İkinci Dünya müharibəsi
İkinci Dünya müharibəsi və ya İkinci Cahan savaşı — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki baş verən hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.
İkinci Dünya müharibəsi | |||
---|---|---|---|
Tarix |
1 sentyabr 1939 — 2 sentyabr 1945 (6 il, 1 gün) |
||
Yeri | Avropa, Sakit okean, Atlantika, Hind okeanı, Cənubi-Şimali Asiya, Çin, Yaponiya, Orta Şərq, Cənubi Afrika, Şərqi Afrika, Mərkəzi Afrika, Avstraliya, Şimali və Cənubi Amerika | ||
Səbəbi | Alman revanşizmi, italyan faşizmi, yapon şovinizmi | ||
Nəticəsi |
Antihitler koalisiyasının qələbəsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.
2 sentyabr 1945-ci ildə sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.
Bu müharibə dünya siyasətinin və beynəlxalq hüququn dönüş nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması və müharibə əleyhinə beynəlxalq mexanizmlər meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı qərb ölkələrinin başında, SSRİ isə sosialist ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.
Müharibə 1945-ci ildə Antihitler koalisiyasının qələbəsi ilə başa çatdı və beləliklə də, dünya siyasi xəritəsi dəyişikliyə məruz qaldı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar üçün zəmin formalaşdı.
Müharibənin başlanması və səbəbləri
redaktə1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. 1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danziq limanında olan Alman müharibə gəmisi Schleswig-Holstein Polşaya aid Westerplatte adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, İkinci Dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində Alman bombardman təyyarələri, Breslau'nun 100 km şərqindəki Wielun qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona Keçidini işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci Dünya müharibəsi başlandı. Sentyabrın 3–10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.
İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri:
- Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması;
- Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi;
- Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları;
- Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri;
- İri dövlətlərin, o cümlədən ABŞ-nin "qarışmamaq" mövqeyi tutmaları;
- ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri;
- Sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri;
- SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması;
- 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i.a.
Müharibənin gedişatı
redaktəİkinci Dünya müharibəsi kifayət qədər sərt başladı. Almanlar Qərbi Polşanı viran qoydular. Sazişə uyğun olaraq ruslar Polşanın şərq yarısını işğal etdilər. Ruslar həmçinin 1940-cı ildə Estoniya, Latviya və Litvanı da işğal etdilər, sonrakı ildə onlar sovetləşməyə məruz qaldılar və SSRİ-nin respublikalarının üzvlüyünə daxil oldular. Finlandiya SSRİ-yə qarşı müqavimət göstərdi, SSRİ 1939–1940-cı illərin qışında Finlandiya ilə qısa müharibə apardı. Bu vaxt Qərbdə hamı aldadıcı şəkildə sakit idi. Almaniya Fransaya tərəf qoşunlarını yönəldəndə fransızlar özlərinin Majino xəttinin arxasında yerləşmişdilər. Britaniya az sayda qoşuna malik idi. Almanlar hərəkət etmirdilər. Bu "Qəribə müharibə" adlanırdı. İki böyük Avropa ölkəsi hələ də özlərinin sülh dövründəki baxışlarından əl çəkmirdi. Belə qəribə qış ərzində almanlar öz qüvvələrinin xüsusi təlim-məşqdən keçirdilər, onların yazdakı niyyətləri tam aydın idi.
1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveçi, Danimarkanı və Niderlandı işğal etdilər və Belçikaya hücuma başladılar. Almanların zirehli diviziyalarının və adamların başı üzərində uğuldayan bombalarının qarşısında heç nə dayana bilmirdi. Polşada istifadə edilsə də, bu taktikalar fransızları və britaniyalıları heyrətə gətirmişdi. 1940-cı ilin mayında Fransa kampaniyasına başlayan Üçüncü Reyx cəmi 6 həftəyə Fransanı işğal etdi. Parisin özü 1940-cı ilin 13 iyununda işğal edildi. Müdafiə yönümlü hərbi nəzəriyyəyə malik olan Fransa ordusu ölkədə əməliyyat aparmağa hazırlaşmamışdı, onun hərbi hava qüvvələri yox idi, hökumət bölünmüşdü. Hökumət məğlubiyyət tərəfdarı və bir qədər alman meyilli olan adamlar qrupunun əlinə düşmüşdü və bu adamlar 22 iyunda Fransanı müharibədən çıxardı. Fransızların kiçik qrupu İngiltərəyə qaçıb general de Qollun başçılığı altında Azad Fransa hərəkatını yaratdılar. Fransanın özü yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, geri qalan yarısı isə Vişi şəhərini öz paytaxtı etmişdi və marşal Filipp Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi.
