Ədəbi tənqid
Bu səhifədə iş davam etməkdədir. |
Әdəbi tənqid — müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır.
Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir. Bu iki fəaliyyət yaxından əlaqəli olmasına baxmayaraq, ədəbi tənqidçilərin və ədəbi nəzəriyyəçilərin fikri həmişə eyni olmur.
Ədəbi tənqidin ədəbiyyat nəzəriyyəsindən ayrı bir tədqiqat sahəsi hesab edilməsi və ya əksinə, kitablar barəsində rəy bildirməkdən fərqli olması mübahisəli məsələdir. Məsələn, "Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid ilə bağlı Cons Hopkins Qaydın Təlimatları"[1] ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi arasında heç bir fərq qoymur və demək olar ki, eyni anlayışı təsvir etmək üçün eyni termindən istifadə edir. Bəzi tənqidçilər ədəbi tənqidi ədəbi nəzəriyyənin praktik tətbiqi hesab edirlər, çünki tənqid həmişə xüsusi ədəbi əsərlərlə birbaşa məşğul olur, ədəbiyyat nəzəriyyəsi isə daha ümumi və ya abstrakt ola bilər.
Ədəbi tənqid tez-tez inşa və ya kitab şəklində dərc olunur. Akademik ədəbi tənqidçilər ədəbiyyat şöbələrində dərs deyirlər və akademik jurnallarda dərc edirlər və daha çox məşhur tənqidçilər, Times Literary Supplement, New York Times Book Review, New York Review of Books, London Review of Books, Nation, and The New Yorker kimi dövrü mətbuatda əsərlərini yayımlayırlar.
Tarixi
Klassik və orta əsr əsəbi tənqidi
Ədəbi tənqidi ədəbiyyat olduğu müddətcə mövcud olmuşdur. Aristotel e.ə. 4-cü əsrdə müasir sənət əsərlərinin bir çox xüsusi tənqidləri ilə ədəbi formaların tipologiyası və təsviri olan “Poetika” əsərini yazmışdır. Poeziya ilk dəfə ədəbi tədqiqatlarda hələ də vacib olan mimesis və katarsis anlayışlarını inkişaf etdirmişdir. Platonun poeziyaya istiqamətli, ikitərəfli və yalan kimi yanaşmaları da təsirlidir. Eyni zamanda Bharata Muni, Natya Şastra qədim Hind ədəbiyyatı və Sanskrit dramasında ədəbi tənqid yazmışdı.
Daha sonralar klassik və orta əsr tənqidləri tez-tez dini mətnlərə yönəldilmişdir və hermenevtikanın və mətnlərin dini ənənələri dünyəvi mətnlərin öyrənilməsinə böyük təsir göstərmişdir. Bu xüsusilə üç İbrahimi dinlərin ədəbi ənənələri idi: yəhudi ədəbiyyatı, xristian ədəbiyyatı və islam ədəbiyyatı.
İntibah dövrünün ədəbi tənqidi
İntibah dövrünün ədəbi tənqidi şairi və müəllifi uzun bir ədəbi ənənənin qoruyub saxlayaraq və ədəbi tənqidi mədəniyyətin mərkəzi fiqur hesab edərək ədəbi neoklasisizmə forma və məzmun birliyinin klassik ideyalarının inkişaf etdirirdi. İntibah dövrünün ədəbi tənqidinin yaranması 1498-ci ildə klassik mətnlərin bərpası ilə, xüsusən, Aristotelin “Poetika”-sının Giorgio Vallan tərəfindən Latın tərcüməsi ilə başladı. Aristotelin əsərləri, xüsusilə “Poetika” əsəri XVIII əsrin sonlarına qədər ədəbi tənqidlərə ən mühüm təsir göstərmişdir. Lodoviko Kastelvetro 1570-ci ildə Aristotelin “Poetika” əsəri ilə əlaqədar şərh yazan ən nüfuzlu İntibah dövrü tənqidçilərindən biri idi.
Maarifçilik dövrünün ədəbi tənqidi
Maarifçilik dövründə (1700-1800-cü illər) ədəbi tənqid ixtira və çap mətbuatının istifadəsi ilə daha da məşhurlaşdı. Bu dövrdə ictimai səviyyəsində savadlılıq dərəcələri yüksəlməyə başladı, artıq oxumaq sadəcə zəngin təbəqə və ya elmi adamalrı üçün deyildi. İctimai savadlılığın yüksəlməsi və çapın sürətlənməsi ilə ədəbi tənqid də inkişaf elədi. Oxumaq artıq yalnız təhsil məqsədləri və ya müqəddəs bir dini vəzifə kimi nəzərdən keçirilmirdi; o, artıq bir əyləncə növü idi. Ədəbi tənqidlər aydın, əhatəli, dəqiq yazı və ya yazıçıların dini inanclarının mübahisəli meyarları da daxil olmaqla dəyərlər və yazı üslublarından təsirlənmişdir. Bu tənqidi rəylər bir çox jurnallarda, qəzetlərdə və jurnallarda dərc edilmişdir. Conatan Sviftin bir çox əsərləri, xüsusilə, “Qulliverin səyahəti” kitabı tənqid edilmişdir və bir tənqidçi onları “Yahoo-nun xəyanətkar hekayəsi” adlandırmışdır.