tanış olur. Həmin ərəfədə məşhur rejissor "Evdə tək" kinokomediyasının ssenarisini tamamlamaq üzrə idi. Makaleyi görən Con başa düşür ki, ondan başqa heç kim "Kevin Makkalister" ola bilməz.
Beləliklə, Makaleyin kino tarixində ulduzu parlamağa başlayır. 1990-cı ildə "Evdə tək"in mavi ekranlarda premyerası ilə film milyonlar qazanır. Film yarım il ərzində Amerika kinoprokatında təxminən 300 milyon, dünyada isə 200 milyon dollar gəlir gətirərək böyük ajiotaja səbəb olur. Makaley müxtəlif nominasiyalar üzrə qalib gəlir. Bir müddət sonra filmin ikinci hissəsi "Evdə tək 2: Nyu-York sərgüzəştləri"nin çəkilməsi və ekranlara çıxması ilə Makaleyin şöhrəti daha da artır. Filmin gəliri 170 milyon dollar olaraq ən çox gəlir gətirən kinoların siyahısına düşür.
Üzə çıxan problemlər
redaktəMakaleyin uğur qazanması, ağlagəlməz qonorarlar əldə etməsi atasının başını "gicəlləndirdi". Kit Kalkin oğlunun prodüseri və meneceri kimi fəaliyyət göstərməyə başladı. Artıq oğluna təklif olunan ssenarilərə ata başqa prizmadan yanaşmağa başladı və rejissorlara konkret şərtlər irəli sürdü. İlk növbədə balaca Kalkinə yazılan ssenarilərdə onun digər bacı və qardaşları da rol almalı idilər. Bununla aktyora verilən qonorarın məbləği də artırdı. Yalnız pulu düşünən ata oğlunun sənətinin keyfiyyətinə heç önəm vermirdi. Balaca aktyor isə artıq ifa etdiyi rollar ilə əvvəlki sevgini qazana bilmirdi. Digər tərəfdən isə ailə problemləri.
1995-ci ildə Makaleyin anası atasından ayrıldı. Səbəbi isə həyat yoldaşının oğlunun karyerasına xələl gətirməsi idi. Amma artıq iş-işdən keçmişdi: heç bir kinokompaniya "Evdə tək"in məşhur qəhrəmanı ilə işləmək istəmirdi. Makaleyin kinoya qayıdışı 5 illik fasilədən sonra – 2003-cü ildə baş verdi. Bu dəfə Kalkin "Gecə divi" filmində narkoman, cinayətkar və homoseksualist kimi ekranlara gəldi.
Maraqlı faktlar
redaktə- Kalkin öz istəyi ilə Maykl Ceksonun uşaqları zorlama ittihamında məhkəmədə çıxış edib. O, Maykla qarşı bütün ittihamları inkar edərək aralarındakı münasibətləri yalnız dostluq kimi dəyərləndirib. Həm də, Kalkin 1991-ci ildə Maykl Ceksonun Black Or White sinqılında da rol almışdır.
- Aktrisa Bonni Bedelya onun bibisidir.
- Makaley Kalkin və Elizabet Teylor Maykl Ceksonun uşaqlarının xaç valideynləridirlər.
- O, "Titanik" filmində Cek Douson rolunu ifa edə bilərdi.
- Narkotikdən istifadə etdiyi üçün dəfələrlə cərimə və həbs olunub.
- Ginnesin rekordlar kitabına ən çox qonorar alan gənc aktyor kimi düşüb.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 https://archive.is/20120914/http://www.foxnews.com/story/0,2933,60843,00.html.
- ↑ 1 2 https://www.cnn.com/2018/03/21/entertainment/macaulay-culkin-anna-faris-podcast/.
- ↑ 1 2 http://www.imdb.com/media/nm0000346/videogallery.
- ↑ 1 2 http://www.imdb.com/year/nm0000346/videogallery.
- ↑ Neal, Rome. "Macaulay Culkin's 'Saved!'". CBS News. June 4, 2004. October 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2010.
- ↑ Purgavie, Dermot. "The Father from Hell?". The Daily Telegraph. November 9, 1996. 23–24, 26. April 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2023 – Newspapers.com vasitəsilə.
- ↑ Abramovitch, Seth. "Martinis and Red Meat With Kieran Culkin: The 'Succession' Star on Childhood, Co-Stars and Fame". The Hollywood Reporter. October 6, 2021. February 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2022.
Xarici keçidlər
redaktə- Makaley Kalkin — IMDb səhifəsi
- BBC News report on drug charges
- Oklahoma Court case file report
- Oklahoma police report file at thesmokinggun.com