1807-ci ildə olduğu kimi 1940-cı ildə də yalnız Böyük Britaniya Avropanın fatehi ilə müharibədə qalmışdı. Britaniya özünün tarmar edilmiş qüvvələrini materik Avropasından Dünkerk limanı vasitəsilə geri çəkmişdi. Həmin vaxt onlar daha çətin vəziyyətlə üz-üzə qalmağa hazırlaşırdılar. Avropadakı döyüşlər vaxtı baş nazir vəzifəsində Çamberlini əvəz etmiş Vinston Çörçill bədbəxtlikdə qəhrəman liderliyi vəzifəsinə yüksəldi. Aylarla davam edən və 1940-cı ilin payızında özünün kulminasiya nöqtəsinə çatan Britaniya uğrunda döyüş hava hücumu formasını almışdı. Bu vaxta qədər heç vaxt hansısa hava bombardmanı belə güclü olmamışdı. Lakin almanlar Britaniya üzərindəki səmada nəzarəti ələ keçirməyə qadir deyildi. Tədricən britaniyalılar bombardmana qarşı daha uğurla vuruşurdular. Koventri şəhərinin yer üzündən silinməsi, digər şəhərlərin həyatı və sənayesinin dağıdılması və minlərlə insanın öldürülməsinə baxmayaraq, Britaniyadakı istehsal fəaliyyəti hələ də davam edirdi. Hava qüvvələrinin əksər nəzəriyyəçilərinin mülahizələrinin əksinə olaraq bombardmanlar mülki əhalinin mənəvi gücünü qıra bilmirdi. 1940–1941-ci illərin qışında almanlar öz hücumlarının ağırlığını şərqə tərəf döndərməyə başladılar. Hitler qərara almışdı ki, İngiltərədə məsələni qurtarmazdan qabaq o, Rusiya məsələsini həll etməlidir. Belə ki, hətta Hitler, nasional sosialist partiyasının öndə gələn şəxslərindən olan Rudolf Hessi, Britaniya ilə gizlin sövdələşmə üçün İngiltərəyə yollayır. Lakin İngilislərin Hessi həbsxanaya atdığını öyrəndiyi zaman, Hessin ruhi xəstə olduğunu mətbuat vasitəsilə xalqa bildirib. İngiltərə mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də, Fransanın təslim olması ilə Hitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. İndi Avropada tam hakim olmaq üçün o, öz qüvvələrini SSRİ-yə qarşı yönəltdi. Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirən Stalinin Balkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi narahat etmişdi. 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığı verdi. Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı.[1] İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Barbarossa planı iflasa uğradı, İldırımsürətili müharibə planı puç oldu. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Almanlar 100–250 km geriyə çəkilməli oldular.
İspaniyada vəziyyət 1898-ci ildən bəri ölkədə mühüm koloniyaların itməsi ilə sürətlənən iqtisadi və sosial böhran vətəndaş müharibəsinin baş verməsinə səbəb oldu. 1923-cü ildə, diktator De Rivera general rütbəsinə yüksəldi. Ölkənin yeni monarx quruluşu siyasi cəhətdən qeyri-sabit vəziyyətdə olması iqtisadi və sosial vəziyyətə də pis təsir etdi. Eyni zamanda, zadəganların və ordunun royalist olduqları və qarşılıqlı maraqlar səbəbiylə sağçı olduqları bir vəziyyət meydana gəldi. Lakin Kataloniyada və Bask bölgəsində bu qrupa qarşı çıxan insanlar və kommunistlər var idi. De Rivera dövründə bu qruplar diqqət mərkəzində görünsələr də, 2-ci Cümhuriyyətdəki millətçilər və Respublikaçılar, onları ələ keçirə bilməmələri səbəbindən idarədən ayrıldıqdan sonra qurulan idarəyə gəldilər; lakin, ölkə daxilində artan qarışıqlığın qarşısını ala bilmədilər. Nəticədə Respublikaçılar və Milliyyətçilər arasında vətəndaş müharibəsi başladı. Əvvəlcə respublikaçılar üstünlüklü görünürdülər. Ancaq sonradan Afrika və İspan ordusunun bir hissəsi millətçilərə qoşuldu. Hitler və Mussolini, Alman və İtalyan pilotlarını radikal hərəkətlərlə döyüşə gətirən İspaniyada ilk döyüş gəmisini sınadılar. 1939-cu ildə millətçi qüvvələr General Frankonun rəhbərliyi altında məğlub edildiklərində ölənlərin ümumi sayı 600.000 nəfərə yaxın idi.
