Marsel Prust
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Marsel Prust | |
---|---|
fr. Marcel Proust | |
Doğum adı | Valentin Louis Georges Eugène Marcel Proust |
Doğum tarixi | 10 iyul 1871[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 1922[3][4][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güm. ağciyər iltihabı[5] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | romançı, esseist, yazıçı, ədəbi tənqidçi, şair, nasir |
Əsərlərinin dili | fransız dili |
Janrlar | esse |
Tanınmış əsərləri | |
Mükafatları | |
Marsel Prust Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarım qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır. Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının əsəblərinə toxunur. Atasının karyera sahibi olması istəkləri səbəbiylə Prust işləməyə başlayır. Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxır. Əslində, Prust çox tənbəl və kifayət qədər səbrli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı, anasının vəfatından sonra daxili mühacirətə gedir. Marsel dərin fəlsəfi düşüncəli insan idi. Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edirdi. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatar, gecələr isə romanlarını tamamlayardı. Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmazmış. Onun əlyazması fransız dilində yazılmış "İtirilmiş zamanın axtarışında" adlı 7 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib. 4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbr tələb edir. Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var. 1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.
İtirilmiş Zamanın Axtarışında
- 1.Swann'ların Tərəfi.(1913)
- 2.Çiçək Açmış Gənc Qızların Kölgəsində. (1919)
- 3.Guermantes Tərəfi.(1920-1921)
- 4.Sodom ve Gomorrah.(1921-1922)
- 5.Məhbus. (1923)
- 6.İtkin Albertine.(1927)
- 7.Yaxalanan Zaman. (1927)
İstinadlar
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Valentin Louis Georges Eugène M Proust (fr.). ministère de la Culture.
- ↑ Le Figaro, Figaro (fr.). / A. Brézet Paris: Société du Figaro, 1922. P. 1. ISSN 0182-5852; 2496-8994
- ↑ 1 2 3 Пруст Марсель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ https://books.google.ru/books?id=5QVCAQAAQBAJ&pg=PA124.