Akkad dövləti[2][3] və ya Akkad padşahlığı[4] — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri.

Tarixi dövlət
Akkad

Paytaxt Akkad[1]
Dilləri şumer dili, Akkad dili
Rəsmi dilləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi haqqında

redaktə

Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur[5]. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi.

Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir. Burada Sarqon güclü ordu quruculuğunu həyata keçirməyə başlamışdır. Bir qədər vaxt sonra, onun ordusu reqionun ən güclü ordusuna çevrilmişdir.

Hərbi üstünlük əldə edəndən sonra, Sarqon qonşularına qarşı savaşa başlamışdır. O əvvəl Mesopotamiyanın şimalını özünə tabe etmiş, E.ə 2287-ci ildə Şumerə hücum etmiş,Kiş şəhərini tutduqdan sonra isə Uruk şəhərinin çarı Luqalzaqesi ilə savaşa başlamışdır. E.ə. 2312-ci ildə onu məğlub edərək[6], şəhəri ələ keçirmiş və Luqalzaqesini ,ox guman ki edam edilmişdir.

Sonra Sarqon şumer çarlarına qarşı savaşı davam edərək, Umma və Laqaş şəhərlərini ələ keçirmiş, sonra İran körfəzinə qədər irəliləmişdir. Beləliklə, bu savaşlar nəticəsində bütün Mesopotamiya Sarqona tabe oldu və onun yaratdığı böyük və qüdrətli dövlət Akkad adlandırılmışdır.

Daha sonra Sarqonun ordusu elamlılara qarşı hücuma keçərək, Susa şəhərini də ələ keçirmişdir. E.ə. 2306-cı ildə isə o, Suriya istiqamətində irəliləyərək, Aralıq dənizinin sahillərinə çıxmış, oradan isə Kiçik Asiya yarımadasına da hücum etmişdir[7]. Bu istilalar nəticəsində Akkad faktiki olaraq tarixdə ilk imperiyaya çevrilmişdir.

Sarqonun dövründə ictimai həyatın çeşidli sahələrində böyük nailiyyətlər əldə edilmişdir: imperiyanın mərkəzlərində yollar və limanlar inşa edilmiş; vahid ölçmə və çəki ölçüləri tətbiq edilmiş; yeni suvarma sistemlərindən istifadə edilmiş; daxili və xarici ticarət inkişaf etdirilmişdir.[8]

Ancaq Sarqonun hakimiyyətinin sonunda imperiyada parçalanma meylləri müşahidə başlamışdır. Bəzi şəhərlər artıq ona tabe olmaqdan imtina etmişdirlər. Parçalanmanın qarşısını almaq üçün Sarqonun varisi çar Rimuş o şəhərlərə qarşı ordu yeritmişdir. Bunun nəticəsinda Umma, Adaba, Laqaş və Dera şəhərləri alınmış və üsyanlar yatırılmışdır[9]. Lakin Rimuş saray çevrilişi nəticəsində öldürülmüş və onun qardaşı Maniştusu çarlığa gətirilmişdir[10]. Ancaq az sonra o da öldürülmüşdür.

Şumer və Akkad çarlarının hakimiyyəti hərbiçilərin, zadəganların və dövlət məmurlarının nüfuzuna arxalanırdı. Hakimiyyət dirəklərindən biri də kahin zümrəsi olmuşdur. Akkad kahinləri çarlara dəstək vermiş, onların İştar ilahəsinin himayəsində olduğunu iddia edirdilər. Kahinlər çarların özlərini də ilahələşdirirdilər.

Maniştusudan sonra çarlığa Naram-Sin çox güclü hökmdar olmuşdur[11]. O E.ə. 2236–2200 illərdə ölkəyə başçılıq etmiş və Akkadı əhatə edən çeşidli dövlətlərlə və tayfalarla savaşlar apararaq onları məğlub etmişdir. Naram-Sini kahinlər Akkadın tanrısı elan etmişdilər. Ancaq sonda onun kahinlər zümrəsi ilə daxili qarşıdurmaları olmuşdur. Bundan başqa xaricdən kuti tayfaların ölkəyə hücumları şiddətlənmişdir.Kutilərlə mübarizədə ona Elam hökmdarı Kutik-İnşuşinak(e.ə 2240–2220) yardım göstərirdi. Elam və Akkad arasında bağlanmış müqavilədə Elam hökmdarı adından qeyd edilmişdir:" Naram-Suenin düşməni mənim düşmənim,dostu mənim dostumdur".Müqaviləyə uyğun olaraq,Kutik-İnşuşinak Zaqros dağları ölkələrinə hərbi yürüş təşkil etmiş,70-ə qədər xırda ölkə, o cümlədən Kutiumu( Kutilər ölkəsi) zəbt etmişdi.