Yaponiya isə 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. O, artıq Çinin böyük bir hissəsini işğal etmişdi. Yaponiya Fransa Almaniyaya təslim olduqdan sonra öz hərbi hissələrini onun müstəmləkələrində — Vyetnam, Laos və Kambocada yerləşdirdi. Filippindəki mülklərinə təhlükə yarandığını görən ABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi və bu ölkə ilə strateji məhsul ticarətinə qadağa qoydu. Yaponiyanın idxalı 75% azaldı. Buna cavab olaraq 7 dekabr 1941-ci ildə, bazar günü səhəri yapon təyyarə daşıyıcılarından havaya qaldırılan yüzlərlə döyüşçü, torpedo və bombardmançı Havay adalarından Ohau adasındakı Pörl Harbor dəniz bazasına genişmiqyaslı hava hücumu həyata keçirdi. Bombaladıqları 8 Dretnosun 6-sı batdı və digərləri yararsız hala gətirildi. ABŞ Konqresi 8 dekabr 1941-ci ildə Yaponiyaya müharibə elan etdi. Bununla da Yaponiyanın müttəfiqi olan Almaniya və İtaliya dekabrın 11-də ABŞ-yə müharibə elan etdi. Bir gün sonra Yaponiya, İngiltərə, Kanada və Avstraliyaya da müharibə elan etdi. Perl Harbor basqını ilə eyni gündə Tayvan adasından çıxan yapon təyyarələri Filippin adalarına hazırlıq hücumu etdi. Bu adalar yapon qoşunları tərəfindən hucum edildikdən dərhal sonra işğal edildi. General Duqlos Arturun rəhbərliyindəki ABŞ orduları Filippindən geri çəkilməli oldu. Yaponlar 1942-ci ilin mayında Filippini ələ keçirdikdə 36.000 əsgər və 25.000 mülki şəxsi əsir aldı. Sonrakı aylarda Yaponiya qüvvələrinin hərbi əməliyyatları davam etdirərək Quam, Honq Konq və Malayziyanı işğal etdi. Malayziya yarımadasındakı Sinqapur da 1942-ci ilin fevralında yaponlar tərəfindən ələ keçirildi. Yaponiya Bruney, Saravak, Borneo, Şərqi Timor, Yava, Sumatra, Selebes, Yeni Britaniya, Solomon adaları, Yeni Qvineyanın şərqi, Gilbert adaları, Andaman adası və Aleut adalarına qədər torpaqları işğal etdi. Bu uğurlar Yaponiyaya Cənub-Şərqi Asiya dənizlərində həlledici üstünlük qazandırdı.
Müharibənin xronologiyası
redaktə1937
redaktə1937 7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.
1938
redaktə- 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.
1939
redaktə- 23 avqust — Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında saziş imzalandı.[2]
- 1 sentyabr — Almaniya və SSRİ Polşanı öz aralarında bölüşdürməyə başlayırlar. Almaniya Polşanın bölüşdürülməsi istiqamətində ilk addımı ataraq 1 sentyabrda Polşaya qoşun yeritdi. SSRİ isə öz növbəsində bu istiqamətdə 2-ci addımı 16 sentyabrda atdı (SSRİ 2 həftəlik ləngiməklə Polşanın müttəfiqlərinin Almaniyanın mütəfiqi kimi SSRİ-yə də müharibə elan etmələrinin qarşısını məharətlə almış oldu).
- 3 sentyabr — əvvəl İngiltərə, sonra Fransa, həmçinin, Avstraliya və Yeni Zellandiya Almaniyaya müharibə elan etdilər. Sonrakı bir-neçə gün ərzində Almaniyaya müharibə elan edən dövlətlərin sırasına Kanada, Nyufaundlend, Cənubi Afrika İttifaqı və Nepal da qatıldı. Bununla da İkinci Dünya müharibəsi başlamış oldu.
- 5 sentyabr — ABŞ və Yaponiya Avropa müharibəsində öz neytrallığını elan etdilər.
- 17 sentyabr — Sovet qoşunları Polşaya daxil oldu. Həmin gün axşam Polşanın qanuni rəhbərliyi Rumıniyaya qaçır
- 28 sentyabr — almanlar Varşava şəhərini ələ keçirirlər. Həmin gün Moskvada Almaniya və SSRİ arasında yeni sərhədlər müəyyənlədirilir, keçmiş Polşa ərazisi 2 tərəf arasında bölüşdürülür.
- 6 oktyabr — Polşa ordusunun müqavimət göstərən axırıncı hissələri təslim olur. Bundan sonra Hitler Almaniyası Polşanın qərb hissəsini almalanlaşdırmağa başlayır, buradakı polyaklar və yəhudilər Polşanın mərkəzinə deportasiya edilir. Polşanın SSRİ-nin payına düşən hissəsində isə sovetləşmə, kollektivləşmə tətbiq edilir.
- 8 noyabr — Münhendə uğursuz sui-qəsd.
