Baktriya
Baktriya (fars. باخت, Baxtər) — Toxaristan, Hinduquş dağları (هندوکش) və Amudərya çayı ərazisində yerləşən, mərkəzi bugünkü Bəlx şəhəri olan və Əfqanıstanın bugünkü sərhədləri daxilində mövcud olmuş antik ölkə.
Tarixi dövlət | |
Baktriya | |
---|---|
|
|
Paytaxt | Bəlx |
Dövlət dini | Bütpərəstlik |
İdarəetmə forması | Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMakedoniyalı İsgəndərə qarşı Orta Asiya xalqlarının makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu mübarizədə soqdanalılar, saklar, massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa ərazilərdəki hərbi əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, xeyli hisəsini qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular.
Spitamen e.ə. 329–328-ci illərdə İsgəndərə böyük zərbə vursa da, son nəticədə məğlub olmuş və şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isə İsgəndərin hərbi əməliyyatları davam etdirəcəyindən ehtiyat edərək Spitameni öldürmüş, kəsilmiş başını isə İsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün olmamışdı. Belə ki, Spitamen öldürüldükdən sonra xalq hərəkatına Oksiart, Xorien və başqaları rəhbərlik etmişdilər. Orta Asiya tayfaları ilə aparılan müharibələrinin gedişində İsgəndərə qarşı öz əhatəsində olanların da narazılığı güclənmiş və bu sui-qəsdlərdə özünü göstərmişdi. Belə mübahisələrin birində İsgəndər özünün ən yaxın dostlarından olan Kliti öldürmüş, tarixçi Kallisfenə amansız divan tutmuş, şəxsi qvardiyasının üzvlərindən bir çoxunu isə edam etdirmişdi.
Əhalisi
redaktəBaktriyalılar bugünkü Taciklər ilə Şimali Əfqanıstan xalqıdır. Baktria dili Hind-Avropa dillərinin Hind-İran dil qoluna mensub bir dildir. Baktria ölkəsində su qaynaqları bol və torpaqlar münbit olmuşdur.
Baktriyalı kişinin geyimi (Tacikistan, Kafiraqan) | Baktriyalı qadının geyimi (Tacikistan, Kafiraqan) | Baktriyalı qadının geyimi (Tacikistan, Kafiraqan) | Baktriyalı kişinin geyimi (Tacikistan, Kafiraqan) |
Ədəbiyyat
redaktə- Сарианиди В. И. Бактрия сквозь мглу веков. М.; Мысль, 1984.- 159 xiyarlarc., рис., карт., 16 л. ил.