Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981[1], Sumi[2][1]) — ukraynalı diplomat. 2020-2024-cü illərdə Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

Dmitri Kuleba
ukr. Дмитро Кулеба
bayraq
Ukrayna Respublikasının xarici işlər naziri
bayraq2
PrezidentVolodimir Zelenski
Baş nazirDenis Şmıqal
ƏvvəlkiVadim Pristayko
SonrakıAndriy Sibiha
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1981(1981-04-19)[1] (43 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti 4 mart 2020 - 5 sentyabr 2024
Elmi fəaliyyəti
Elm sahəsi diplomat[3], diplomatiya[4], siyasət[4]
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il)[5]. Ukrayna tarixində ən gənc xarici işlər naziridir.

Həyatı

redaktə

19 aprel 1981-ci ildə Sumıda anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən peşəkar diplomat olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir[6].

2003-cü ildən Ukrayna Xarici İşlər Nazirliyinin baş hüquq məsləhətçisi xidmətinin attaşesidir[7].

2004–2005-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantı olur.

2005-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinin hüquqi təminat departamentinin üçüncü katibi olmuşdur.

2005–2009-cu ildə Ukraynanın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin üçüncü və ikinci katibi (ATƏT məsələləri üzrə) olur.

2010–2012-ci ildə Ukrayna Xarici İşlər Naziri Katibliyinin birinci katibi, müşaviri, şöbə müdiri işləyir[8].

2013-cü ildə o, Ukrayna baş nazirinin müavini Konstantin Qrişenkonun humanitar məsələlər üzrə müşaviri olub.

2013-cü ildən UART Mədəni Diplomatiya Fondunun rəhbəridir.

9 aprel 2016-cı ildə Ukraynanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib. 2017-ci ilin dekabrında 70-ə yaxın ekspertin iştirak etdiyi Dünya Siyasəti İnstitutunun sorğusuna əsasən o, Ukraynanın xaricdəki ən yaxşı səfiri kimi tanınıb[9].

29 avqust 2019-cu ildən Honçaruk hökumətində Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini işləyir.

Avro-Atlantik İnteqrasiya Koordinasiyası Komissiyasının sədri olur.

"Mystetsky Arsenal" Milli Mədəniyyət, İncəsənət və Muzey Kompleksinin İnkişafı Şurasının üzvüdür.

2024-cü il 4 sentyabrda Ali Radanın sədri Ruslan Stefançuk xarici işlər naziri Dmitri Kuleba tərəfindən istefa ərizəsi daxil olduğunu elan etdi. Ertəsi gün Ukrayna Ali Radası 240 səslə (lazımi 226 səs) onun istefasını qəbul etdi.

Hüquq üzrə fəlsəfə doktoru[12]. İngilisİtalyan dillərini bilir.

Biblioqrafiya

redaktə

"Reallıq uğrunda müharibə: saxta, həqiqətlər və icmalar dünyasında necə qalib gəlmək olar"[10].

Mükafatları

redaktə

2021 — III dərəcəli "Xidmətə görə" ordeni[11]

Ailəsi

redaktə

Atası — İvan Dmitriyeviç Kuleba, ukraynalı diplomat[12].

Həyat yoldaşı — Yevgeniya Anatolyevna Kuleba, "Garden City" ictimai təşkilatının təsisçisi və rəhbəri.

Uşaqları — Yeqor (2006), Lbov (2011).

İstinadlar

redaktə
  1. 1 2 3 4 https://lb.ua/file/person/3191.
  2. 1 2 https://web.archive.org/web/20240904131007/https://www.kmu.gov.ua/en/profile/dmitro-kuleba.
  3. Dramática jornada en Kiev: ya son los 198 civiles ucranianos muertos tras el ataque ruso.
  4. 1 2 Kuleba, Dmytro // Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. Рада утвердила состав нового Кабмина (список) Arxivləşdirilib 2019-08-29 at the Wayback Machine РБК-Украина (29.08.2019)
  6. Енциклопедія Київського національного університету імені Тараса Шевченка Arxivləşdirilib 2019-09-02 at the Wayback Machine (ukr.)
  7. "Кулеба Дмитро Іванович". Постійне представництво України при Раді Європи (офиц. сайт) (ukrayna). Київ: МЗС України. 2012. 2019-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  8. "Кулеба Дмитрий". LIGA.net (rus). Київ: ИА ЛIГАБiзнесIнформ. 2019-08-29. 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  9. Інститут світової політики назвав топ-послів 2017 року Arxivləşdirilib 2019-08-31 at the Wayback Machine Главком (21 грудня 2017) (ukr.)
  10. Дмитрий Кулеба презентовал книгу об информационной войне и рассказал, как распознать фейковую новость Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine ТСН (телепередача) (4 mart 2019)
  11. "Указ Президент України від 22 грудня 2021 року № 669/2021 «Про відзначення державними нагородами України з нагоди Дня працівників дипломатичної служби»". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  12. Кулеба Дмитрий Иванович Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine LB.ua

Mənbə

redaktə