- 30 noyabr — SSRİ Finlandiyaya müharibə elan edir. "Qış müharibəsi" adını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam edir. Müharibə nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin 10%-ni işğal edirlər.
1940
redaktə- 15 mart Sovet-fin müharibəsi sona yetir. Moskvada bağlanmış sülh müqaviləsinə görə Finlandiyanın bir hissəsi SSRİ-yə verilir.
- 9 aprel Alman qoşunları müharibə elan etmədən Danimarka və Norveçi işğal etdi
- 10 aprel Sovet qoşunları tərəfindən Baltikyanı respublikalarının tutuldu.
- 22 iyun Fransanın kapitulyasiyasına dair akt imzalandı.
- 13 avqust Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
- 23 sentyabr İtaliya Şərqi Afrikaya yürüş etdi.
- 27 sentyabr Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
- 2 noyabr ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.
- 20 noyabr Macarıstan "Üçlüyə" daxil olur.
1941
redaktə- 1 mart Almaniyanı dəstəkləyən Bolqarıstan da "Üçlüyə" daxil olur.
- 6 aprel Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana soxulur.
- 9 aprel Britaniya aviasiyası Berlini bombardman edir.
- 1 iyun İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.
- 16 iyun ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.
- 22 iyun Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burada onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.
- 12 iyul Almaniyaya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
- 11 sentyabr Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
- 30 sentyabr Almanlar Moskvaya hücuma başladılar.
- 5 dekabr Sovet qoşunları Moskva ətrafındakı alman qoşunlarına əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya qarşı müharibə elan etdi.
- 7 dekabr Yaponlar Amerikanın Havay adalarında yerləşən Pörl Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
- 11 dekabr Çin Almaniya və İtaliyaya müharibə elan etdi.
- 20 dekabr Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.
1942
redaktə- 1 yanvar Vaşinqtonda 26 ölkə "Üçlüy"ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
- 20 yanvar Berlində "Vanzey konfransı". Yüksəkrütbəli faşist məmurları "yəhudi problemini kökündən həll etməy"ə dair müzakirələr apardılar.
- 18 aprel ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
- 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
- 13 sentyabr Stalinqrad uğrunda döyüşlər başlandı.
- 2 dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.
1943
redaktə- Kasablankada Ruzvelt və Vinston Çörçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 irimiqyaslı operasiya haqqında razılığa gəldilər.
- 31 yanvar- 2 fevral Stalinqrad döyüşü sona yetir.
- 19 aprel Varşavada 56 min yəhudi qətlə yetirilirdi
- 13 mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
- 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
- 10 iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.
- 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
- 25 iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtalyanın faşist diktaturasından azad olunması elan olunur.
- 13 oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.
- 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
- 26 dekabr Ruzvelt və Çörçillin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.
1944
redaktə- 6 iyun ABŞ, Kanada və Böyük Britaniya qoşunları Normandiyaya daxil olur; ikinci cəbhə açılır.
- 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
- 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
- 25 avqust Rumıniya Almaniyaya müharibə elan edir.
- 19 sentyabr SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
- 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
- 31 dekabr Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.
1945
redaktə- 27 yanvar Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orada 7 min əsir vardı. Osventsim ən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz mindən çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
- 4 fevral Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
- 13 – 14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60–245 min arasında olduğu təxmin edilir.
- 2 mart Amerika qoşunları Reynə gəlirlər.
- 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
- 12 aprel Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.
- 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
- 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
- 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
- 30 aprel Adolf Hitler intihar edir.
- 8 may Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
- 9 may SSRİ Berlinə daxil olur və İkinci Dünya müharibəsinin qələbə ilə başa çatması. Faşizmin süqut etməsi.
- 16 iyul ABŞ-də Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
- 17 iyul Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.
- 6 avqust ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.
- 8 avqust SSRİ Yaponiyaya müharibə elan edir.
- 9 avqust ABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
- 14 avqust Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
- 2 sentyabr Tokioda Amerika gəmisi "Missuri"nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
- 14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.
Müharibənin sonu
redaktəMüharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumən, hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əskər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası indi birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, fürerə qarşı sui-qəsdlər başladı, Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. Sui-qəsd nəticə verməmişdi. 1944-cü ildə Hitler üç müttəfiqi Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlarına və sovet meyilli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Polşada, Rumıniyada, Bolqarıstanda, Yuqoslaviyada, Albaniyada, Yunanıstanda, Macarıstanda, Çexoslovakiyada yeni dövlət qurumları və ictimai hərəkatlar formalaşdı. Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4–11-də) toplandı. Konfransda İ. V. Stalin (SSRİ), F. Ruzvelt (ABŞ) və U. Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.
Müharibənin yekunları
redaktəİkinci Dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdir. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-nin və s. payına düşmüşdü. İkinci Dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın, faşist İtalyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem — burjua demokratik və sosializm sistemləri qalmışdı.
Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi. Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-nin və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya, Vyetnam, Koreya parçalanmışdı.
İkinci Dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində formalaşmış BMT müstəsna yer tuturdu. İkinci Dünya müharibəsinin ən başlıca yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsiyində 2 ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan SSRİ-nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma aradan qalxdı. İkinci Dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün çox mühüm dərslər vermişdir. Belə ki:
o, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək dərsini verdi; o, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının mövcud olduğu indiki dövrdə yol verilməsinə imkan yaratmamaq dərsini verdi; o, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə qarşı birləşməyin çox vacib olması dərsini verdi; o, göstərdi ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional müharibələrin baş verməsinin qarşısı alınmalıdır; o, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, müharibə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza yaratmaqdır; müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qadağan edilməsinə nail olmaqdır.
Nəticələri
redaktəHazırda mövcud olan beynəlxalq münasibətlər İkinci Dünya müharibəsi nəticəsində formalaşan Yalta sistemi üzərində qurulub. İkinci Dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Birincisi faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alndı. İkincisi, dünyada ABŞ və SSRİ kimi super dövlətlər yarandı və onların timsalında qlobal ideologiyalar qismində liberal-demokratiya ilə kommunizm təsdiqləndi (ikiqütblü sistem formalaşdı). Üçüncüsü, beynəlxalq münasibətləri tənzimləyəcək və beynəlxalq təhlükəsizliyi təmin edəcək ümumdünya təşkilat — Millətlər Liqası daha effektiv təşkilatla — BMT ilə əvəz olundu. Dördüncüsü, demək olar ki, yer üzündə müstəmləkə qalmadı. Ümumiyyətlə ənənəvi müstəmləkəçilik transformasiyalara məruz qaldı və iqtisadi-siyasi asılılığın yeni formalarlı yarandı. Beşincisi, Çin kimi SSRİ-yə rəqib kommunist dövləti yarandı, bununla da kommunist bloku çat verdi. Altıncısı, Yaponiya fövqəldövlət olaraq aradan getdi və faktiki olaraq Sakit Okean regionunda ABŞ siyasətinin platsdarmına çevirildi. Avropanın aparıcı ölkələri fövqəldövlət olaraq məhv oldular və onların təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə, Avropa dövlətləri dünya arenasına çıxmaq üçün birləşməli oldular. Bu baxımdan Avropa Birliyi də İkinci Dünya müharibəsinin səmərəsidir.
Müharibənin qurbanları
redaktəTarixin ən qanlı müharibəsi kimi tanınan İkinci Dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.
Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.
"World War 2" saytı da ölkələr üzrə ayrı-ayrılıqda itkilərin sayını verməyə çalışıb. Əlbəttə, bunlar da təxmini rəqəmlərdir. Amma yenə də bir-birindən kəskin fərqlənən mənbələr arasında müharibənin qara statistikasında orta rəqəmlər haqqında təsəvvür yarada bilir.
İkinci Dünya müharibəsinin itkiləri
redaktəÖlkə | Əhali (1939) | Ölü (Əsgər) | Ölü (Mülki) | Ölü (Yəhudi soyqırımı) | Cəm | 1939 əhalisinə görə itki faizi |
---|---|---|---|---|---|---|
ABŞ | 131.028.000 | 416.800 | 1.700 | 418.500 | 0,32% | |
Albaniya | 1.073.000 | 28.000 | 200 | 28.200 | 2,63% | |
Almaniya | 69.623.000 | 5.533.000 | 1.600.000 | 160.000 | 7.293.000 | 10,47% |
Avstraliya | 6.998.000 | 39.400 | 700 | 40.100 | 0,57% | |
Avstriya | 6.653.000 | 40.500 | 65.000 | 105.500 | 1,59% | |