Naram-Sindən sonra çar olmuş Şarkalişarri bu hücumların qarşısını çox böyük çətinliklə ala bilmişdi. Ancaq bu uğur müvəqqəti olmuşdur. Az sonra, kutilər Akkad dövlətinə sarsıdıcı zərbələr endirdilər və onu tarixi səhnədən sildilər. Kutilər bütün ölkəni qarət etdilər; məbədləri və şəhərləri dağıtdılar; əhalinin bir hissəsini əsirliyə apardılar, başqalarını isə vergi ödəməyə məcbur etdirdilər.

Ancaq qutilər Mesopotamiyada qalmadılar, bir qədər vaxt sonra oradan getdilər. Ölkənin idarəçiliyini isə özlərinin şumer və akkadlardan təyin etdiyi canişinlərinə tapşırdılar. Mesopotamiya əhalisi isə işğalçılara ağır vergilər verməkdə davam edirdi. Bu arada 20 il ərzində Şumerin Lagaş şəhərinin en və ya ensisi (hökmdarı) olan Qudea, orada büyük miqyaslı bərpa və quruculuq işləri aparmışdır.

Beləliklə, Akkad 125 ilə yaxın kutilərin canişinləri tərəfindən idarə edildi. Sonra işğalçılara qarşı böyük üsyanlar başladı. Uruk şəhərinin ensi’si Utuhenqal e.ə. 2109-cu ildə kutilərin ordusunu məğlub edib, onların nüfuzuna son qoymuşdu. Bundan sonra e.ə. XXII-XX-ci yüzilliklər ərzində Akkad Ur şəhərinin çarları tərəfindən idarə edilirdi. Bu zaman ölkə yenə də bütün sahələrdə inkişaf edirdi.

Ancaq dirçəliş çox çəkmədi. Az sonra müxtəlif köçəri tayfalar yenə də Mesopotamiya ərazisinə basqınlar etdilər.

Şimaldan amurilər, şərqdən isə kutilərlə elamlılar akkadlıları narahat etməyə başladılar. Eyni zamanda ölkədə daxili vəziyyət də gərginləşmişdi. Xalq kütlələri hakimiyyətdən narazı idilər, gölələr artıq sahiblərindən qaçırdılar; ölkədə aclıq və iqtisadi tənəzzül başlamışdır. Şəhər və vilayətlər mərkəzi hakimiyyəti qəbul etmirdilər. Şumer-Akkad dövlətçiliyinə sonuncu zərbəni elamlılar vurdular. Onlar Mesopotamiyaya daxil olub, Ur şəhərini dağıtdılar, onun sonuncu çarı İbbi-Sueni (e.ə. 2027–2003) əsirliyə apardılar.[12]

  Əsas məqalə: Qədim Mesopotamiya dini

Akkad dinin mənşəyi başqa Mesopotamiyada dinlərindəki kimi qədim Şümerdən gəlir. Sadəcə akkadlılar onu öz dillərində ifadə edirdilər və bəzi özəlliklərini əlavə etmişdirlər.

Akkad dövlətinin siyasi, iqtisadi və mədəni həyatı

redaktə

Erkən sülalər dövründə və sonralar ölkənin iqtisadi əsasını əkinçilik təşkil edirdi. Əkinçilik süni suvarmaya əsaslanırdı. Süni suvarma sisteminin inkişaf etdirilməsi e. ə. III minillikdə Akkad hökmdarlarının başlıca vəzifəsi olmuşdur. Suvarma kanallarının çəkilməsində iştirak ictimai vəzifə idi və bunu bütün icma üzvləri həyata keçirirdi. İkiçayarasında sənətkarlıq, daxili və xarici ticarət inkişaf etmişdi. Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi. Mülki bərabərsizliyin və sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində quldarlıq münasibətləri inkişaf edirdi. E. ə. III minilliyin ikinci yarısında bu daha da gücləndi. Qul əməyi məbəd, hökmdar (dövlət) və xüsusi təsərrüfatlarda tətbiq olunurdu. Qulları, mal qara kimi, baş-baş sayırdılar. Əsir qullar "yad ölkəsi" yaxud "saq" ("baş deməkdir"), xüsusi qullar "urdu", yaxud "ere" adlandırılırdı. Qul sahibkarın xüsusi mülkiyyəti hesab olunurdu.

