Üçüncü Ağrı üsyanı
Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır.[1]
Üçüncü Ağrı üsyanı | |
---|---|
|
Zəmin
redaktə1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır.[2] Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır.[3] Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında[4] Birləşmiş Krallığın dəstəyi ilə[5] İhsan Nuri tərəfindən[6] Ağrı Respublikası qurulmuşdur.[7] 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.[8] 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir.[9][10]
Döyüş
redaktəBaş vermiş bu böhranı çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.[11]
İstinadlar
redaktə- ↑ Jwaideh, Wadie. The Kurdish National Movement: Its Origins and Development (English). Syracuse University Press. June 19, 2006. ISBN 081563093X.
- ↑ Bulud, Faiq. Devletin Gözüyle Türkiye'de Kürt İsyanları (türk). İstanbul: Yön Yayıncılık. 1991. OCLC 551489566. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ Qəhrəman, Əhməd. Kürt İsyanları (Tedip ve Tenkil) (türk). İstanbul: Evrensel Basım Yayın. 2003. ISBN 975-6525-48-7. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ Edmonds, S. C. "Kurdish Nationalism",". Journal of Contemporary History (ingilis). 6 (No. 1). 1971: 91.
- ↑ Kurdish Republic of Ararat // Encyclopedia of the Peoples of Africa and the Middle East (ingilis). Volume I. Infobase Publishing. 2009. səh. 385. ISBN 9780816071586. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ Vali, Abbas. Essays on the origins of Kurdish nationalism (ingilis). Mazda Publishers. 2003. səh. 199. ISBN 978-1-56859-142-1. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ Kurdish Republic of Ararat // Encyclopedia of the Peoples of Africa and the Middle East (ingilis). Infobase Publishing. 2009. səh. 38. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ Allsopp, Harriet. The Kurds of Syria: Political Parties and Identity in the Middle East. I.B. Taurisl. 2016. ISBN 0857726447.
- ↑ Eygi, Mehmet Şevket. "Zilan katliamı". milligazete.com.tr (türk). Millî Gazete. October 17, 2009. November 10, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2019.
- ↑ Tahsin Əriş, Felit Özsoy. Öncesi ve Sonrasıyla 1925 Kürt Direnişi (Palu-Hanî-Genç) (türk). Pêrî Yayınları. 2007. səh. 271. ISBN 978-975-9010-57-7. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ Alakom, Rohat. Xoybûn örgütü ve Ağrı ayaklanması (türk). Avesta. 1998. səh. 180. ISBN 975-7112-45-3. 2019-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.