Klod Adrian Helvetsi

Klod Adrian Helvetsi (26 yanvar 1715[1][2][…]26 dekabr 1771[1][3][…], Paris) — Fransa filosofu.

Klod Adrian Helvetsi
fr. Claude-Adrien Helvétius
Doğum tarixi 26 yanvar 1715(1715-01-26)[1][2][…]
Vəfat tarixi 26 dekabr 1771(1771-12-26)[1][3][…] (56 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Rox kilsəsi[d]
İstiqaməti ateizm
Əsas maraqları fəlsəfə
Təsirlənib Yremiya Bentam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəlsəfəsi

redaktə

O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir.

Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik).

Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar. Bununla yanaşı, Helvetsi hər şeyi xalisliyi ilə mexanikləşdirmir. Lakin o, insanın hərəkətinin onun anladığı və can atdığı əsas fikirlərlə izah olunmasını tələb edən müstəqil rasionallıq ideyası ilə də razılaşmır. Helvetsiyə görə, insan sadə bir prinsiplə hərəkət edir ki, buna da uyğun olaraq, fəaliyyət seçimi ona daha çox şəxsi məmnunluq əldə etməyə imkan verən vasitələrin tapılmasına əsaslanır. Beləliklə, Helvetsi məqsədli mativasiya nəzəriyyəsinə (purposive) sadiqdir.

O, təcrübəyə əsaslanmamış biliyin varlığını inkar edir. Bu mənada, o, empiristdir. Bu isə, Helvetsinin normativ məsələlərə epistemoloji bəraət qazandırılmasınin mümkünlüyü ilə razılaşmaması təsəvvürünü yaradır (Uyğun olaraq, həqiqi hüquq konsepsiyası da inkar edilməlidir. Aşkar formada onun inkarı Hyum tərəfindən empirisizm əsasında yerinə yetirilmişdir).

Normativ ölçünün əvəzinə, konpensasiya kimi Helvetsi insanların həzz axtarmaq və əzabdan qaçmaq fəaliyyətinin yaxşı olduğunu göstərən nəzəriyyəni inkişaf etdirdi. Lakin bu sonuncunu təsdiq etmək üçün bir epistemoloji empirist kimi Helvetsinin heç bir əsası yox idi. Ona görə də, o, tam hüquqla təsdiq edə bilmirdi ki, nəyinsə "yaxşı" olduğu, yəni nəyinsə ümumi qəbul edilmiş normativ olduğu ona məlumdur.

Maarifçilik dövrünün bir nümayəndəsi kimi, Helvetsi fikirləşirdi ki, insanları onların şəxsi maraqları üzərində maarifləndirmək lazımdır. İnsanlar biləndə ki, onları nə həzzə, nə də əzaba aparır, onlar yalnız birincini seçəcəklər. Bizim "yaxşı" adlandırdığımız şey elə həzzdir. Hər kəs yaxşı olanı axtardıqda nəticə də hər kəs üçün yaxşı olacaq.

Şəxsi və ümumi marağın qarşılıqlı əlaqə harmoniyası ideyası liberalist utilitariantlar üçün mühüm idi. Cəmiyyətin məqsədinin maksimal böyük insan kütləsi üçün daha böyük xoşbəxtlik əldə etmək prinsipindən çıxış edərək, onlar şəxsi təşəbbüsün lehinə yönəlmiş siyasi reformaları müdafiə edə bilərdilər. Çünki bu ideyaya uyğun olaraq, fərdi firavanlığın maksimallaşması avtomatik olaraq, daha böyük universal rifaha gətirib çıxarardı. Bütün bunlardan başqa, bu prinsipə dayanaraq, Helvetsi səkkiz saatlıq iş günü tələbini irəli sürdü. Bununla bərabər, o, liberalist siyasətin əsil müdafiəçisi deyildi.

Görürük ki, bizim anlayışlardan istifadə etməklə, Helvetsini liberalist adlandıra bilərik, çünki onun üçün ilkin anlayış fərddir. Lakin bununla bərabər, Helvetsidə fərdin maksimal həzz anlayışı həm Hobbs, həm də Lokk üçün səciyyəvi olan özünüqoruma anlayışından daha vacibdir. Helvetsi faydalılıq fəlsəfəsinin nümayəndəsi olaraq utilitaristdir. Buna uyğun olaraq, fəaliyyətin düzgün və ya səhv olması məsələsi ona əsaslanır ki, bu, faydalı və yaxud zərərli nəticələrə aparır (fəaliyyət həyata keçdikdə fərd məmnunluqmu, yoxsa əzabmı qazanır).

Helvetsi nəzəriyyəsini iqtisadi liberalizmin psixoloji variantı kimi, daha dəqiqliklə nəzərdən keçirək. Sxematik olaraq, onu aşağıdakı kimi izah etmək olar:

  • Psixoloji tezis: hər bir fərd faktiki olaraq, özünün firavanlığını maksimallaşdırmağa çalışır.
  • Etik tezis: fərdin belə davranışı yaxşıdır.
  • Sosioloji tezis: hər bir fərd öz firavanlığını maksimallaşdırmağa çalışdıqda, biz mümkün olan ümumi rifahın daha yüksək səviyyəsinə keçirik.
  • Etik tezis: bu hal yaxşı hesab edilir.

Belə kobud izahatda bütün tezislər problemli olur.

Birinci tezis ya empiirk yalan, ya da mənasız olur. Əgər anlayışları düzgün istifadə etsək, asanlıqla təyin edə bilərik ki, heç olmasa müəyyən fərdlər mövcuddur ki, onlar vaxtaşırı olaraq, xüsusi həzzlərini maksimallaşdırmaq üçün düzgün hərəkət etmirlər. Məsələn, buddist monarx özünü yandırmaqla könüllü olaraq, yaşamaqdan məhrum olur. Deməli, baxılan tezis buddist monarxa münasibətdə empirik olaraq yalandır. Əgər biz belə bir anlayışdan istifadə etsək ki, "fəaliyyət göstərmək" "həzzə can atmaqdır", onda empirik əksarqumentin mənası olmayacaqdır.

Bu tərifə uyğun olaraq, siyasi nümayişdə özünü yandıran buddist monarx belə "həzzdən" çıxış edir. Lakin belə tərif birinci tezisi "A=A" tavtologiyası şəklinə salır ki, bunu da heç bir empirik arqument inkar etmək iqtidarında deyildir. Nəticədə, birinci tezis mənasızlaşır: o, heç bir şey haqqında heç nəyi sübut etmir. Bu zaman, adi "həzz" anlayışından daha mükəmməli istifadə olunur.

İkinci tezis normativdir və empirizmə uyğun olaraq, heç bir epistemoloji əhəmiyyətə malik deyildir. Liberalistlər radikal epistemoloji empirist olduqları ölçüdə bu tezisi qiymətləndirməkdə (həqiqət kimi) hüquqsuzdurlar.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Claude-Adrien Helvetius // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Claude Adrien Helvetius. 2009.