III Ur sülaləsi dövründə xırda istehsalçılar arasında müflisləşmə genişləndi. Yoxsullar öz övladlarını köləliyə satmağa məcbur olurdular. Bunun nəticəsində borc köləliyi meydana gəldi. Artıq yerli əhali kölə halına salınırdı. Şulginin hakimiyyət illərindəki məhkəmə sənədindən görünür ki, bir sıra hallarda qullar öz köləlik mənşəyini danırdılar. III Ur sülaləsi dövründə azad adamların müflisləşmə nəticəsində köləliyə düşməsi prosesi güclənmişdi. Bu zaman qulların sayı çox olduğundan, bir qulun qiyməti 9–10 şekel idi. Hər bir azad icmaçı, sənətkar ailəsində bir neçə qul vardı. Adətən fərdi təsərrüfatda işləyən qullara ailə və əmlak saxlamağa icazə verilirdi. Onlar müəyyən ödəmə verib azadlığa çıxa bilərdilər. Qul ağasından məhkəməyə şikayət edə bilərdi. Qulu bəzən şahid sifətilə dəvət edirdilər. Qullar alınıb-satılırdılar. Ailə icmalarının müflisləşməsi övladların köləliyə satılmasına şərait yaradırdı.

Məbəd və hökmdar təsərrüfatında işləyən qulların vəziyyəti ağır idi. Hökmdar (dövlət) təsərrüfatında işləyən kişi qullar "quruş", qadın qullar "nqeme" adlanırdı. Döv¬lət təsərrüfatında işləyən qullar xüsusi düşərgədə yaşayır, gündəlik azuqə alır¬dılar. Kişi qullara 1,5 litr, qadın qullara 0,75 litr gündəlik arpa payı, 3–4 litr bir aylıq bitki (küncüt) yağı və 1,5 kq birillik yun verilirdi. Quruşlar istehsal alətlərinə malik deyildilər, qeyri-iqtisadi istismara düçar olmuşdular. Fərdi və dövlət qulları istismar olunan sinfə mənsub idilər. İkiçayarasında quldarlıq istehsal üsulu bərqərar olmuşdu.

İkiçayarasında icma idarəsi öz varlığını saxlayırdı. İcmalar suvarma kanallarının çəkilməsi və təmiz saxlanılmasında yaxından iştirak edirdilər. İcma üzvlərinin müflisləşməsi məcburi əmək adamlarının sayını artırırdı. İcmanın torpaq ehtiyatı vardı. Bu torpaq icma mülkiyyəti hesab olunurdu. Daha geniş torpaq sahələri dövlət təsərrüfatına mənsub idi. III Ur sülaləsi dövründə dövlət torpaq mülkiyyəti əvvəlki dövrə nisbətən daha çox sahələri əhatə edirdi. Məbəd təsərrüfatı isə tədricən möhkəmlənməyə başlamışdı. Təsərrüfat həyatında kahinlərin mövqeyi güclənmişdi. Kahin təbəqəsi dövlətin dayağı idi. Onlar dövlət idarələrində, icma təşkilatlarında xidmət edirdilər. Məhkəmə işlərinin baxılması kahinlərin iştirakı ilə keçirilirdi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Yusif Yusifov, "Qədim Şərq Tarixi", B., 1993
  • Mehdixan Yerevanski, "Qədim Dünya tarixi"
  • Tofiq Mustafazadə, "Ümumi tarix" (dörd cilddə, I cild) B.,1995
  • "Azərbaycan Sovet Ensiklopediyası" (II cild) B., 1981
  • Mürşüd Behbudov, "Ümumi Tarix", B., 2006

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. (unspecified title). ISBN 0-415-11032-7
  2. "Azərbaycan dövlətçilik tarixində qədim dövlətlər: Lullubum və Kutuim dövlətləri". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
  3. "Azərbaycan-Şumer əlaqələri". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
  4. Аккад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 200.
  5. История Древнего Востока. 1 том, 1983, с. 233
  6. Крамер Самюэль. Шумеры. Первая цивилизация на Земле. — М.: ЗАО Центрполиграф, 2010, c. 75.
  7. Həmin kitabda, c. 76.
  8. Həmən yerdə
  9. Həmən yerdə
  10. История Древнего Востока. 1 том, 1983, с. 243–246
  11. Крамер Самюэль. Шумеры. Первая цивилизация на Земле. — М.: ЗАО Центрполиграф, 2010, c. 77.
  12. История Древнего Востока. 1 том, 1983, с. 256–260