AhşeriManna dövlətinin hökmdarı. Ahşerinin dövründə Manna xeyli güclənərək tam müstəqil xarici siyasət yeritmiş, eyni zamanda Azərbaycana gəlmiş (son tədqiqatlara görə geri qayıtmış[3][4]) skifsak tayfaları ilə ittifaqa girərək Ön Asiyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir.

Ahşeri
Mannanın IV hökmdarı
e.ə. 675[1] – e.ə. 650[2]
ƏvvəlkiUllusunu
SonrakıUalli
Şəxsi məlumatlar
Fəaliyyəti monarx
Uşağı Ualli
Dini Politeizm

Fəaliyyəti

redaktə

Skiflərlə ittifaq

redaktə

Aşşurla mübarizədə Ahşeri "Mannalılar ölkəsinın əyalətlərində" yerləşən kimmerlərinskiflərin yardımından istifadə edirdi.[5] Asarxaddon özünü "Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakayın qoşununu qılıncdan keçirən" kimi qələmə versə də Manna ona tabe olmamışdı.[6]

Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi.[7] Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə madaylar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi midiyalıların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.[8][9]

Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır.[10] Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı Partatuaya ərə verib verməmək məsələsini müzakirə edir.[11] Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir. Lakin aşşurlular öz qüvvələrinə o qədər də əmin deyildilər. Aşşur hərbi başçılarından biri Asarxaddona müraciətnaməsində məsləhət görür ki, ordunun hamısını birdən Manna ərazisinə yeritməsin, təklif edir ki, hər ehtimala qarşı geri çəkilmək hadisəsi baş verərsə qoşunun sığına bilməsi üçün hərbi əməliyyatlar rayonunda qala tikilsin.[12]

Aşşurbanipalın yürüşü

redaktə

Ahşeri Aşşurbanipalın (e. ə. 669-627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli oldu. Əvvəlcə Aşşurbanipal hətta sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Aşşur qalalarının qaytarılmasına cəhd göstərir. Orakula müraciətində Aşşurbanipal soruşur: "Xocələrin rəisi Nabuşarrunusur adamlar, atlar və Aşşur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannalıların tutduqları Aşşur qalalarını (qaytarmaq üçün getməyə yığışır); (əgər o getsə), istər xeyirxah sözlə, (dostluq) müqaviləsilə, (istər savaş, döyüş, dava etməklə), istər hər hansı bir insan hiyləhərliyi ilə, nə olur-olsun, bu qalaları o qaytaracaqmı-sənin böyük tanrılığına məlumdur".[13] Lakin Aşşur torpaqları sülh yolu ilə qaytarılmadı. Ahşerinin və Aşşurbanapalın qoşunları arasında döyüş baş verdi və mannalılar məğlubiyyətə uğradılar. "Saysız-hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayuciaş, Paşa (...) Su, Busutu, Aşdiaş, Urkiyamun, Sixua, Naziniri, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri" oda tutuldu və qarət olundu."[14]

Aşşurbanipalın Rassam silindrindəki yazısında deyilir:

"Dördüncü yürüşümdə qoşunumu yığıb, Mannalılar ölkəsinin hökmdarı Ahşeriyə qarşı yürüş etdim. Aşşur, Sin, Şamaş, Adad, Bel, Nabu, Ninəvalı İştar, Kidmurinin hakiməsi, Arbelalı İştar, Ninurta, Nerqal, Nusku ilahilərin göstərişi ilə mən Mannalılar ölkəsinə basqın etdim və qələbə ilə keçdim. Onun möhkəmləndirilmiş şəhərlərini, saysız xırda məskənləri ilə birlikdə, işğal etdim; İzirtunun özünə kimi onları sökdüm, dağıtdım, yandırdım; bu məskənlərdən adam, at, eşşək, qaramal və davar çıxarıb apardım. Ahşeri mənim yürüşümün gedişini eşitdi və öz çar şəhəri İzirtunu tərk edib, möhkəm İştatti qalasına qaçdı və orada sığınacaq tapdı. Bu vilayəti mən fəth etdim, on beş günlük yol qədər onun ərazisini dağıtdım, xarabalığa döndərdim. Ahşerini, mənim hakimliyimə hörmət etməyəni, Arbelada yaşayan İştarın sözü ilə, əvvəldən dediyi kimi: "mən, Mannalılar çarı Ahşerinin ölümüyəm; necə demişdim elə də edəcəyəm" – o, qullarının əlinə düşdü, ölkəsinin camaatı onun əleyhinə üsyan qaldırdı, onun meyitini şəhərin küçəsinə atıb, cəsədini yerlə sürüdülər. Onun qardaşlarını, onun ailəsini, onun nəslini silah ilə qırdılar. Ondan sonra oğlu Ualli onun taxtına əyləşdi. Aşşurun, Sinin, Şamaşın, Adadın, Belin, Nabunun, Ninəvalı İştarın, Kidmurinin hakiməsi, Arbelalı İştarın, Ninurtanın, Nerqalın, Nuskunun – böyük ilahilərin, mənim hakimlərimin, qüvvətini görüb, o, mənim hakimliyimə baş əydi, canını qurtarmaq üçün günahlarını boynuna aldı, mənim hakimliyimi dilədi. Öz xələfi, oğlu Erisinnini Ninəvaya, mənim yanıma göndərdi və ayaqlarımdan öpdü. Mən ona mərhəmət göstərdim və barış üçün elçimi onun yanına göndərdim. O, öz qızını, özünün törəməsini mənə kəniz olmaq üçün göndərdi. Mənim hökmdar əcdadlarım zamanı təyin edilmiş keçmiş vergisini mənə gətirdilər. Əvvəlki vergisinə 30 at əlavə edib ona artıq vergi kəsdim."[15]