Belçika | 8.387.000 | 12.100 | 49.600 | 24.400 | 86.100 | 1,02% |
Braziliya | 40.289.000 | 1.000 | 1.000 | 2.000 | 0,00% | |
Bolqarıstan | 6.458.000 | 22.000 | 3.000 | 25.000 | 0,38% | |
Böyük Britaniya | 47.760.000 | 382.600 | 67.800 | 450.400 | 0,94% | |
Myanma | 16.119.000 | 22.000 | 250.000 | 272.000 | 1,16% | |
Kanada | 11.267.000 | 45.300 | 45.300 | 0,40% | ||
Çin | 517.569.531 | 3.800.000 | 16.200.000 | 20.000.000 | 3,86% | |
Kuba | 4.235.000 | 100 | 100 | 0,00% | ||
Çexoslovakiya | 15.300.000 | 25.000 | 43.000 | 277.000 | 345.000 | 2,25% |
Danimarka | 3.795.000 | 2.100 | 1.000 | 100 | 3.200 | 0,08% |
Estoniya | 1.134.000 | 40.000 | 1.000 | 41.000 | 3,62% | |
Efiopiya | 17.700.000 | 5.000 | 95.000 | 100.000 | 0,6% | |
Finlandiya | 3.700.000 | 95.000 | 2.000 | 97.000 | 2,62% | |
Fransa | 41.700.000 | 217.600 | 267.000 | 83.000 | 567.600 | 1,36% |
Hind-Çin | 24.600.000 | 1.000.000 | 1.000.000 | 4,07% | ||
Yunanıstan | 7.222.000 | 20.000 | 220.000 | 71.300 | 311.300 | 4,31% |
Macarıstan | 9.129.000 | 300.000 | 80.000 | 200.000 | 580.000 | 6,35% |
İslandiya | 119.000 | 200 | 200 | 0,17% | ||
Hindistan | 378.000.000 | 87.000 | 1.500.000 | 1.587.000 | 0,42% | |
İndoneziya | 69.435.000 | 4.000.000 | 4.000.000 | 5,76% | ||
İran | 14.340.000 | 200 | 200 | 0,00% | ||
İraq | 3.698.000 | 1.000 | 1.000 | 0,03% | ||
İrlandiya | 2.960.000 | 200 | 200 | 0,00% | ||
İtaliya | 44.394.000 | 301.400 | 145.100 | 8.000 | 454.500 | 1,02% |
Yaponiya | 71.380.000 | 2.100.000 | 580.000 | 2.680.000 | 3,75% | |
Koreya | 23.400.000 | 378.000 | 378.000 | 1,6% | ||
Latviya | 1.995.000 | 147.000 | 80.000 | 227.000 | 11,38% | |
Litva | 2.575.000 | 212.000 | 141.000 | 353.000 | 13,71% | |
Lüksemburq | 295.000 | 1.300 | 700 | 2.000 | 0,68% | |
Malayziya | 4.391.000 | 100.000 | 100.000 | 2,28% | ||
Malta | 269.000 | 1.500 | 1.500 | 0,56% | ||
Meksika | 19.320.000 | 100 | 100 | 0,00% | ||
Monqolustan | 819.000 | 300 | 300 | 0,04% | ||
Hollandiya | 8.729.000 | 15.800 | 124.500 | 106.000 | 246.300 | 2,82% |
Nyufaundlend və Labrador | 300.000 | 1.000 | 100 | 1.100 | 0,37% | |
Yeni Zelandiya | 1.629.000 | 11.900 | 11.900 | 0,67% | ||
Norveç | 2.945.000 | 3.000 | 5.800 | 700 | 9.500 | 0,32% |
Filippin | 16.000.000 | 57.000 | 90.000 | 147.000 | 0,92% | |
Sakit okean | 1.900.000 | 57.000 | 57.000 | 3,00% | ||
Polşa | 34.849.000 | 160.000 | 2.440.000 | 3.000.000 | 5.600.000 | 16,07% |
Şərqi Timor | 500.000 | 55.000 | 55.000 | 11,00% | ||
Rumıniya | 19.934.000 | 300.000 | 64.000 | 469.000 | 833.000 | 4,22% |
Sinqapur | 728.000 | 50.000 | 50.000 | 6,87% | ||
Cənubi Afrika | 10.160.000 | 11.900 | 11.900 | 0,12% | ||
SSRİ | 168.500.000 | 10.700.000 | 11.400.000 | 1.000.000 | 23.100.000 | 13,71% |
İspaniya | 25.637.000 | 4.500 | 4.500 | 0,02% | ||
İsveç | 6.341.000 | 200 | 2.000 | 2.200 | 0,03% | |
İsveçrə | 4.210.000 | 100 | 100 | 0,00% | ||
Tayland | 15.023.000 | 5.600 | 300 | 5.900 | 0,04% | |
Yuqoslaviya | 15.400.000 | 446.000 | 514.000 | 67.000 | 1.027.000 | 6,67% |
Cəm | 1.991.913.000 | 25.173.700 | 41.830.600 | 5.754.400 | 72.758.900 | 3,71% |
Mənbə
redaktə- www.9may.az Arxivləşdirilib 2010-02-27 at the Wayback Machine
Ədəbiyyat
redaktə- Лиддел Гарт. İkinci dünya müharibəsi
- Гордиенко, Андрей Николаевич. Командиры Второй мировой войны. Т. 1–2. Минск, 1997–1998. Т. 1. ISBN 985-437-268-5, Т. 2. ISBN 985-437-627-3
- İkinci dünya müharibəsi Arxivləşdirilib 2007-03-17 at the Wayback Machine
- "Цели Германии в войне против СССР"
- "Война на уничтожение: вермахт и холокост"
- Сайт документальной военной литературы "Милитера" Arxivləşdirilib 2007-02-20 at the Wayback Machine.
