Marsel Prust
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi.
Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarı qalır.
Foto fransız yazarı Paul Nadar tərəfindən 1887-ci ildə çəkilib.
Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının zəhləsini tökür.
Atasının karyera sahibi olması istəkləri nədəniylə Prust işləməyə başlayır.
Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxır.
Əslində, Prust çox tənbəl və kifayət qədər səbrli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı anasının vəfatından sonra daxili mühacirətə gedir.
Xəstə olmasına baxmayaraq əsgər getmək istəyi onu ordu sıralarına qatır.
Həyatının dönüş nöqtəsi də elə əsgərlikdən başlayır.
O düşünürdü ki, hərbi xidmətin məhdudiyyətləri olsa da, bu heç də həzz almaq imkanının əlindən alınması demək deyil.
Onun ilk sevgilisi Venesueladan 19 yaşlı yəhudi musiqiçi və bəstəkarı Reynaldo Han olur. Marselin o vaxt 22 yaşı var idi.
Han yaraşıqlı və ekzotik, xüsusi dəbdəbəli və yüksək cəmiyyətin diqqətini özünə cəlb edən biri idi.
Marsel özü də yoxsul ailənin övladı deyildi. Hətta anası vəfat edəndə Prusta "yəhudiyə layiq" miras da qoymuşdu (2006-cı ilin qaydalarıyla 6 milyon Amerikan dollarına yaxın bir məbləğ və aylıq 15.000 dollarlıq sabit bir gəlir). Han və Marsel eşqi onların hər ikisinə şöhrət gətirir. Prustun bir neçə böyük işlər görməyə məhz elə sevgilisi Han məcbur edir. Onlar bir müddət eşq macərası yaşayır.
Handan sonra Prust öz katibi Alfred Agostinelliyə vurulur. Alfred cavan və kifayət qədər yaraşıqlı oğlan idi.
O, qadınlarla seksə üstünlük verməsinə baxmayaraq Prustun da arzusunu ürəyində qoymurdu.
Lakin Marsel sevgililərinə qarşı çox qısqanc olduğundan onun digər qadınlarla münasibətini istəmirdi.
Elə Prustun kişilər tərəfindən ən cəlbedici xüsusiyyəti də "sevgililərini" dəli kimi qısqanması və onlara olan ehtiyacı idi.
Bir müddətdən sonra isə Alfred Prustun itaəti altında olmaqdan imtina edir və qadınlarla görüşməyə başlayır.
Bu dəlicəsinə sevən, qısqanc roman yazıçısı üçün emosional əzab ilə nəticələnir.
Prust bu qısqanclıqdan can qurtarmağın yollarını axtarır. Və nəhayət Alfred Marsel tərəfindən öldürülür.
Kişilərlə münasibətindən öncə Prustun həyatında bir neçə qız olur.
Amma o özü də xatirələrində qeyd edirdi ki, qadınlar onun ürəyincə deyil.
O, özünün homoseksual olmasını qətiyyən inkar etmirdi, əksinə öz əsərlərində uzun - uzadı bu haqda yazırdı.
O, ilk münasibətini hamıdan gizləməyə çalışsa da, bunu bacarmadı.
İllər sonra Adre Gideyə "Nəyi bacarmasam da, homoseksualizm haqda yazmağı bacardım" deyir.
Marsel dərin fəlsəfi düşüncəli insan idi. Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edirdi.
Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatar, gecələr isə romanlarını tamamlayardı. Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmazmış.
Onun əlyazması fransız dilində yazılmış "İtirilmiş zamanın axtarışında" adlı 6 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib.
4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbr tələb edir. Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var.
1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.