Aşşurlular çoxdan onlara mənsub olan, lakin Mannalılar tərəfindən ələ keçirilmiş Allabria əyalətini və Aşşurla qonşuluqda yerləşən digər əraziləri özlərinə qaytardılar. Aşşurbanapal məlumat verir ki, o Ahşerinin əyalətlərini talayıb dağıtdı, onun bütün ölkəsini kiçiltdi, böyük qənimət və hədiyyələrlə sağsalamat Aşşura qayıtdı.[16]

Ahşeriyə qarşı üsyan

redaktə

Bu məğlubiyyətdən sonra mannalılar Ahşerinın əleyhinə çıxdılar. Mənbələrin məlumatına görə "ölkə əhalisi" (nise mati[17] onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər.[18] İ. M. Dyakonov bu üsyanı istismarçılar əleyhinə yönəldilmiş xalq üsyanı hesab edir.[19] İ. H. Əliyev onun səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür.[20] Q. A. Melikişvili güman edir ki, narazılığa "Manna hökmdarlarının skiflər və kimmerlərlə iqtifaqa aludəçiliyi" və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur.[21] Bu üsyan Mannanın məğlubiyyətindən dərhal sonra baş vermişdir. Buna görə də bizə elə gəlir ki, ona öz mülklərini itirən Manna torpaq sahiblərinin narazılığı da səbəb ola bilərdi və çox güman ki, nise mati termini məhz belə torpaq sahiblərinə aid edilmişdir.[22]

Adın etimologiyası

redaktə

İ. Dyakonov iranmənşəli ad saymış və qədim fars dilindəki hşaya – "hökmranlıq" ("şah" sözü də buradandır) sözü ilə əlaqələndirilmişdir.[23] Prof. Q. Qeybullayev isə qeyd edir ki, türkcə akiş – bir yerə yığış, dəstə, toplantı [24] və ər – kişi, igid, döyüşçü sözlərindəndir. Ahşeri – dəstənin əri yaxud igid dəstə başçısı mənasını verir.[25] Başqa bir yerdə isə professor adın şumercə akeş – onun ucbatından, onun xatirinə və ərə – qul sözlərindən ola biləcəyi ehtimalını da irəli sürərək,teofor ad olmaqla "Allahın xatirinə qul" mənasında daşıya biləcəyini qeyd etmişdir.[26]

İstinadlar

redaktə
  1. Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2006
  2. S. Əliyarlı – Azərbaycan tarixi, Bakı Dövlət Universitetinin nəşri, Bakı, 2009
  3. F. Cəlilov – Qədim türk eli – Saqa-Qamər boyları, Bakı, 2006
  4. F. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006
  5. Q. A. Melikişvili. UKN, VDİ, 3, 1971, № 445, səh 446
  6. AVİU № 68
  7. AVİU № 65
  8. И. М. Дьяконов. История Мидии, səh. 266
  9. И. Алиев. История Мидии, səh. 225
  10. AVİU № 68 Q 7, 9, 10, 11, 12, 13, 14
  11. AVİU № 68, 18, 19
  12. AVİU № 69 (2)
  13. AVİU № 75, (2)
  14. AVİU № 72, № 73. 23
  15. S. Qaşqay – Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə, Bakı, 2006, səh 91
  16. AVİU № 72, № 73
  17. И. М. Дьяконов "Развитие земелыных отношений в Ассирии" , Л., 1949, səh. 112
  18. AVİU № 73, 73
  19. И. М. Дьяконов, История Мидии, səh. 174
  20. И. Алиев. История Мидии, səh. 208
  21. Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh.67
  22. S. Qaşqay – Manna dövləti, Bakı,1993, səh 168
  23. Дьяконов И. М. История Мидии. М. — Л., 1956
  24. Радлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV, I, səh 107
  25. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994
  26. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991

Həmçinin bax

redaktə