- Колпакиди А. И. ГРУ в Великой Отечественной войне. — М.: Яуза: Эксмо, 2010. — 608 с. — (ГРУ) — 3000 экз. — ISBN 978-5-699-41251-8
- В. И. Дашичев. Банкротство стратегии германского фашизма. М.: Наука, 1973.
- Том 1 — Подготовка и развёртывание нацистской агрессии в Европе 1933–1941 гг
- Том 2 — Агрессия против СССР. Падение "третьей империи"
- BETHELL, Nicholas. Útok na SSSR: druhá světová válka. Praha : Svojtka & Co., 2000. ISBN 80-7237-279-3
- BOYLE, David. Druhá světová válka ve fotografiích. Čestlice : Rebo, 2007. ISBN 978-80-7234-780-3
- CAWTHORNE, Nigel. Bitvy druhé světové války. Frýdek-Místek : Alpress, 2007. ISBN 978-80-7362-446-0
- CÍLEK, Roman. Holocaust: zřetězení zla. Praha : P3K, 2007. ISBN 978-80-903584-8-5
- GILBERT, Martin. Druhá světová válka: úplná historie. Praha : BB/art, 2006. ISBN 80-7341-933-5
- CHURCHILL, Winston. Druhá světová válka I–VI. Praha : NLN, Nakladatelství Lidové noviny, 2005. ISBN 80-7106-739-3
- JORDAN, David; WIEST, Andrew. Atlas druhé světové války: fakta o bojových střetnutích na všech frontách. Praha : Ottovo nakladatelství, 2006. ISBN 80-7360-273-3
- KEEGAN, John. Druhá světová válka. Praha : Beta-Dobrovský ; Plzeň : Ševčík, 2003. ISBN 80-7306-063-9
- LIDDELL HART, Basil. Dějiny druhé světové války. Brno : Jota, 2000. ISBN 80-7217-117-8
- NÁLEVKA, Vladimír. Druhá světová válka. Praha : Triton, 2003. ISBN 80-7254-390-3
- OVERY, Richard. Proč spojenci zvítězili. Praha : Beta-Dobrovský ; Plzeň : Ševčík, 2008. ISBN 978-80-7306-338-2
- PIEKALKIEWICZ, Janusz. Druhá světová válka. Praha : Svojtka & Co., 2007. ISBN 978-80-7352-764-8
- SALMAGGI, Cesare; PALLAVISINI, Alfredo. 2194 dnů: ilustrovaná chronologie druhé světové války. Praha : Olympia, 2007. ISBN 978-80-7376-005-2
- SHAW, Antony. II. světová válka den po dni. Praha : Naše vojsko : Columbus, 2007. ISBN 80-206-0732-3
- WILLMOTH, Hedley Paul. Druhá světová válka. Praha : Euromedia Group — Knižní klub, 2005. ISBN 80-242-1403-2
- Kronika druhé světové války. Praha : Fortuna Print, 2003. ISBN 80-7321-072-X
- FRIEDRICH, Jörg Der Brand. München :13. Auflage 2003, Propyläen Verlag, ISBN 3-549-07165-5
İstinadlar
redaktə- ↑ Böyük Vətən müharibəsi (1941–1945) necə başladı və başa çatdı? Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine (az.)
- ↑ История второй мировой войны. 1939–1945 Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. Воениздат, 1982. С. 465. 2 сентября — Подписание акта о безоговорочной капитуляции милитаристской Японии. Окончание второй мировой войны.
Xarici keçidlər
redaktə- Der Zweite Weltkrieg Arxivləşdirilib 2012-06-06 at the Wayback Machine im Lebendigen virtuellen Museum Online (LeMO)
- Zweiter Weltkrieg in der Virtual Library Zeitgeschichte beim Historischen Centrum Hagen
- Zweiter Weltkrieg auf dem Informationsportal zur politischen Bildung
- Battle of the Ruhr 1939–1945. Regionalgeschichte des Zweiten Weltkriegs beim Historischen Centrum Hagen
("eines der ältesten geschichtswissenschaftlichen Angebote im deutschsprachigen Internet") - Der alliierte Bombenkrieg 1939–1945 Arxivləşdirilib 2012-01-02 at the Wayback Machine beim Fachportal historicum.net (Redaktion: Ralf Blank, Historisches Centrum Hagen)
- Сайт о Второй Мировой Войне Arxivləşdirilib 2011-12-28 at the Wayback Machine
- Таблицы справочного труда "История второй мировой войны 1939–1945 гг."
- Сайт Танковый фронт. Бронетанковые войска стран-участниц Второй мировой войны. СССР, Германия, Союзники, Ось.
- Böyük Vətən müharibəsi Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine
- İkinci dünya müharibəsi
- Каталог ресурсов: Вторая мировая война в Сети
- Непридуманные рассказы о войне
- ANPI Archives photos Arxivləşdirilib 2016-01-13 at the Wayback Machine (ital.) — İkinci Dünya müharibəsi şəkilləri
- Цветные фотографии Второй мировой войны Arxivləşdirilib 2005-10-28 at the Wayback Machine (ing.)
- Мультимедийная карта войны от вторжения на территорию СССР до падения Берлина
- Государственные архивы РФ, хранящие фотодокументы о Великой Отечественной войне 1941–1945 гг. Сайт "Победа. 1941–1945" — каталог фотодокументов
- ОБСЕ возложил ответственность за войну на Германию и СССР, статья о резолюции ОБСЕ, 02 июля 2009
- Аэрофотоснимки Второй мировой войны
- "Докладная записка" С. Тимошенко и Г. Жукова накануне нападения фашистской Германии на СССР, изготовленная фальсификаторами
- Воспоминания ветеранов о Второй мировой войне Arxivləşdirilib 2014-03-30 at the Wayback Machine
- Оружие, военная техника и форма Второй мировой войны
- Collections Online des britischen Imperial War Museum (englisch)
- World War II Multimedia Database; Umfangreiches Bild- und Tonarchiv mit Bildern und Videos (englisch)
- World War II; US-amerikanisches Bild- und Tonarchiv zum Zweiten Weltkrieg auf authentichistory.com (englisch)
- Source List and Detailed Death Tolls; Auflistung der Opfer- und Verlustzahlen auf users.erols.com, November 2005 (englisch)
- 60 Jahre Kriegsende; Berichte russischer Zeitzeugen in deutscher Sprache auf kriegsende.aktuell.ru
- Germany surrenders unconditionally (1945); Originaldokumente der Kapitulation, Digitalisat auf archive.org, 26. Dezember 2007
- Verkündung der Kapitulation der deutschen Wehrmacht, 8. Mai 1945 Arxivləşdirilib 2011-12-24 at the Wayback Machine; Originalton (35 Sekunden) im Deutschen Rundfunkarchiv (Real-Audio-Format)
- Die deutsche Kapitulation 1945 Arxivləşdirilib 2015-07-08 at the Wayback Machine; historische Bilder und Dokumente des Bundesarchivs
- Druhá světová válka (fronta.cz)
- Druhá světová válka a Reenacting na jednom místě(militaryzone.cz)
- II. světová válka (stránky Českého rozhlasu) Arxivləşdirilib 2006-11-03 at the Wayback Machine
- 2. světová válka: Válku vidět — slyšet
- II. světová válka — příčiny, průběh, výsledek, důsledky (PDF) [ölü keçid]
- Druhá světová válka (druha.svetova.cz)
- Panzernet, německá a sovětská obrněná technika druhé světové války Arxivləşdirilib 2021-03-31 at the Wayback Machine
- Barevné fotografie z druhé světové války
- World War II Database Arxivləşdirilib 2009-04-16 at the Wayback Machine (ing.)
- World War II Encyclopedia by the History Channel (ing.)
- Deutsche Welle special section on World War II Arxivləşdirilib 2005-05-07 at the Wayback Machine (ing.)
- Der Zweite Weltkrieg (shoa.de) (alm.)
- World War II Propaganda Leaflet Archive Arxivləşdirilib 2014-03-26 at the Wayback Machine (ing.)
- World War 2 Pictures In Colour Arxivləşdirilib 2008-08-21 at the Wayback Machine (ing.)
- Multimedia map, from the invasion of the Soviet Union to the fall of Berlin (ing.)
- World War II Military Situation Maps (ing.)
- La Segunda Guerra Mundial Arxivləşdirilib 2012-01-13 at the Wayback Machine
- Війна. Український рахунок Український тиждень, № 18, 2010
- Україна. Друга світова. Тільки цифри
- Друга світова війна і доля народів України
- Друга світова війна зброя і техника
- Batallas de la Segunda Guerra Mundial
- Historia de la Segunda Guerra Mundial
- Cronología de la SGM
- Batallas y armamento utilizado durante el conflicto Arxivləşdirilib 2012-01-26 at the Wayback Machine
- Relaciones y organizaciones
- España en la Segunda Guerra Mundial Arxivləşdirilib 2011-12-14 at the Wayback Machine
- Relaciones de los Estados Miembros de Naciones Unidas con España (en inglés)
- Artículos y debates sobre la Segunda Guerra Mundial
- Cronología de la Segunda Guerra Mundial día por día y bajo licencia Creative Commons
- Los sumergibles alemanes y la guerra submarina